Tapılan ümumi test sayı : 30

Döyüşlərdən hansı ikinci dünya müharibəsinə aid deyil?
A) Miduey arasındaki
B) Pyorol-Xarbor üzərinə hücum
C) Verden altındaki
D) Arden yaxınlığındaki
E) Əl-Əlameyn yaxınlığındaki
Keçmiş SSRİ Respublikasından Hansı tam dövlət suverenliyini birinci elan etmişdir?
A) Litva
B) Gürcüstan
C) Ukrayna
D) Estoniya
E) Moldova
Stolipin islahatlarının əsas məqsədini göstərin. 
A) kədlilərin var yoxda çıxarılması prosesini dayandırmaq
B) icmaları ləğv etməklə varlı kəndli təsərrüfatı yaratmaq
C) kəndlilər üzərində bolşevik təsirinin güclənməsinə imkan verməmək
D) torpaq üzərində mülkədarların hökmranlığını ləğv etmək
E) sənayeni kənd təsərrüfatı məhsulları ilə təmin etmək
Rusiya hökmdarlarından hansının hakimiyyəti dövründə Ryuriklər sülaləsi süqut etmişdir?
A) III Vasili
B) III İvan
C) II Nikolay
D) IV İvan
E) Fyodr
İnqilabi xalqçılığın əsas cərəyanları hansı cavabda düzgün göstərilmişdir?
A) İstehsalçı, maarifçi və təbliğatçı
B) İstehsalçı, qiyamçı və qəsdçi
C) İstehsalçı, qəsdçi və maarifçi
D) Qiyamçı, təbliğatçı və qəsdçi
E) İstehsalçı, qiyamçı və maarifçi
XX əsrin əvvəllərində Yaponiyanın uzaq şərqdə siyasi hegemonluğunu təsdiqləyən rəsmi sülh müqaviləsi:
A) Paris müqaviləsi
B) Berlin müqaviləsi
C) Nerçin müqaviləsi
D) Pekin müqaviləsi
E) Portsmunt müqaviləsi
XIX əsrin II yarısında ABŞ-da sürətli iqtisadi inkişafın başlıca şərtləri:
A) Avropadan daimi mühacir axını və yerli əhalinin öz torpaqlarında qovulması
B) Quldarlığın ləğvi, qərbdəki torpaqların məskunlaşdırılması, Avropadan kapital axını və elmi kəşflərdən istifadə
C) Müstəmləkələrdəki təbii sərvətlərin və əhalinin mütəşəkkil istismarı, kapital ixracı
D) İspaniya ilə müharibənin müvəffəqiyyətlə başa çatması və Panama kanalının tikintisi
E) Federal dövlət hakimiyyətinin gücləndirilməsi və ayrı-ayrı ştatların hüquqlarının məhdudlaşdırılması
Adları çəkilən ölkələrdən hansı başqa dövlətin ərazisində özünü imperiya elan etmişdir?
A) Britaniya imperiyası
B) Fransa imperiyası 
C) Osmanlı imperiyası
D) Almaniya imperiyası
E) Rusiya imperiyası
Aşağıda göstərilən ifadələrdən hansı "Denonsasiya" məfhumuna müvafiqdir?
A) dövlətin başladığı beynəlxalq müqavilədən qanuniləşdirilmiş qaydada imtina etməsi
B) totalitar rejimə qarşı qeyri-zorakı hərəkətlə çıxış edilməsi
C) ali dövlət orqanı tərəfindən beynəlxalq müqavilənin yaxud sazişin təsdiq edilməməsi
D) Bütövlükdə cəmiyyət və hər bir vətəndaş üzərində tam nəzarət edən siyasi sistem
E) beynəlxalq müqavilənin qüvvədə olma müddətinin uzadılması
Müqəddəs Roma imperiyası imeratorlarından kim həm də Çexiyanın kralı olmuşdur?
A) V Kral
B) Fridrix Barbarossa
C) I Kral
D) I Otton
E) II Filipp
Hansı dünya sivilizasiyası təkəri tanımırdı?
A) qədim Çin sivilizasiyası
B) qədim Şumer sivilizasiyası
C) amerika hindularının sivilizasiyası
D) tropik Afrika tayfalarının sivilizasiyası
E) qədim Hindistan sivilizasiyası
"Müsavat" partiyasının I qurultayı nə zaman çağırılmışdır?
A) XI Qızıl Ordunun Azərbaycana soxulması zamanı
B) Petroqradda, Oktyabr çevrilişi ilə eyni
C) Petroqradda, Oktyabr çevrilişinə qədər
D) Petroqradda, Oktyabr çevrilişindən sonra
E) I Dövlət Dumasına seçkilər zamanı
Roma imperatorlarından hansını xristian kilsəsi müqəddəs elan etmişdi?
A) Konstantini
B) Trayanı
C) Avqustu
D) Diokletianı
E) Mark Avreli
Qədim Yunanistanda təqvim ilinin başlamasıhansı hadisə ilə bağlı idi?
A) e.ə 776-cı ildə, birinci olimpiya Oyunlarının başlaması ilə
B) e.ə 900-cu ildə, Afina şəhərinin bünövrəsinin qoyulması ilə
C) e.ə 1057-ci ildə dorilərin Yunanistana soxulması ilə
D) e.ə 1500-cu ildə, Baş allah Zevsin anadan olması ilə
E) e.ə 1245-ci ildə, Yunanların Troya müharibəsindəki qələbəsi ilə
Aşağıda göstərilən kəşflərdən hansı Çin mənşəli deyil?
A) ipək
B) kağız
C) əlifba
D) kompas
E) barıt
"Qarabağ münaqişə"sinin dinc yolla nizamlanmasına hansı beynəlxalq təşkilat rəhbərlik edir?
A) AB
B) NATO
C) MDB
D) BMT
E) ATƏM
Azərbaycanda Xəzər dənizinin dərinliklərindən nə vaxt neft çıxarılmağa başlanmışdır?
A) 1949-cu ildə
B) 1937-ci ildə
C) 1929-cu ildə
D) XIX əsrin axırlarında
E) 1953-cü ildə
Azərbaycan Demokratik respublikasını rəsmi tanımış ilk dövlət:
A) Sovet Rusiyası
B) Gürcüstan respublikası
C) Türkiyə
D) İngiltərə
E) İran
XIX əsrinaxırları XX əsrin əvvəllərində Azərbaycanda neft hasilatı nə qədər idi?
A) ABŞ-da hasil olunandan az
B) Dünya neft hasilatının 30%-i, Rusiya neft hasilatının isə 75%-i
C) ABŞ-da hasil olunan qədər
D) Dünya neft hasilatının 50%-i, Rusiya neft hasilatının isə 95%-i
E) Rusiyada hasil olan neftin 50%-i
Prezident F.Ruzveltin "Yeni kurs" siyasətinin əsas xətti.
A) Dövlətin iqtisadi həyata müdaxiləsi
B) sosial məsələlərin həllini diqqət mərkəzində saxlamaq
C) əsas diqqəti kənd təsərrüfatına yönəltmək
D) böyük biznesə himayədarlıq
E) xırda biznesə arxalanmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top