Tapılan ümumi test sayı : 43

"Səbr eylə!" satirası M.Ə.Sabir üslubunu xarakterizə edən hansı cəhəti ilə seçilir ?
A) Sabirin o biri satiralarından elə bir özünəməxsus cəhəti ilə seçilmir
B) sadəlövh bir kəndlinin dilindən yazılmışdır;
C) kinayə üsulundan istifadə edilməklə, yoxsullara müraciət formasında yazılmışdır;
D) fikrin birbaşa ifadəsi yolu ilə yoxsullara müraciətlə yazılmışdır;
E) mənfi tipin dilindən yazılmışdır;
Hamlet əsərində aktyorların oynayacağı tamaşaya əlavə etdiyi "Siçan tələsi" ilə faciə qəhrəmanı hansı məqsədi izləyirdi ?
A) "dünyanın əşrəfi" saydığı insanın daxili ziddiyyətlərini göstərmək, öz arzu və niyyətlərini daha geniş auditoriyaya çıxarmaq;
B) köhnə dostları olan truppa üzvlərinin yüksək faciə aktyorları olduqlarını nümayiş etdirmək;
C) kölgədən gördüklərinin həqiqət olub olmadığını yoxlamaqla tərəddüdlərinə son qoyub qəti qərar vermək;
D) aktyorların əvvəlcədən hazırladığı bu tamaşanın kral Klavdinin, anası kraliçanın zövqünə uyğun daha ciddi dram ünsürləri ilə zənginləşdirmək.
E) Saray mühitinin çirkabını, hər cür münasibətin müəyyən mənafe üzərində qurulduğunu göstərmək;
M.F.Axundov dramatik janırlar içərisində niyə məhz komediyanı seçmişdir ?
A) Azərbaycan ədəbiyyatında komediya janrının müəyyən ən`ənəsi var idi;
B) komediya tənqidi əsər olduğundan ictimai qüsurlar əleyhinə qüvvətli mübarizə vasitəsi idi;
C) dramatik əsər olmaq e`tibarı ilə komediya yazmaq daha asan idi;
D) komediya kiçik həcimli əsər idi, səhnəyə qoyulmaqla asan yayıla bilərdi;
E) ona dostları komediya janrından başlamağı tövsiyyə etmişdilər;
Aşıq Ələsgərdən verilmiş aşağıdakı misralarda hansı bədii təsvir vasitəsi var ?
Ala yanağına, bal dodağına
Baxan kimi ağlım çaşdı, Güləndam!
A) metonimiya
B) simvol
C) metafora
D) spitet
E) təşbeh
Burada nəyi heca vəzninin əlaməti kimi götürmək olmaz ?
A) onun Azərbaycan xalq şe`rinin yeganə vəzn olması
B) misralarda hecaların sayca bərabərliyi
C) bölgünün bütöv söz prinsipinə əsaslanması
D) misra bölümlərində hecaların sayı
E) misralarda uzun və qısa hecaların mütənasib növbələnməsi
"Mən kimi əldə yox ixtiyarın,
Bir özgə əlindədir məharın" -
misraları M.Füzulinin hansı qəhrəmanının dilindən deyilir ?
A) Leylinin
B) Məcnunun atasının
C) İbin Səlamın
D) Nofəlin
E) Məcnunun
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatına ən mühüm ədəbi hadisə:
A) poema janrının inkişafı
B) Azərbaycan dilində yazan şairlərin çoxalması;
C) Nizami ən`ənələrinin davam etdirilməsi
D) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətləbləri də əhatə etməsi;
E) farsca yazan şairlərin hökümdarlar tərəfindən himayə olunması
Nizami "Xəmsə"sinə daxil edilən hansı poema vahid sujet xəttinə malik olmayıb, ayrı-ayrı mənzum hekayələrdən ibarətdir ?
A) "Leyli və Məcnun"
B) "Xosrov və Şirin"
C) "Sirlər xəzinəsi"
D) "İsgəndərnamə"
E) "Yeddi gözəl"
Aşağıdakı əsərlərdən biri Xaqaninin deyil:
A) "Mədain xərabələri"
B) "Töhvətül-İraqeyin"
C) "Qəsideyi-şiniyyə"
D) "Dəhnamə"
E) "Həbsiyyə"
"Kitabi Dədə Qorqud"un müqəddiməsində nədən bəhs olunur?
A) oğuz tayfalarının ən`ələrindən, həyat tərzindən;
B) Bayandır xanın nəsil tarixindən Qazanın onunla qohum olmasından;
C) Dədə Qorqudun anadan olması, şəxsiyyəti, qeyri-adi xüsusiyyətləri, ona aid edilən atalar sözlərindən və onun qadınları dörd soya bölməsindən
D) Qazan xanın anadan olmasından və Bayandır xanla qohumluğundan;
E) Alp Aruzla Qazan xanın düşmən olmasından və Beyrəyin öldürülməsindən;
Bayatıya verilmiş tə`riflərdən hansı dəqiqdir ?
A) cəmi dörd misradan ibarət, yeddi hecalı şe`r şəkli
B) cəmi dörd misradan ibarət, aaba formasında qafiyələnən yeddi hecalı lirik şe`r şəkli
C) hər misrası yeddi hecalı, əsas fikri üçüncü və dördüncü misralarda verilən bir bəndlik şe`r şəkli
D) bir bənddən ibarət, aaba formasında qafiyələnən şe`r şəkli
E) cəmi dörd misradan ibarət, aaba formasında qfiyələnən şe`r şəkli
Məhsəti Gəncəvi  yaradıcılığı üçün səciyyəvi şe`r şəkli.
A) rübai
B) qit`ə
C) qəzəl
D) məsnəvi
E) qəsidə
Südabə obrazı H.Cavidin hansı əsərindədir ?
A) "Səyavuş"
B) "Xəyyam"
C) "Azər"
D) "İblis"
E) "Şeyx Sən`an"
S.Vurğun "Vaqif" pyesində şöhrətə aldanışın faciəsi hansı obrazın şəxsində göstərilmişdir ?
A) Tamara
B) Əminə
C) Tükəzban
D) Gülnar
E) Xuraman
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Dönüş"
B) "Od gəlini"
C) "Sevil"
D) "Oqtay Eloğlu"
E) "Nəsrəddin şah"
Hansı sırada budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır ?
A) Əgər hazırlaşıbsa, yaxşı cavab verəcək.
B) Bütün günü  işləmişdisə də, yenə yorğun deyildi.
C) Elə oğul lazımdır ki, ölümdən qorxmasın.
D) Heç nədən qorxmurdu, çünki biliyinə arxayın idi.
E) Nə qədər deyiblər, o qədər də gətirərsən.
"Rüxsarə inanırdı ki, onun apardığı mübarizə haqq işidir" tabeli mürəkkəb cümləsində budaq cümlə hansı növdədir ?
A) səbəb budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) məqsəd budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) xəbər budaq cümləsi
Başqa, savayı,əlavə, qeyri sözlərinin köməyi ilə cümlənin hansı üzvü xüsusiləşir ?
A) mübtəda
B) zərflik
C) tə`yin
D) xəbər
E) tamamlıq
Şəxssiz cümləni göstərin:
A) Cücəni payızda sayarlar.
B) Bayaqdan sizi gözləyirəm.
C) Hamı narahat idi.
D) Oyunun başlanmasına az qalıb.
E) Onu direktorun yanına çağırdılar.
"Dağdan enəndə" fe`li birləşməsində tabe tərəf hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) fe`li sifələ
B) isimlə
C) əvəzliklə
D) zərflə
E) qoşma ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top