Tapılan ümumi test sayı : 7

Düzgün variantı seçin:
A) Modal sözlərin qrammatik mənası yoxdur
B) Modal sözlərin cümlədə yeganə vəzifəsi ara söz olmaqdır
C) Modal sözlərin leksik mənası olmur
D) Şəkilçi qəbul etmir
Modal sözlərin hansı xüsusiyyəti başqa köməkçi nitq hissələrinə aid edilə bilməz:
A) Müstəqil sintaktik vəzifəsi olur
B) Leksik mənası yoxdur
C) Qrammatik məna daşıyır
D) Müstəqil suala cavab olmur
Səhv variant hansıdır?
A) Başqa nitq hissələrinə aid sözlər cümlədə ara söz kimi işlənmir və modal məna vermir
B) Köməkçi nitq hissələri arasında yalnız modal sözlərin müstəqil sintaktik vəzifəsi var
C) Modal sözlərin məna əsasını modallıq təşkil edir
D) Modal sözlərin cümlədə yeganə vəzifəsi ara söz olmaqdır
“Bəlkə” sözü sintaktik vəzifəsinə görə nə sayılır?
A) Qoşma
B) Modal söz
C) Ara söz
D) Bağlayıcı
“ Nəhayət ” sözü nitq hissəsinə görə nədir?
A) Qoşma
B) ara söz
C) Modal söz
D) Bağlayıcı
Düzgün fikri seçin:
A) Başqa nitq hissələrinə aid sözlər cümlədə modal məna vermir
B) Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olar
C) Söz birləşmələri modal məna ifadə etmir
D) Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olmaz
Əsas və köməkçi nitq hissələrindən ibarət cərgəni seçin:
A) Ancaq, habelə, həmçinin
B) Kitab, çanta, kərpic, bağ
C) Yəni, həqiqətən, sözsüz
D) Məncə, hətta, mehriban, gözəl
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top