Tapılan ümumi test sayı : 7

Nəqli cümlə ilə əlaqədar hansı fikir səhvdir?
A) Nəqli cümlələrdə sözlərin qrammatik sırası gözlənilmir
B) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
C) Bu cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədi ilə işlədilir
D) Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir
Hansı nümunədə nəqli cümlə vardır?
A) Dünyada əlli milyon azərbaycanlı var
B) Tez olun, tutun Eldarı!
C) Azərbaycan Respublikasının dövlət bayrağı neçə rəngdədir
D) Mən də o günləri yaşasaydım, ah!
Nəqli cümləyə aid olanlardan düzgün fikri seçin:
A) Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulmur
B) Sual məqsədi ilə işlədilən cümləyə nida cümləsi deyilir
C) Nida cümlələrinin üç növü var
D) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
Hansı nümunədə nəqli cümlə yoxdur?
A) Gün o gün olsun ki, qurtarsın dava
B) Bir gün göyərçinlərim qanadlanıb uçdular
C) Yenə də hər zaman ürəyimdəki sənsən
D) Dünyada əlli milyon azərbaycanlı var
Səhv fikri göstərin:
A) Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulur
B) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
C) Nəqli cümlələrin xəbərlərinin ifadə vasitələri azdır
D) Nəqli cümlələrdə sözlərin qrammatik sırası daha çox gözlənilir
Bu cümlələrdən hansı nəqli cümlədir?
A) Bura gəl
B) Daima yaşa Azərbaycan!
C) Mən kəndə gedəcəm
D) Dostlarını axtarırsan?
E) Mənimləsən?
Nəqli cümlənin sonunda hansı işarə qoyulur?
A) Nöqtə
B) Nida
C) İki nöqtə
D) Vergül
E) Sual
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top