Tapılan ümumi test sayı : 114

Qədim Yunan mədəniyyətinə aiddir: 1. “Diskatan” heykəli 2. “Odisseya” dastanı 3. Lukretsinin təlimi 4. İlk Olimpiya oyunları 5. Panteon məbədi
A) 3,4,5
B) 1,2,4
C) 2,3,5
D) 1,3,4
E) 2,4,5
Böyük coğrafi kəşflər dövrünə aiddir:
A) Yüzillik müharibənin başlanması
B) Uot Tayler üsyanı
C) Vasko da Qamanın ekspedisiyasının Hindistana daxil olması
D) Kordova xilafətinin parçalanması
E) Fransada ilk Baş ştatların çağırılması
XVII əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir:
A) Peterburq müqaviləsinin imzalanması
B) Dərbənddən Gilana qədər olan ərazilərin osmanlılar tərəfindən tutulması
C) Kirmanşahda osmanlılarla sülh müqaviləsi imzalanması
D) Osmanlı imperiyasının hücumuna məruz qalması
E) Şah Süleymanın Rusiya ilə müqavilə imzalaması
Azərbaycanın XVIII əsrin 90-cı illərinin ikinci yarısı tarixinə aiddir:
A) ölkəmizin şimal torpaqlarından Rusiya qoşunlarının çıxarılması
B) ölkəmizin cənub bölgələrinə osmanlı qoşunlarının daxil olması
C) general Qulyakovun başçılığı ilə rus qoşunlarının Cara hücum etməsi
D) Məhəmməd Həsən xan Qacarın ölkəmizin şimal bölgəsinə yürüşü
E) bir sıra xanların Rusiya ilə Georgiyevsk müqaviləsini imzalaması
Şimali Azərbaycanda 1847-ci il “Kəndli əsasnamələri”nin 1865-ci il kənd cəmiyyətləri haqqındakı qanundan fərqi:
A) təhkimçilik hüququnun möhkəmləndirilməsi
B) vahid kənd idarəsinin yaradılması
C) bəylərin kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırılması
D) natural vergilərin pul vergisi ilə əvəz edilməsi
E) bəylərin kəndlilər üzərində polis-məhkəmə hüququnun təsdiq edilməsi
Xronoloji ardıcıllığı müəyyən edin: 1. Frank dövlətinin yaranması 2. Katalaun döyüşü 3. Birinci Göytürk dövlətinin yaranması 4. Ərəb dövlətinin yaranması
A) 1, 3, 2, 4
B) 2, 4, 1, 3
C) 1, 3, 4, 2
D) 4, 3, 1, 2
E) 2, 1, 3, 4
Hülakü xanın hakimiyyəti dövrünə aid deyil:
A) ali hakimiyyət orqanlarının yerli feodallar arasında bölünməsi
B) Azərbaycan ərazisində monqolların güclü hərbi dəstələrinin məskən salması
C) Qızıl Ordu ilə mübarizə aparılması
D) Hülakü dövlətinin öz qüdrət və vahidliyini qoruyub saxlaması
E) dövlətin ilk paytaxtının Marağa olması
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis təyin edir: 1. Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini 2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini 3. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini
A) 2, 3
B) 3, 4
C) 1, 3
D) 1, 4
E) 1, 2
Uyğunluq pozulmuşdur:
A) Xəzər xaqanı ilə sülh müqaviləsi imzalamışdır – Alban hökmdarı Cavanşir
B) Kadisiyyə döyüşündəki şücaətinə görə mükafatlandırılmışdır – Albaniya dövlətinin hökmdarı Cavanşir
C) Sünik knyazlığını alban hökmdarının idarəçiliyinə vermişdir – ərəb xəlifəsi Müaviyə
D) birinci Bələncər döyüşündə xəzərlər qalib gəlmişdir – Ərəb xilafətinin qoşunlarına
E) Aquen kilsə məclisini çağırmışdır – III Mömin Vaçaqan
Salarilər dövlətinə aid xüsusiyyətləri müəyyən edin: 1. Şirvanşahlar dövlətinin tabe edilməsi 2. Xəzər dənizində ticarət gəmilərinin üzməyə başlaması 3. Ərdəbilin paytaxt şəhəri olması 4. Azərbaycanın ilk dəfə vahid dövlətdə birləşdirilməsi 5. Müəyyən müddət Yusif ibn Əbu Sac tərəfindən idarə edilməsi
A) 2, 3, 5
B) 1, 2, 4
C) 1, 4, 5
D) 1, 2, 3
E) 3, 4, 5
Daha əvvəl olmuşdur:
A) Qavqamela döyüşü
B) İranzunun Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etməsi
C) II Sarqonun Mannaya böyük yürüşü
D) Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi
E) Azərbaycan ərazisindəki İskit padşahlığının süqutu
Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövrünə aid olan xüsusiyyət:
A) təsərrüfat işlərində ilk dəfə qul əməyindən istifadə edilməsi
B) Çin tarixində ilk dövlətin yaradılması
C) “Sarısarıqlılar” üsyanının başlanması
D) bütün ölkə ərazisinin vahid dövlətdə birləşdirilməsi
E) ölkənin dünya ticarət yolları sisteminə qoşulması
Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin mövcudluğu dövrünə uyğun gəlir: 1. AXC-nin yaradılması barədə “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi 2. Cənubi Qafqaz müstəqil federativ respublikasının yaradılması 3. ABŞ-ın birinci dünya müharibəsinə qoşulması 4. Osmanlı dövlətinin birinci dünya müharibəsindən çıxması 5. Bolşevik-daşnak qüvvələrinin Bakıda mart soyqırımını həyata keçirməsi
A) 2, 5
B) 2, 3
C) 1, 4
D) 3, 4
E) 1, 5
Rusiya tərəfindən sonuncu işğal edilmiş xanlıq:
A) Naxçıvan
B) Lənkəran
C) Şamaxı
D) Qarabağ
E) İrəvan
Ağqoyunluların XV əsrin 60-cı illərinin ikinci yarısı tarixi üçün səciyyəvi idi:
A) Venetsiya ilə hərbi ittifaqın bağlanması
B) Şərqi Gürcüstanın tabe edilməsi
C) Yassıçəmən sülh müqaviləsinin imzalanması
D) Dövlətin iki hissəyə parçalanması
E) Təbrizin dövlətin paytaxtına çevrilməsi
Eyni ildə yaranmışdır: 1. Pakistan İslam Respublikası 2. Almaniya Federativ Respublikası 3. Çin Xalq Respublikası 4. Koreya Xalq Demokratik Respublikası
A) 2, 4
B) 1, 3
C) 3, 4
D) 2, 3
E) 1, 4
Ş.M. Xiyabani və S.C. Pişəvərinin fəaliyyətinə aid oxşar cəhət:
A) “Təcəddüd” qəzetini nəşr etdirmələri
B) İctimai İdarə Heyətinə başçılıq etmələri
C) Azərbaycanın adını Azadıstana dəyişdirmələri
D) Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürmələri
E) Təbrizdə pulsuz qız məktəbi təsis etmələri
Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına aid oxşar cəhət:
A) Təbrizdə Azərbaycan konsulluğunun yaradılması
B) Aqrar islahatın həyata keçirilməsi
C) yeni latın qrafikalı əlifbanın tətbiq edilməsi
D) Azərbaycan Neft Komitəsinin yaradılması
E) Prezident vəzifəsinin təsis edilməsi
Uyğunluq gözlənilmişdir:
A) Dehli sultanlığının paytaxtını Deogir şəhərinə köçürdü – Sultan Firuz
B) Qızıl Ordu dövlətinə qarşı Moskva knyazlığı ilə ittifaqa girdi – Krım xanı Məngli Gəray
C) Osmanlı sultanı I Muraddan asılılığı qəbul etdi – Qazan xanı Ulu Məhəmməd
D) Bolqarıstanın işğalını başa çatdırdı – Sultan I Səlim
E) Əmir Teymurla Terek döyüşündə mübarizə apardı – Dmitri Donskoy
Qədim yunan mədəniyyətinə aiddir: 1. “İliada” dastanı 2. İmperator Trayanın sütunu 3. Parfenon məbədi 4. Demokritin təlimi 5. Kolizey amfiteatrı
A) 2,4,5
B) 1,5
C) 3,5
D) 1,2,5
E) 1,3,4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top