Tapılan ümumi test sayı : 114

Qədim Yunan mədəniyyətinə aiddir: 1. “Diskatan” heykəli 2. “Odisseya” dastanı 3. Lukretsinin təlimi 4. İlk Olimpiya oyunları 5. Panteon məbədi
A) 1,2,4
B) 1,3,4
C) 3,4,5
D) 2,4,5
E) 2,3,5
Böyük coğrafi kəşflər dövrünə aiddir:
A) Vasko da Qamanın ekspedisiyasının Hindistana daxil olması
B) Kordova xilafətinin parçalanması
C) Yüzillik müharibənin başlanması
D) Fransada ilk Baş ştatların çağırılması
E) Uot Tayler üsyanı
XVII əsrin ikinci yarısı Səfəvi dövlətinin tarixinə aiddir:
A) Kirmanşahda osmanlılarla sülh müqaviləsi imzalanması
B) Peterburq müqaviləsinin imzalanması
C) Şah Süleymanın Rusiya ilə müqavilə imzalaması
D) Osmanlı imperiyasının hücumuna məruz qalması
E) Dərbənddən Gilana qədər olan ərazilərin osmanlılar tərəfindən tutulması
Azərbaycanın XVIII əsrin 90-cı illərinin ikinci yarısı tarixinə aiddir:
A) ölkəmizin şimal torpaqlarından Rusiya qoşunlarının çıxarılması
B) Məhəmməd Həsən xan Qacarın ölkəmizin şimal bölgəsinə yürüşü
C) ölkəmizin cənub bölgələrinə osmanlı qoşunlarının daxil olması
D) general Qulyakovun başçılığı ilə rus qoşunlarının Cara hücum etməsi
E) bir sıra xanların Rusiya ilə Georgiyevsk müqaviləsini imzalaması
Şimali Azərbaycanda 1847-ci il “Kəndli əsasnamələri”nin 1865-ci il kənd cəmiyyətləri haqqındakı qanundan fərqi:
A) bəylərin kəndlilər üzərində polis-məhkəmə hüququnun təsdiq edilməsi
B) natural vergilərin pul vergisi ilə əvəz edilməsi
C) təhkimçilik hüququnun möhkəmləndirilməsi
D) bəylərin kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırılması
E) vahid kənd idarəsinin yaradılması
Xronoloji ardıcıllığı müəyyən edin: 1. Frank dövlətinin yaranması 2. Katalaun döyüşü 3. Birinci Göytürk dövlətinin yaranması 4. Ərəb dövlətinin yaranması
A) 4, 3, 1, 2
B) 2, 1, 3, 4
C) 2, 4, 1, 3
D) 1, 3, 2, 4
E) 1, 3, 4, 2
Hülakü xanın hakimiyyəti dövrünə aid deyil:
A) Qızıl Ordu ilə mübarizə aparılması
B) Azərbaycan ərazisində monqolların güclü hərbi dəstələrinin məskən salması
C) ali hakimiyyət orqanlarının yerli feodallar arasında bölünməsi
D) dövlətin ilk paytaxtının Marağa olması
E) Hülakü dövlətinin öz qüdrət və vahidliyini qoruyub saxlaması
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclis təyin edir: 1. Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini 2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini 3. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini 4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini
A) 1, 3
B) 2, 3
C) 3, 4
D) 1, 4
E) 1, 2
Uyğunluq pozulmuşdur:
A) Kadisiyyə döyüşündəki şücaətinə görə mükafatlandırılmışdır – Albaniya dövlətinin hökmdarı Cavanşir
B) Aquen kilsə məclisini çağırmışdır – III Mömin Vaçaqan
C) Xəzər xaqanı ilə sülh müqaviləsi imzalamışdır – Alban hökmdarı Cavanşir
D) birinci Bələncər döyüşündə xəzərlər qalib gəlmişdir – Ərəb xilafətinin qoşunlarına
E) Sünik knyazlığını alban hökmdarının idarəçiliyinə vermişdir – ərəb xəlifəsi Müaviyə
Salarilər dövlətinə aid xüsusiyyətləri müəyyən edin: 1. Şirvanşahlar dövlətinin tabe edilməsi 2. Xəzər dənizində ticarət gəmilərinin üzməyə başlaması 3. Ərdəbilin paytaxt şəhəri olması 4. Azərbaycanın ilk dəfə vahid dövlətdə birləşdirilməsi 5. Müəyyən müddət Yusif ibn Əbu Sac tərəfindən idarə edilməsi
A) 1, 2, 3
B) 1, 4, 5
C) 2, 3, 5
D) 3, 4, 5
E) 1, 2, 4
Daha əvvəl olmuşdur:
A) İranzunun Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etməsi
B) Azərbaycan ərazisindəki İskit padşahlığının süqutu
C) Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi
D) Qavqamela döyüşü
E) II Sarqonun Mannaya böyük yürüşü
Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövrünə aid olan xüsusiyyət:
A) bütün ölkə ərazisinin vahid dövlətdə birləşdirilməsi
B) təsərrüfat işlərində ilk dəfə qul əməyindən istifadə edilməsi
C) “Sarısarıqlılar” üsyanının başlanması
D) ölkənin dünya ticarət yolları sisteminə qoşulması
E) Çin tarixində ilk dövlətin yaradılması
Zaqafqaziya (Cənubi Qafqaz) Seyminin mövcudluğu dövrünə uyğun gəlir: 1. AXC-nin yaradılması barədə “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi 2. Cənubi Qafqaz müstəqil federativ respublikasının yaradılması 3. ABŞ-ın birinci dünya müharibəsinə qoşulması 4. Osmanlı dövlətinin birinci dünya müharibəsindən çıxması 5. Bolşevik-daşnak qüvvələrinin Bakıda mart soyqırımını həyata keçirməsi
A) 3, 4
B) 2, 5
C) 1, 5
D) 2, 3
E) 1, 4
Rusiya tərəfindən sonuncu işğal edilmiş xanlıq:
A) Qarabağ
B) Lənkəran
C) Şamaxı
D) Naxçıvan
E) İrəvan
Ağqoyunluların XV əsrin 60-cı illərinin ikinci yarısı tarixi üçün səciyyəvi idi:
A) Şərqi Gürcüstanın tabe edilməsi
B) Yassıçəmən sülh müqaviləsinin imzalanması
C) Venetsiya ilə hərbi ittifaqın bağlanması
D) Təbrizin dövlətin paytaxtına çevrilməsi
E) Dövlətin iki hissəyə parçalanması
Eyni ildə yaranmışdır: 1. Pakistan İslam Respublikası 2. Almaniya Federativ Respublikası 3. Çin Xalq Respublikası 4. Koreya Xalq Demokratik Respublikası
A) 2, 4
B) 1, 3
C) 3, 4
D) 1, 4
E) 2, 3
Ş.M. Xiyabani və S.C. Pişəvərinin fəaliyyətinə aid oxşar cəhət:
A) “Təcəddüd” qəzetini nəşr etdirmələri
B) Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürmələri
C) Azərbaycanın adını Azadıstana dəyişdirmələri
D) İctimai İdarə Heyətinə başçılıq etmələri
E) Təbrizdə pulsuz qız məktəbi təsis etmələri
Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına aid oxşar cəhət:
A) Aqrar islahatın həyata keçirilməsi
B) Azərbaycan Neft Komitəsinin yaradılması
C) Təbrizdə Azərbaycan konsulluğunun yaradılması
D) Prezident vəzifəsinin təsis edilməsi
E) yeni latın qrafikalı əlifbanın tətbiq edilməsi
Uyğunluq gözlənilmişdir:
A) Dehli sultanlığının paytaxtını Deogir şəhərinə köçürdü – Sultan Firuz
B) Osmanlı sultanı I Muraddan asılılığı qəbul etdi – Qazan xanı Ulu Məhəmməd
C) Bolqarıstanın işğalını başa çatdırdı – Sultan I Səlim
D) Əmir Teymurla Terek döyüşündə mübarizə apardı – Dmitri Donskoy
E) Qızıl Ordu dövlətinə qarşı Moskva knyazlığı ilə ittifaqa girdi – Krım xanı Məngli Gəray
Qədim yunan mədəniyyətinə aiddir: 1. “İliada” dastanı 2. İmperator Trayanın sütunu 3. Parfenon məbədi 4. Demokritin təlimi 5. Kolizey amfiteatrı
A) 1,3,4
B) 2,4,5
C) 3,5
D) 1,5
E) 1,2,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top