Tapılan ümumi test sayı : 114

2003-cü ildə baş vermişdir:
A) Azərbaycan dili və Azərbaycan Əlifbası gününün təsis olunması
B) İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsi
C) Azərbaycan Ensklopediyasının nəşri haqqında fərman verilməsi
D) Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə həsr olunmuş Aşqabad sammitinin keçirilməsi
E) Azərbaycanda NATO-nun «Kooperativ determineyşn» çoxmillətli komanda-qərargah təlimlərinin keçirilməsi
Almaniyanın Qafqaza hücum planı:
A) "Şliffen"
B) "Barbarossa"
C) "Edelveys"
D) "Vilvet"
E) "Dəniz Şiri"
İkinci Dünya müharibəsi dövründə faşistlərlə əməkdaşlıq edən milli mənafeyə xəyanət edən qüvvələr adlanır:
A) Komprodorlar
B) Ştreykbrexerlər
C) Loyalistlər
D) Şovinistlər
E) Kollaborasionistlər
Azərbaycanda 1918-ci ilin dekabrından 1920-ci ilin aprelinədək ali dövlət nəzarətini həyata keçirmək funksiyalarına malik idi:
A) Parlament
B) Sentrokaspi diktaturası
C) Bakı XKS
D) Milli Şura
E) Müvəqqəti hökumət
XIX əsrin II yarısında Şimali Azərbaycanda müəyyən şəxslərə şərti mülkiyyət hüququnun verilməsi adlanırdı:
A) yarlıq
B) maaf
C) posessiya
D) vəqf
E) təzminat
Şimali Azərbaycanda 1836-cı ildə ləğv edilmişdir: 1. Rəhdar vergisi 2. Lənkəran xanlığı 3. Alban katolikosluğu 4. Komendant idarə-üsulu
A) 3, 4
B) 2, 3
C) 1, 2
D) 2, 4
E) 1, 3
XIX əsrin əvvəllərində Rusiyanın dövlət quruluşu olmuşdu:
A) Parlamentli monarxiya
B) Konstitusiyalı monarxiya
C) Respublika
D) Feodal respublikası
E) Mütləq monarxiya
XVII ə. II yarısına aid inzibati sistemdə uyğunluq pozulmuşdur:
A) Darğa - kiçik inzibati vahidləri idarə edirdi
B) Qolbəyi - mahalları idarə edirdi
C) Sədr - dini idarələrə rəhbərlik edirdi
D) Qazı - məhkəmə işlərinə baxırdı
E) Kələntər - şəhərləri idarə edirdi
Peterburq müqaviləsinin bağlanmasından neçə il əvvəl Qəsri-Şirin müqaviləsi imzalanmışdır?
A) 50
B) 84
C) 90
D) 76
E) 45
Uyğunluq gözlənilib:
A) Kirmanşah sülh müqaviləsi bağlandı- Səfəvilərlə Rusiya arasında
B) 1743-cü ildə Nadir şah əleyhinə üsyan baş verdi-Dərbənddə
C) Gəncə bəylərbəyliyini idarə edirdilər- Əfşarlar
D) Nadir özünü şah elan etdi-Suqovuşan qurultayında
E) Üsyan qaldırmış Hacı Çələbi sığındı-Buğurd qalasına
XVII əsrin ikinci yarısında bütün kənd sakinlərinə məxsus ümumi istifadədə olan torpaq mükiyyəti forması:
A) Vəqf
B) Divan
C) Xalisə
D) Camaat
E) Mülk
Reç Pospolitanın yaradılması ilk növbədə təhlükə idi:
A) Rusiyaya
B) Prussiyaya
C) Osmanlılara
D) Fransaya
E) Saksoniyaya
Türklər Konstantinopolu ələ keçirdiyi ildə Qərbi Avropada:
A) Almaniyada reformasiya hərəkatı başlandı
B) Qutenberq ilk çap kitabını buraxdı
C) «Məğlubedilməz armada» məğlub edildi
D) İngiltərədə Ağ qızılgül–Al qızılgül müharibəsi başlandı
E) Yüzillik müharibə başa çatdı
Manufaktura ilə fabrik arasında fərqli cəhətlər:
A) Manufaktura yalnız yüngül sənaye, fabrik isə ağır sənaye müəssisəsi idi
B) Manufaktura sənaye çevrilişinin, fabrik isə maşınlı istehsalın nəticəsi idi
C) Manufaktura iri maşınlı istehsala əsaslanır, fabrik isə kustar əmtəə istehal müəssisəsi idi
D) Manufakturada əmək bölgüsü yox idi, fabrikdə isə əmək bölgüsü var idi
E) Manufaktura əl əməyinə, fabrik isə maşınlı istehsala əsaslanırdı
Xronoloji ardıcıllığı göstərin: 1. Xristian kilsəsinin iki hissəyə parçalanması 2. Birinci səlib yürüşü 3. Fransada Baş ştatların çağırılması 4. İngiltərədə parlamentin çağırılması
A) 4, 3, 2, 1
B) 4, 1, 3, 2
C) 3, 1, 2, 4
D) 1, 2, 4, 3
E) 2, 4, 3, 1
Amerikanın kəşfini sürətləndirən hadisələr:
A) Konstantinopolun və Ön Asiyanın osmanlılar tərəfindən fəthi
B) Ost-Hind şirkətinin təsis edilməsi
C) Yüzillik müharibənin bitməsi
D) Dənizdə İspaniya ilə Portuqaliya arasında olan rəqabət
E) Müqaddəs Roma imperiyasının süqutu
I Şənbi-Qazan və Sərdrud döyüşlərinə aid 2 oxşar cəhət: 1. Teymurilərlə Qaraqoyunlular arasında baş vermişdir 2. Ağqoyunlularla Teymurilər arasında baş vermişdir 3. Teymurilər qalib gəlmişlər 4. Qaraqoyunlular qalib gəlmişlər 5. Ağqoyunlular qalib gəlmişlər
A) 2,3
B) 1,4
C) 1,3
D) 2,5
E) 2,3
Ağqoyunlu dövlətinin paytaxtını müəyyən edin:
A) 5
B) 2
C) 1
D) 3
E) 4
Aşağıdakılar aiddir: 1. Müsəlman aləmində müqəddəs şəhərlər, pirlər, din uğrunda mübarizlər və şəhidlər üçün nəzərdə tutulmuşdu 2. Müsəlman dini idarələrinin ixtiyarında idi 3. İcarəyə verilsə də, onu almaq, satmaq və xüsusi mülkiyyətə çevirmək olmazdı
A) Vəqf torpaqlarına
B) Divan torpaqlarına
C) İcma torpaqlarına
D) İqta torpaqlarına
E) Mülk torpaqlarına
Yaylaq və qışlaq maldarlığı ilə məşğul olan köçəri kəndlilər adlanırdı:
A) Elatlar
B) Hampa
C) Rəiyyət
D) Əkər
E) Rəncbər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top