Tapılan ümumi test sayı : 7

Düzgün variantı seçin:
A) Modal sözlərin qrammatik mənası yoxdur
B) Modal sözlərin leksik mənası olmur
C) Modal sözlərin cümlədə yeganə vəzifəsi ara söz olmaqdır
D) Şəkilçi qəbul etmir
Modal sözlərin hansı xüsusiyyəti başqa köməkçi nitq hissələrinə aid edilə bilməz:
A) Müstəqil sintaktik vəzifəsi olur
B) Qrammatik məna daşıyır
C) Müstəqil suala cavab olmur
D) Leksik mənası yoxdur
Səhv variant hansıdır?
A) Modal sözlərin cümlədə yeganə vəzifəsi ara söz olmaqdır
B) Köməkçi nitq hissələri arasında yalnız modal sözlərin müstəqil sintaktik vəzifəsi var
C) Başqa nitq hissələrinə aid sözlər cümlədə ara söz kimi işlənmir və modal məna vermir
D) Modal sözlərin məna əsasını modallıq təşkil edir
“Bəlkə” sözü sintaktik vəzifəsinə görə nə sayılır?
A) Modal söz
B) Qoşma
C) Bağlayıcı
D) Ara söz
“ Nəhayət ” sözü nitq hissəsinə görə nədir?
A) Modal söz
B) Qoşma
C) Bağlayıcı
D) ara söz
Düzgün fikri seçin:
A) Başqa nitq hissələrinə aid sözlər cümlədə modal məna vermir
B) Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olar
C) Söz birləşmələri modal məna ifadə etmir
D) Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olmaz
Əsas və köməkçi nitq hissələrindən ibarət cərgəni seçin:
A) Yəni, həqiqətən, sözsüz
B) Kitab, çanta, kərpic, bağ
C) Məncə, hətta, mehriban, gözəl
D) Ancaq, habelə, həmçinin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top