Tapılan ümumi test sayı : 114

Qədim Yunan mədəniyyətinə aiddir: 1. “Diskatan” heykəli 2. “Odisseya” dastanı 3. Lukretsinin təlimi 4. İlk Olimpiya oyunları 5. Panteon məbədi
A) 1,2,4
B) 3,4,5
C) 2,3,5
D) 2,4,5
E) 1,3,4
Böyük coğrafi kəşflər dövrünə aiddir:
A) Fransada ilk Baş ştatların çağırılması
B) Uot Tayler üsyanı
C) Yüzillik müharibənin başlanması
D) Vasko da Qamanın ekspedisiyasının Hindistana daxil olması
E) Kordova xilafətinin parçalanması
XVII əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir:
A) Dərbənddən Gilana qədər olan ərazilərin osmanlılar tərəfindən tutulması
B) Osmanlı imperiyasının hücumuna məruz qalması
C) Kirmanşahda osmanlılarla sülh müqaviləsi imzalanması
D) Şah Süleymanın Rusiya ilə müqavilə imzalaması
E) Peterburq müqaviləsinin imzalanması
Azərbaycanın XVIII əsrin 90-cı illərinin ikinci yarısı tarixinə aiddir:
A) ölkəmizin şimal torpaqlarından Rusiya qoşunlarının çıxarılması
B) bir sıra xanların Rusiya ilə Georgiyevsk müqaviləsini imzalaması
C) general Qulyakovun başçılığı ilə rus qoşunlarının Cara hücum etməsi
D) Məhəmməd Həsən xan Qacarın ölkəmizin şimal bölgəsinə yürüşü
E) ölkəmizin cənub bölgələrinə osmanlı qoşunlarının daxil olması
Şimali Azərbaycanda 1847-ci il “Kəndli əsasnamələri”nin 1865-ci il kənd cəmiyyətləri haqqındakı qanundan fərqi:
A) natural vergilərin pul vergisi ilə əvəz edilməsi
B) bəylərin kəndlilər üzərində polis-məhkəmə hüququnun təsdiq edilməsi
C) bəylərin kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırılması
D) təhkimçilik hüququnun möhkəmləndirilməsi
E) vahid kənd idarəsinin yaradılması
Xronoloji ardıcıllığı müəyyən edin: 1. Frank dövlətinin yaranması 2. Katalaun döyüşü 3. Birinci Göytürk dövlətinin yaranması 4. Ərəb dövlətinin yaranması
A) 2, 4, 1, 3
B) 1, 3, 2, 4
C) 2, 1, 3, 4
D) 4, 3, 1, 2
E) 1, 3, 4, 2
Hülakü xanın hakimiyyəti dövrünə aid deyil:
A) Azərbaycan ərazisində monqolların güclü hərbi dəstələrinin məskən salması
B) Hülakü dövlətinin öz qüdrət və vahidliyini qoruyub saxlaması
C) ali hakimiyyət orqanlarının yerli feodallar arasında bölünməsi
D) Qızıl Ordu ilə mübarizə aparılması
E) dövlətin ilk paytaxtının Marağa olması
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis təyin edir: 1. Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini 2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini 3. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini
A) 1, 4
B) 1, 2
C) 1, 3
D) 2, 3
E) 3, 4
Uyğunluq pozulmuşdur:
A) birinci Bələncər döyüşündə xəzərlər qalib gəlmişdir – Ərəb xilafətinin qoşunlarına
B) Aquen kilsə məclisini çağırmışdır – III Mömin Vaçaqan
C) Sünik knyazlığını alban hökmdarının idarəçiliyinə vermişdir – ərəb xəlifəsi Müaviyə
D) Xəzər xaqanı ilə sülh müqaviləsi imzalamışdır – Alban hökmdarı Cavanşir
E) Kadisiyyə döyüşündəki şücaətinə görə mükafatlandırılmışdır – Albaniya dövlətinin hökmdarı Cavanşir
Salarilər dövlətinə aid xüsusiyyətləri müəyyən edin: 1. Şirvanşahlar dövlətinin tabe edilməsi 2. Xəzər dənizində ticarət gəmilərinin üzməyə başlaması 3. Ərdəbilin paytaxt şəhəri olması 4. Azərbaycanın ilk dəfə vahid dövlətdə birləşdirilməsi 5. Müəyyən müddət Yusif ibn Əbu Sac tərəfindən idarə edilməsi
A) 1, 2, 4
B) 1, 4, 5
C) 2, 3, 5
D) 3, 4, 5
E) 1, 2, 3
Daha əvvəl olmuşdur:
A) Azərbaycan ərazisindəki İskit padşahlığının süqutu
B) İranzunun Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etməsi
C) II Sarqonun Mannaya böyük yürüşü
D) Qavqamela döyüşü
E) Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi
Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövrünə aid olan xüsusiyyət:
A) Çin tarixində ilk dövlətin yaradılması
B) “Sarısarıqlılar” üsyanının başlanması
C) təsərrüfat işlərində ilk dəfə qul əməyindən istifadə edilməsi
D) ölkənin dünya ticarət yolları sisteminə qoşulması
E) bütün ölkə ərazisinin vahid dövlətdə birləşdirilməsi
Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin mövcudluğu dövrünə uyğun gəlir: 1. AXC-nin yaradılması barədə “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi 2. Cənubi Qafqaz müstəqil federativ respublikasının yaradılması 3. ABŞ-ın birinci dünya müharibəsinə qoşulması 4. Osmanlı dövlətinin birinci dünya müharibəsindən çıxması 5. Bolşevik-daşnak qüvvələrinin Bakıda mart soyqırımını həyata keçirməsi
A) 3, 4
B) 1, 5
C) 2, 3
D) 1, 4
E) 2, 5
Rusiya tərəfindən sonuncu işğal edilmiş xanlıq:
A) Naxçıvan
B) Qarabağ
C) Lənkəran
D) Şamaxı
E) İrəvan
Ağqoyunluların XV əsrin 60-cı illərinin ikinci yarısı tarixi üçün səciyyəvi idi:
A) Təbrizin dövlətin paytaxtına çevrilməsi
B) Dövlətin iki hissəyə parçalanması
C) Şərqi Gürcüstanın tabe edilməsi
D) Venetsiya ilə hərbi ittifaqın bağlanması
E) Yassıçəmən sülh müqaviləsinin imzalanması
Eyni ildə yaranmışdır: 1. Pakistan İslam Respublikası 2. Almaniya Federativ Respublikası 3. Çin Xalq Respublikası 4. Koreya Xalq Demokratik Respublikası
A) 1, 3
B) 2, 3
C) 1, 4
D) 2, 4
E) 3, 4
Ş.M. Xiyabani və S.C. Pişəvərinin fəaliyyətinə aid oxşar cəhət:
A) Azərbaycanın adını Azadıstana dəyişdirmələri
B) İctimai İdarə Heyətinə başçılıq etmələri
C) Təbrizdə pulsuz qız məktəbi təsis etmələri
D) Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürmələri
E) “Təcəddüd” qəzetini nəşr etdirmələri
Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına aid oxşar cəhət:
A) Azərbaycan Neft Komitəsinin yaradılması
B) Təbrizdə Azərbaycan konsulluğunun yaradılması
C) Aqrar islahatın həyata keçirilməsi
D) yeni latın qrafikalı əlifbanın tətbiq edilməsi
E) Prezident vəzifəsinin təsis edilməsi
Uyğunluq gözlənilmişdir:
A) Bolqarıstanın işğalını başa çatdırdı – Sultan I Səlim
B) Dehli sultanlığının paytaxtını Deogir şəhərinə köçürdü – Sultan Firuz
C) Qızıl Ordu dövlətinə qarşı Moskva knyazlığı ilə ittifaqa girdi – Krım xanı Məngli Gəray
D) Əmir Teymurla Terek döyüşündə mübarizə apardı – Dmitri Donskoy
E) Osmanlı sultanı I Muraddan asılılığı qəbul etdi – Qazan xanı Ulu Məhəmməd
Qədim yunan mədəniyyətinə aiddir: 1. “İliada” dastanı 2. İmperator Trayanın sütunu 3. Parfenon məbədi 4. Demokritin təlimi 5. Kolizey amfiteatrı
A) 1,3,4
B) 1,5
C) 2,4,5
D) 3,5
E) 1,2,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top