Tapılan ümumi test sayı : 43

"Səbr eylə!" satirası M.Ə.Sabir üslubunu xarakterizə edən hansı cəhəti ilə seçilir ?
A) fikrin birbaşa ifadəsi yolu ilə yoxsullara müraciətlə yazılmışdır;
B) sadəlövh bir kəndlinin dilindən yazılmışdır;
C) Sabirin o biri satiralarından elə bir özünəməxsus cəhəti ilə seçilmir
D) mənfi tipin dilindən yazılmışdır;
E) kinayə üsulundan istifadə edilməklə, yoxsullara müraciət formasında yazılmışdır;
Hamlet əsərində aktyorların oynayacağı tamaşaya əlavə etdiyi "Siçan tələsi" ilə faciə qəhrəmanı hansı məqsədi izləyirdi ?
A) Saray mühitinin çirkabını, hər cür münasibətin müəyyən mənafe üzərində qurulduğunu göstərmək;
B) aktyorların əvvəlcədən hazırladığı bu tamaşanın kral Klavdinin, anası kraliçanın zövqünə uyğun daha ciddi dram ünsürləri ilə zənginləşdirmək.
C) köhnə dostları olan truppa üzvlərinin yüksək faciə aktyorları olduqlarını nümayiş etdirmək;
D) kölgədən gördüklərinin həqiqət olub olmadığını yoxlamaqla tərəddüdlərinə son qoyub qəti qərar vermək;
E) "dünyanın əşrəfi" saydığı insanın daxili ziddiyyətlərini göstərmək, öz arzu və niyyətlərini daha geniş auditoriyaya çıxarmaq;
M.F.Axundov dramatik janırlar içərisində niyə məhz komediyanı seçmişdir ?
A) Azərbaycan ədəbiyyatında komediya janrının müəyyən ən`ənəsi var idi;
B) ona dostları komediya janrından başlamağı tövsiyyə etmişdilər;
C) komediya kiçik həcimli əsər idi, səhnəyə qoyulmaqla asan yayıla bilərdi;
D) komediya tənqidi əsər olduğundan ictimai qüsurlar əleyhinə qüvvətli mübarizə vasitəsi idi;
E) dramatik əsər olmaq e`tibarı ilə komediya yazmaq daha asan idi;
Aşıq Ələsgərdən verilmiş aşağıdakı misralarda hansı bədii təsvir vasitəsi var ?
Ala yanağına, bal dodağına
Baxan kimi ağlım çaşdı, Güləndam!
A) metonimiya
B) metafora
C) simvol
D) spitet
E) təşbeh
Burada nəyi heca vəzninin əlaməti kimi götürmək olmaz ?
A) onun Azərbaycan xalq şe`rinin yeganə vəzn olması
B) misra bölümlərində hecaların sayı
C) misralarda hecaların sayca bərabərliyi
D) bölgünün bütöv söz prinsipinə əsaslanması
E) misralarda uzun və qısa hecaların mütənasib növbələnməsi
"Mən kimi əldə yox ixtiyarın,
Bir özgə əlindədir məharın" -
misraları M.Füzulinin hansı qəhrəmanının dilindən deyilir ?
A) Nofəlin
B) Məcnunun
C) İbin Səlamın
D) Leylinin
E) Məcnunun atasının
XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatına ən mühüm ədəbi hadisə:
A) farsca yazan şairlərin hökümdarlar tərəfindən himayə olunması
B) qəzəl janrının məhdud çərçivədən çıxıb ən mühüm ictimai mətləbləri də əhatə etməsi;
C) Azərbaycan dilində yazan şairlərin çoxalması;
D) poema janrının inkişafı
E) Nizami ən`ənələrinin davam etdirilməsi
Nizami "Xəmsə"sinə daxil edilən hansı poema vahid sujet xəttinə malik olmayıb, ayrı-ayrı mənzum hekayələrdən ibarətdir ?
A) "Leyli və Məcnun"
B) "Xosrov və Şirin"
C) "Sirlər xəzinəsi"
D) "Yeddi gözəl"
E) "İsgəndərnamə"
Aşağıdakı əsərlərdən biri Xaqaninin deyil:
A) "Töhvətül-İraqeyin"
B) "Dəhnamə"
C) "Həbsiyyə"
D) "Qəsideyi-şiniyyə"
E) "Mədain xərabələri"
"Kitabi Dədə Qorqud"un müqəddiməsində nədən bəhs olunur?
A) Qazan xanın anadan olmasından və Bayandır xanla qohumluğundan;
B) Bayandır xanın nəsil tarixindən Qazanın onunla qohum olmasından;
C) Dədə Qorqudun anadan olması, şəxsiyyəti, qeyri-adi xüsusiyyətləri, ona aid edilən atalar sözlərindən və onun qadınları dörd soya bölməsindən
D) oğuz tayfalarının ən`ələrindən, həyat tərzindən;
E) Alp Aruzla Qazan xanın düşmən olmasından və Beyrəyin öldürülməsindən;
Bayatıya verilmiş tə`riflərdən hansı dəqiqdir ?
A) cəmi dörd misradan ibarət, aaba formasında qfiyələnən şe`r şəkli
B) cəmi dörd misradan ibarət, yeddi hecalı şe`r şəkli
C) cəmi dörd misradan ibarət, aaba formasında qafiyələnən yeddi hecalı lirik şe`r şəkli
D) hər misrası yeddi hecalı, əsas fikri üçüncü və dördüncü misralarda verilən bir bəndlik şe`r şəkli
E) bir bənddən ibarət, aaba formasında qafiyələnən şe`r şəkli
Məhsəti Gəncəvi  yaradıcılığı üçün səciyyəvi şe`r şəkli.
A) qit`ə
B) rübai
C) qəzəl
D) məsnəvi
E) qəsidə
Südabə obrazı H.Cavidin hansı əsərindədir ?
A) "İblis"
B) "Şeyx Sən`an"
C) "Azər"
D) "Səyavuş"
E) "Xəyyam"
S.Vurğun "Vaqif" pyesində şöhrətə aldanışın faciəsi hansı obrazın şəxsində göstərilmişdir ?
A) Gülnar
B) Əminə
C) Tükəzban
D) Xuraman
E) Tamara
C.Cabbarlı yaradıcılığının birinci dövrünə aid əsəri göstərin:
A) "Dönüş"
B) "Od gəlini"
C) "Oqtay Eloğlu"
D) "Nəsrəddin şah"
E) "Sevil"
Hansı sırada budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır ?
A) Əgər hazırlaşıbsa, yaxşı cavab verəcək.
B) Heç nədən qorxmurdu, çünki biliyinə arxayın idi.
C) Bütün günü  işləmişdisə də, yenə yorğun deyildi.
D) Nə qədər deyiblər, o qədər də gətirərsən.
E) Elə oğul lazımdır ki, ölümdən qorxmasın.
"Rüxsarə inanırdı ki, onun apardığı mübarizə haqq işidir" tabeli mürəkkəb cümləsində budaq cümlə hansı növdədir ?
A) xəbər budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) səbəb budaq cümləsi
E) məqsəd budaq cümləsi
Başqa, savayı,əlavə, qeyri sözlərinin köməyi ilə cümlənin hansı üzvü xüsusiləşir ?
A) zərflik
B) tə`yin
C) mübtəda
D) tamamlıq
E) xəbər
Şəxssiz cümləni göstərin:
A) Bayaqdan sizi gözləyirəm.
B) Hamı narahat idi.
C) Oyunun başlanmasına az qalıb.
D) Cücəni payızda sayarlar.
E) Onu direktorun yanına çağırdılar.
"Dağdan enəndə" fe`li birləşməsində tabe tərəf hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) zərflə
B) qoşma ilə
C) isimlə
D) əvəzliklə
E) fe`li sifələ
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top