Tapılan ümumi test sayı : 8

Xitab cümlənin ortasında işləndikdə durğu işarələri necə işlənir?
A) Xitab bildirən sözdən əvvəl vergül qoyulur, sonra heç bir durğu işarəsi qoyulmur
B) Xitab bildirən sözdən əvvəl vergül, sonra nöqtə qoyulur
C) Xitab bildirən sözdən nə əvvəl, nə də sonra durğu işarəsi qoyulur
D) Xitab bildirən sözün hər iki tərəfindən vergül qoyulur
E) Xitab bildirən sözdən Əvvəl vergül, sonra sual işarəsi qoyulur
"Vətən oğlu,sözlərimi dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?
A) III növ təyini söz birləşməsi ilə
B) II növ təyini söz birləşməsi ilə
C) sifətlə
D) isimlə
E) I növ təyini söz birləşməsi ilə
Xitab cümlədə nə bildirir?
A) Cümlədə obyekt bildirir
B) Cümlədə müraciət olunanı bildirir
C) Cümlədə hərəkəti icra edəni bildirir
D) Cümlədə hərəkəti bildirir
E) Cümlədə hərəkəti müxtəlif cəhətdən izah edir
Xitab cümlədə hansı cümlə üzvü kimi işlənir?
A) Zərflik
B) Mübtəda
C) Xəbər
D) Təyin
E) Xitab cümlə üzvü ola bilmir
Hansı cümlədə xitab düzgün qoyulub?
A) Əlbəttə ki, bu işi yalnız sən görə bilərdin.
B) Azər, sən yaman dərslərində geriləmisən!
C) Mən və dostlarım sabah Aygünün evinə qonaq gedəcəyik.
D) Sizi, ailəniz bu xoş xəbər münasibətilə təbrik edirəm.
E) Atam, anam və mən sabah kəndə gedəcəyik.
Hansı cümlədə mürəkkəb xitab var?
A) Nə məsum baxırsan, dağlar gözəli?!
B) Ey həyat, sen nə qəribəsən?!
C) Azərbaycan əsgəri bu torpağın üstündə məğrur gəzməlidir.
D) Qızılgül, ürəyindən nələr keçir?
E) Aylar, illər səssiz-səmirsiz ötüb keçirdi.
Xitab haqqında deyilənlərdən biri səhvdir.
A) Xitab cümlədə xəbərlə uzlaşır.
B) ey, ay, a kimi nidalarla işlənir.
C) Həm sözlərlə, həm de söz birləşmələri ilə ifadə olunur.
D) Müraciət olunan şəxsi bildirir.
E) Xitab cümlənin əvvəlində, ortasında, sonunda gələ bilər.
Hansı cümlədə xitabın durğu işarəsi düzgün göstərilmişdir?
A) Aytac kitabını, mənə ver!
B) Gəl, ey qoca Təbriz, ey ana torpaq, Səninlə yaxından biz qucaqlaşaq
C) Ay ellər bir sevda, nəğməsidir o
D) Ey dünya necə, fanisən?!
E) Qızım qapını ört!
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top