Tapılan ümumi test sayı : 8

Xitab cümlənin ortasında işləndikdə durğu işarələri necə işlənir?
A) Xitab bildirən sözdən əvvəl vergül qoyulur, sonra heç bir durğu işarəsi qoyulmur
B) Xitab bildirən sözdən əvvəl vergül, sonra nöqtə qoyulur
C) Xitab bildirən sözün hər iki tərəfindən vergül qoyulur
D) Xitab bildirən sözdən Əvvəl vergül, sonra sual işarəsi qoyulur
E) Xitab bildirən sözdən nə əvvəl, nə də sonra durğu işarəsi qoyulur
"Vətən oğlu,sözlərimi dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?
A) II növ təyini söz birləşməsi ilə
B) isimlə
C) III növ təyini söz birləşməsi ilə
D) I növ təyini söz birləşməsi ilə
E) sifətlə
Xitab cümlədə nə bildirir?
A) Cümlədə hərəkəti icra edəni bildirir
B) Cümlədə obyekt bildirir
C) Cümlədə hərəkəti müxtəlif cəhətdən izah edir
D) Cümlədə müraciət olunanı bildirir
E) Cümlədə hərəkəti bildirir
Xitab cümlədə hansı cümlə üzvü kimi işlənir?
A) Zərflik
B) Xitab cümlə üzvü ola bilmir
C) Mübtəda
D) Xəbər
E) Təyin
Hansı cümlədə xitab düzgün qoyulub?
A) Sizi, ailəniz bu xoş xəbər münasibətilə təbrik edirəm.
B) Azər, sən yaman dərslərində geriləmisən!
C) Atam, anam və mən sabah kəndə gedəcəyik.
D) Əlbəttə ki, bu işi yalnız sən görə bilərdin.
E) Mən və dostlarım sabah Aygünün evinə qonaq gedəcəyik.
Hansı cümlədə mürəkkəb xitab var?
A) Azərbaycan əsgəri bu torpağın üstündə məğrur gəzməlidir.
B) Ey həyat, sen nə qəribəsən?!
C) Aylar, illər səssiz-səmirsiz ötüb keçirdi.
D) Nə məsum baxırsan, dağlar gözəli?!
E) Qızılgül, ürəyindən nələr keçir?
Xitab haqqında deyilənlərdən biri səhvdir.
A) Xitab cümlədə xəbərlə uzlaşır.
B) ey, ay, a kimi nidalarla işlənir.
C) Həm sözlərlə, həm de söz birləşmələri ilə ifadə olunur.
D) Xitab cümlənin əvvəlində, ortasında, sonunda gələ bilər.
E) Müraciət olunan şəxsi bildirir.
Hansı cümlədə xitabın durğu işarəsi düzgün göstərilmişdir?
A) Gəl, ey qoca Təbriz, ey ana torpaq, Səninlə yaxından biz qucaqlaşaq
B) Qızım qapını ört!
C) Ey dünya necə, fanisən?!
D) Aytac kitabını, mənə ver!
E) Ay ellər bir sevda, nəğməsidir o
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top