Tapılan ümumi test sayı : 43

"Səbr eylə!" satirası M.Ə.Sabir üslubunu xarakterizə edən hansı cəhəti ilə seçilir ?
A) mənfi tipin dilindən yazılmışdır;
B) fikrin birbaşa ifadəsi yolu ilə yoxsullara müraciətlə yazılmışdır;
C) sadəlövh bir kəndlinin dilindən yazılmışdır;
D) kinayə üsulundan istifadə edilməklə, yoxsullara müraciət formasında yazılmışdır;
E) Sabirin o biri satiralarından elə bir özünəməxsus cəhəti ilə seçilmir
Hamlet əsərində aktyorların oynayacağı tamaşaya əlavə etdiyi "Siçan tələsi" ilə faciə qəhrəmanı hansı məqsədi izləyirdi ?
A) "dünyanın əşrəfi" saydığı insanın daxili ziddiyyətlərini göstərmək, öz arzu və niyyətlərini daha geniş auditoriyaya çıxarmaq;
B) Saray mühitinin çirkabını, hər cür münasibətin müəyyən mənafe üzərində qurulduğunu göstərmək;
C) köhnə dostları olan truppa üzvlərinin yüksək faciə aktyorları olduqlarını nümayiş etdirmək;
D) kölgədən gördüklərinin həqiqət olub olmadığını yoxlamaqla tərəddüdlərinə son qoyub qəti qərar vermək;
E) aktyorların əvvəlcədən hazırladığı bu tamaşanın kral Klavdinin, anası kraliçanın zövqünə uyğun daha ciddi dram ünsürləri ilə zənginləşdirmək.
M.F.Axundov dramatik janırlar içərisində niyə məhz komediyanı seçmişdir ?
A) komediya kiçik həcimli əsər idi, səhnəyə qoyulmaqla asan yayıla bilərdi;
B) Azərbaycan ədəbiyyatında komediya janrının müəyyən ən`ənəsi var idi;
C) komediya tənqidi əsər olduğundan ictimai qüsurlar əleyhinə qüvvətli mübarizə vasitəsi idi;
D) ona dostları komediya janrından başlamağı tövsiyyə etmişdilər;
E) dramatik əsər olmaq e`tibarı ilə komediya yazmaq daha asan idi;
Aşıq Ələsgərdən verilmiş aşağıdakı misralarda hansı bədii təsvir vasitəsi var ?
Ala yanağına, bal dodağına
Baxan kimi ağlım çaşdı, Güləndam!
A) metonimiya
B) simvol
C) təşbeh
D) metafora
E) spitet
Burada nəyi heca vəzninin əlaməti kimi götürmək olmaz ?
A) misralarda uzun və qısa hecaların mütənasib növbələnməsi
B) onun Azərbaycan xalq şe`rinin yeganə vəzn olması
C) bölgünün bütöv söz prinsipinə əsaslanması
D) misralarda hecaların sayca bərabərliyi
E) misra bölümlərində hecaların sayı
"Mən kimi əldə yox ixtiyarın,
Bir özgə əlindədir məharın" -
misraları M.Füzulinin hansı qəhrəmanının dilindən deyilir ?
A) Leylinin
B) Nofəlin
C) Məcnunun atasının
D) İbin Səlamın
E) Məcnunun
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatına ən mühüm ədəbi hadisə:
A) poema janrının inkişafı
B) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətləbləri də əhatə etməsi;
C) farsca yazan şairlərin hökümdarlar tərəfindən himayə olunması
D) Azərbaycan dilində yazan şairlərin çoxalması;
E) Nizami ən`ənələrinin davam etdirilməsi
Nizami "Xəmsə"sinə daxil edilən hansı poema vahid sujet xəttinə malik olmayıb, ayrı-ayrı mənzum hekayələrdən ibarətdir ?
A) "Xosrov və Şirin"
B) "Yeddi gözəl"
C) "İsgəndərnamə"
D) "Sirlər xəzinəsi"
E) "Leyli və Məcnun"
Aşağıdakı əsərlərdən biri Xaqaninin deyil:
A) "Töhvətül-İraqeyin"
B) "Qəsideyi-şiniyyə"
C) "Dəhnamə"
D) "Həbsiyyə"
E) "Mədain xərabələri"
"Kitabi Dədə Qorqud"un müqəddiməsində nədən bəhs olunur?
A) Bayandır xanın nəsil tarixindən Qazanın onunla qohum olmasından;
B) Alp Aruzla Qazan xanın düşmən olmasından və Beyrəyin öldürülməsindən;
C) Dədə Qorqudun anadan olması, şəxsiyyəti, qeyri-adi xüsusiyyətləri, ona aid edilən atalar sözlərindən və onun qadınları dörd soya bölməsindən
D) Qazan xanın anadan olmasından və Bayandır xanla qohumluğundan;
E) oğuz tayfalarının ən`ələrindən, həyat tərzindən;
Bayatıya verilmiş tə`riflərdən hansı dəqiqdir ?
A) hər misrası yeddi hecalı, əsas fikri üçüncü və dördüncü misralarda verilən bir bəndlik şe`r şəkli
B) cəmi dörd misradan ibarət, yeddi hecalı şe`r şəkli
C) cəmi dörd misradan ibarət, aaba formasında qfiyələnən şe`r şəkli
D) cəmi dörd misradan ibarət, aaba formasında qafiyələnən yeddi hecalı lirik şe`r şəkli
E) bir bənddən ibarət, aaba formasında qafiyələnən şe`r şəkli
Məhsəti Gəncəvi  yaradıcılığı üçün səciyyəvi şe`r şəkli.
A) qəzəl
B) məsnəvi
C) qəsidə
D) rübai
E) qit`ə
Südabə obrazı H.Cavidin hansı əsərindədir ?
A) "İblis"
B) "Xəyyam"
C) "Azər"
D) "Şeyx Sən`an"
E) "Səyavuş"
S.Vurğun "Vaqif" pyesində şöhrətə aldanışın faciəsi hansı obrazın şəxsində göstərilmişdir ?
A) Əminə
B) Tamara
C) Tükəzban
D) Gülnar
E) Xuraman
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Sevil"
B) "Dönüş"
C) "Nəsrəddin şah"
D) "Od gəlini"
E) "Oqtay Eloğlu"
Hansı sırada budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır ?
A) Nə qədər deyiblər, o qədər də gətirərsən.
B) Əgər hazırlaşıbsa, yaxşı cavab verəcək.
C) Bütün günü  işləmişdisə də, yenə yorğun deyildi.
D) Heç nədən qorxmurdu, çünki biliyinə arxayın idi.
E) Elə oğul lazımdır ki, ölümdən qorxmasın.
"Rüxsarə inanırdı ki, onun apardığı mübarizə haqq işidir" tabeli mürəkkəb cümləsində budaq cümlə hansı növdədir ?
A) xəbər budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) məqsəd budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) səbəb budaq cümləsi
Başqa, savayı,əlavə, qeyri sözlərinin köməyi ilə cümlənin hansı üzvü xüsusiləşir ?
A) tə`yin
B) xəbər
C) zərflik
D) mübtəda
E) tamamlıq
Şəxssiz cümləni göstərin:
A) Hamı narahat idi.
B) Cücəni payızda sayarlar.
C) Bayaqdan sizi gözləyirəm.
D) Onu direktorun yanına çağırdılar.
E) Oyunun başlanmasına az qalıb.
"Dağdan enəndə" fe`li birləşməsində tabe tərəf hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) zərflə
B) əvəzliklə
C) qoşma ilə
D) fe`li sifələ
E) isimlə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top