Tapılan ümumi test sayı : 115

1. nuklein turşusuna malik olmaq 2. zülal sintez etmək 3. zülala malik olmaq 4. hüceyrə orqanoidlərinə malik olmaq Göstərilənlərdən hansı bütün bakteriya, virus və ibtidai orqanizmlər üçün xarakterikdir?
A) 2, 3
B) 1, 2, 3
C) 1, 2, 3, 4
D) 1, 3
Müasir hüceyrə nəzəriyyəsinin 4-cü müddəası göstərilən canlılardan hansına aid edilə bilməz?
A) bakteriyalara
B) papaqlı göbələklərə
C) şibyələrə
D) ali bitkilərə
E) ali heyvanlara
Əgər DNT molekulunda olan bütün adenin nukleotidlərin-x ilə, quanın nukleotidlərini isə -y ilə işarə etsək, onda bu molekulda olan bütün nukleotidlərin cəmini necə hesablamaq olar?
A) 2(x+y)
B) x+y
C) 2x+3y
D) x+2y
E) 2x+y
Refleks qövsünün keçdiyi yolun ardıcıllığı hansı cavabda düzgün göstərilmişdir? 1. Hərəki sirir lifi 2. Hissi sinir lifi 3. İşçi orqan 4. Reseptor 5. Mərkəzi sinir sistemi
A) 1, 3, 5, 4, 2
B) 4, 1, 5, 3, 2
C) 4, 2, 5, 1, 3
D) 2, 4, 1, 3, 5
E) 3, 5, 1, 2, 4
Həm prokariotlar, həm də eukariotlar üçün səciyyəvi olan:
A) mitoxondrilər, formalaşmış nüvə
B) DNT, ribosomlar
C) plastidlər, sentriollar
D) sentriollar, formalaşmış nüvə
E) RNT, mitoxondrilər
Ev milçəyinin yönəldici cisimciyinin xromosom sayı 6-dır. Bu orqanizmin cinsiyyət hüceyrəsində meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda neçə xromosom,neçə xro matid olur?
A) 24 xromosom, 24 xromatid
B) 12 xromosom, 24 xromatid
C) 6 xromosom, 6 xromatid
D) 6 xromosom,12 xromatid
E) 12 xromosom, 12 xromatid
Şibyənin bədəni hansı canlılardan təşkil olunmuşdur?
A) yalnız psilofitdən
B) mamır rvə qıcıdan
C) göbələk və yosundan
D) mukor və penisildən
E) plaun və qatırquyruğundan
Yarpaq saplağı olmayan bitkilərin sırasını göstərin:
A) aloya, aqava, kətan
B) tut, gavalı, ərik
C) arpa, buğda, əncir
D) əncir, alma, albalı
E) üzüm, alma, aqava
İnsan genetikasını öyrənən hansı üsulun əsasında nəsil şəcərəsinin öyrənilməsi durur?
A) hibridoloji
B) genealoji
C) ekizlik
D) sitogenetik
E) biokimyəvi
Hansı azotlu əsasların kütlələri cəmi daha azdır?
A) quanin +sitozin
B) sitozin+timin
C) adenin+timin
D) sitozin+adenin
E) quanin+timin
Hər hansı populyasiya üçün mülahizələrdən hansı doğrudur?
A) fərdləri bir-biriləri ilə sərbəst çarpazlaşa bilmirlər
B) fərdləri arasında yaşamaq uğrunda mübarizə getmir
C) həmin populyasiyanın bütün fərdlərində genlər eynidir
D) fərdləri həmin növün bir populyasiyasından digərinə keçə bilər
E) müxtəlif növlərin fərdlərindən təşkil olunub
Aşağıda verilən orqanizmlərin hansına hüceyrə nəzəriyyəsini tətbiq etmək olmaz?
A) göbələklərə
B) bitkilərə
C) bakteriyalara
D) göy-yaşıl yosunlara
E) bakteriofaqlara
Əgər orqanizmdə hemoqlobin zülalının əmələ gəlməsi dayansaydı,ilk növbədə nə baş verərdi?
A) ribosomların funksiyası pozulardı
B) orqan və toxumalarda oksigen çatışmazlığı baş verərdi
C) lizasomun funksiyaları pozulardı
D) zülalın inşaat funksiyası pozulardı
E) zülalın siqnal funksiyası pozulardı
Heyvanların sistematik qruplarının düzgün ardıcıllığını göstərin:
A) şöbə, sinif, dəstə, fəsilə, cins, növ
B) sinif, sıra, şöbə, fəsilə, cins, növ
C) şöbə, sinif, sıra, fəsilə ,cins, növ
D) növ, cins, dəstə, fəsilə, sinif, tip
E) tip, sinif, dəstə, fəsilə, cins, növ
İnsanın qan-damar sistemində taylı qapaqlar zədələnərsə, nə baş verər?
A) qan ağciyər arteriyasından, geriyə- mədəciyə axar
B) qan aortadan geriyə-mədəciyə axar
C) venalarda qan əks istiqamətdə hərəkət edər
D) qan qulaqcıqlardan geriyə –venalara axar
E) qan ürəyin mədəciklərindən geriyə-qulaqcıqlara axar
İnsanda ətrafların skelet əzələləri hansı qru plara bölünür?
A) dartıcı və sıxıcı
B) qaldırıcı və endirici
C) açıcı və dartıcı
D) bükücü və açıcı
E) bükücü və sıxıcı
İnsanda asqırma və öskürmə mərkəzləri baş beynin hansı şöbəsində yerləşir?
A) orta beyində
B) ara beyində
C) beyin yarımkürələrində
D) uzunsov beyində
E) beyincikdə
Əgər 14 yaşlı insanın üst çənəsindəki köpək dişləri çıxardılarsa, 24-25 yaşlarında onun normada neçə dişi olar?
A) 28
B) 20
C) 30
D) 26
E) 22
Qurbağaların arxa bağırsağı bilavasitə hara açılır?
A) xarici mühitə
B) dəri altına
C) qana
D) kloakaya
E) bədən boşluğuna
Hansı həşəratın inkişafı natamam çevrilmə ilə gedir?
A) peyin böcəyinin
B) ipəkqurdunun
C) çəyirtkənin
D) birənin
E) qarışqanın
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top