Tapılan ümumi test sayı : 7

Nəqli cümlə ilə əlaqədar hansı fikir səhvdir?
A) Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir
B) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
C) Nəqli cümlələrdə sözlərin qrammatik sırası gözlənilmir
D) Bu cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədi ilə işlədilir
Hansı nümunədə nəqli cümlə vardır?
A) Azərbaycan Respublikasının dövlət bayrağı neçə rəngdədir
B) Mən də o günləri yaşasaydım, ah!
C) Tez olun, tutun Eldarı!
D) Dünyada əlli milyon azərbaycanlı var
Nəqli cümləyə aid olanlardan düzgün fikri seçin:
A) Nida cümlələrinin üç növü var
B) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
C) Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulmur
D) Sual məqsədi ilə işlədilən cümləyə nida cümləsi deyilir
Hansı nümunədə nəqli cümlə yoxdur?
A) Dünyada əlli milyon azərbaycanlı var
B) Bir gün göyərçinlərim qanadlanıb uçdular
C) Gün o gün olsun ki, qurtarsın dava
D) Yenə də hər zaman ürəyimdəki sənsən
Səhv fikri göstərin:
A) Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulur
B) Nəqli cümlələrin xəbərlərinin ifadə vasitələri azdır
C) Nəqli cümlələrdə sözlərin qrammatik sırası daha çox gözlənilir
D) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
Bu cümlələrdən hansı nəqli cümlədir?
A) Daima yaşa Azərbaycan!
B) Dostlarını axtarırsan?
C) Mən kəndə gedəcəm
D) Bura gəl
E) Mənimləsən?
Nəqli cümlənin sonunda hansı işarə qoyulur?
A) Vergül
B) Sual
C) İki nöqtə
D) Nida
E) Nöqtə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top