Tapılan ümumi test sayı : 114

Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına aid oxşar cəhət:
A) torpaq islahatının uğurla həyata keçirilməsi
B) neft sənayesinin milliləşdirilməsi barədə dekretin qəbul edilməsi
C) latın qrafikalı əlifbanın tətbiqinə başlanması
D) neftin ixracı ilə əlaqədar xarici şirkətlərlə müqavilələrin bağlanması
E) Müəssislər Məclisinin fəaliyyətə başlaması
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Prezident təyin edir: 1. Azərbaycan Respublikasının Baş prokurorunu 2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilini 3. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini 4. Azərbaycan Respublikasının Baş nazirini
A) 2, 3
B) 1, 4
C) 1, 2
D) 2, 4
E) 3, 4
Azərbaycanın XVIII əsrin 80-ci illərinin ortaları tarixinə aiddir:
A) general Zubovun başçılığı ilə ölkəmizə rus qoşunlarının hərbi yürüşünün təşkil edilməsi
B) “Şiraz qonaqlığı”nın təşkili
C) bir sıra xanların Osmanlı dövlətinin hamiliyinə keçməsi üçün İstanbula elçi göndərməsi
D) ölkəmizin şimal hissəsinə Osmanlı imperiyasının hərbi yürüşlərinin təşkili
E) Ağa Məhəmməd xan Qacarın ölkəmizin şimal bölgəsinə yürüşü
Böyük coğrafi kəşflər dövrünə aiddir:
A) xristian kilsəsinin Qərb və Şərq kilsələrinə parçalanması
B) Jakeriya üsyanı
C) İspaniyada rekonkista hərəkatının başlanması
D) İlk dünya səyahətinin baş verməsi
E) İngiltərədə ilk parlamentin çağırılması
Uyğunluq pozulmuşdur:
A) Albaniyadan alınan vergiləri üçdə bir qədər azaltmışdır – ərəb xəlifəsi Müaviyə
B) Ktesifon döyüşündə iştirak etmişdir – Albaniya hökmdarı Cavanşir
C) Albaniyada xristian dininə aid qanunlar qəbul edilmişdir – III Mömin Vaçaqanın hakimiyyəti dövründə
D) Nəhavənd döyüşündə Sasanilərə qarşı vuruşmuşdur – ərəb qoşunları
E) Kür sahilində xəzərləri məğlub etmişdir – Albaniya hökmdarı Cavanşir
Şimali Azərbaycanda 1870-ci il 14 may “Əsasnaməsi”nin 1847-ci il “Kəndli əsasnamələri”ndən əsas fərqi:
A) kəndlilərə 5 desyatin torpaq sahəsinin ayrılması
B) dövlət kəndlilərinə töycü ödəmək şərtilə dövlət torpaqlarından istifadə hüququnun verilməsi
C) sahibkar kəndlilərinin bəylərdən asılılığının rəsmiləşdirilməsi
D) kəndlilərə öz pay torpaqlarını satın almaq hüququnun verilməsi
E) bəy və ağaların torpaq üzərində hüquqlarının toxunulmazlığının ləğv edilməsi
A) 5
B) 2
C) 1
D) 4
E) 3
Rusiya tərəfindən ilk işğal edilmiş xanlıq:
A) Naxçıvan
B) İrəvan
C) Qarabağ
D) Şəki
E) Gəncə
Eyni ildə yaranmışdır: 1. Avropa İqtisadi Birliyi 2. NATO 3. BMT 4. Qarşılıqlı İqtisadi Yardım Şurası
A) 2, 4
B) 3, 4
C) 1, 2
D) 1, 4
E) 2, 3
Xronoloji ardıcıllığı müəyyən edin: 1. İkinci Göytürk imperatorluğunun yaranması 2. Frank imperiyasının parçalanması 3. Kordova xilafətinin yaranması 4. Böyük Səlcuq dövlətinin yaranması
A) 4, 2, 3, 1
B) 2, 3, 1, 4
C) 1, 3, 2, 4
D) 1, 4, 3, 2
E) 2, 1, 4, 3
XVII əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir:
A) Azərbaycanın qərb torpaqlarının osmanlıların hakimiyyəti altına keçməsi
B) Xəzəryanı bölgələrin Rusiya tərəfindən tutulması
C) Şah II Abbasın dövründə Səfəvilərin Rusiya ilə toqquşması
D) Osmanlı imperiyasının hücumuna məruz qalması
E) Qəsri-Şirin müqaviləsinin imzalanması
Ağqoyunluların XV əsrin 60-cı illərinin əvvəlləri tarixi üçün səciyyəvi idi:
A) Əbhər sazişinin bağlanması
B) Təbriz şəhərinin dövlətin paytaxtına çevrilməsi
C) Uzun Həsənin Ağqoyunlu bəyliyinin əsasını qoyması
D) Səfəvilərlə müharibə aparılması
E) Qara dənizə yeganə çıxış yolunun itirilməsi
Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin mövcudluğu dövrünə uyğun gəlir: 1. AXC-nin elan edilməsi 2. Bakı XKS-nin yaradılması 3. Almaniyanın birinci dünya müharibəsinə qoşulması 4. Rusiyanın birinci dünya müharibəsindən çıxması 5. “Sentrokaspi diktaturası”nın süqut etməsi
A) 1, 5
B) 2, 3
C) 2, 4
D) 3, 5
E) 1, 4
Hülakü xanın hakimiyyəti dövrünə aid deyil:
A) dövlətin ilk paytaxtının Marağa olması
B) Qızıl Ordu xanları ilə ilk toqquşmanın baş verməsi
C) iqtisadi cəhətdən güclü və mərkəzləşdirilmiş dövlətin yaradılması
D) yerli zadəganlara arxalanaraq dövlətin möhkəmləndirilməsi
E) vilayətlərin idarəsinin şahzadələr və məşhur əmirlər arasında bölüşdürülməsi
Ərəb xilafəti dövründə Azərbaycanda göstərilənlərin aid olduğu torpaq sahibliyi forması: 1. İcarəyə verilirdi 2. Almaq, satmaq və xüsusi mülkiyyətə çevirmək olmazdı
A) xostak
B) soyurqal
C) icma
D) vəqf
E) mülk
Qədim Çində Xan sülaləsinin hakimiyyəti dövrünə aid olan xüsusiyyət:
A) “Vuruşan padşahlıqlar dövrü”nün başa çatması
B) Ölkə ticarət yollarının dünya ticarət yolları sisteminə qoşulması
C) Hun tayfalarının ölkə üzərinə hücumlarının başlanması
D) Böyük Çin səddinin tikilməyə başlanması
E) “Böyük kanal”ın çəkilməsi
Ş.M. Xiyabani və S.C. Pişəvərinin fəalliyyətinə aid oxşar cəhət:
A) Azərbaycan Demokrat Firqəsinə rəhbərlik etmələri
B) Cənubi Azərbaycanda müstəqil respublika yaratmaq tələbini irəli sürmələri
C) Təbrizdə universitetin təsis edilməsi
D) Ana dilində “Azərbaycan” qəzetini nəşr etdirmələri
E) SSRİ ilə diplomatik münasibətlər qurmaları
A) II, III
B) II, IV
C) I, V
D) III, V
E) I, IV
Daha əvvəl olmuşdur:
A) Aşşurbanipalın İzirtunu tutması
B) Maqneziya döyüşü
C) Urartunun işğal etdiyi Manna torpaqlarının İranzu tərəfindən geri qaytarılması
D) Azərbaycan ərazisində İskit padşahlığının yaranması
E) Azərbaycanın Əhəməni imperiyasının tərkibinə qatılması
Uyğunluq gözlənilmişdir:
A) Albaniyanı Osmanlı imperiyasının tərkibinə qatdı – Sultan II Murad
B) Dehli sultanlığının paytaxtını Deogir şəhərinə köçürdü – Əlaəddin Hilçi
C) Osmanlı sultanı Fateh II Mehmetdən asılılığı qəbul etdi – Krım xanı Məngli Gəray
D) Əmir Teymurla Ankara döyüşündə mübarizə apardı – Sultan I Murad
E) Qızıl Ordu dövlətinə qarşı Moskva knyazlığı ilə ittifaqa girdi – Qazan xanı Ulu Məhəmməd xan
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top