Tapılan ümumi test sayı : 43

Müəyyənlik bildirən yiyəlik hala aid edilən əlamətlərdən biri səhvdir ?
A) Kimi, qədər, tək, ilə qoşmaları bu halda olan sözlərlə əlaqəyə girir.
B) Kimin? nəyin? haranın? suallarından birinə cavab verir.
C) Bu halda işlənən söz cümlənin xəbəri ola bilmir.
D) Mə`nasına görə müəyyənlik bildirir.
E) Bu hal III növ ismi söz birləşməsinin birinci tərəfi olur.
"Həyat davam edir" cümləsi nə üçün cüttərkibli müxtəsər cümlə sayılır ?
A) yalnız baş üzvlərdən ibarət olduğuna görə
B) bitmə intonasiyası ilə tələffüz olunduğuna görə
C) müxtəsər fikir ifadə etdiyinə görə
D) baş üzvlərin hər ikisi
E) mübtəda ilə xəbər arasında uzlaşma olduğuna görə
"Cəld tərpənən" fe`li birləşməsinin tərəfəri arasında hansı sintaktik əlaqə vardır ?
A) yanaşma
B) tabesizlik
C) uzlaşma
D) sintaktik əlaqə yoxdur
E) idarə
Tabe tərəfi sifətlə ifadə olunan I növ ismi söz birləşməsini göstərin.
A) ağır döyüş
B) bu məsələ
C) rezin çəkmə
D) beş tələbə
E) görüləsi iş
İsmi xəbərli cüttərkibli sadə cümləni göstərin.
A) Həyat necə də gözəldir?!
B) Biz ondan tez-tez xəbər tuta bilmirik.
C) Yağışdan sonra təbiət də gözəlləşdi.
D) İlyas tapşırığı yazdı.
E) Yayın son günlərindən biri idi.
Yalnız yönlük hal tələb edən qoşmalar hansı sırada verilmişdir ?
A) tək, savayı, bəri
B) üçün, ilə, ötrü
C) kimi, qədər, tək
D) başqa, savayı, özgə
E) tərəf, doğru, sarı
"İlqarla Vüqar bağda işləyirlər" cümləsində İlqarla sözündəki la nədir ?
A) ədat
B) bağlayıcı
C) qoşma
D) fe`l düzəldən şəkilçi
E) zərf düzəldən şəkilçi
Fe`li sifət ən çox hansı cümlə üzvü vəzifəsində işlənir ?
A) mübtəda
B) tə`yin
C) tamamlıq
D) xəbər
E) zərflik
Aşağıdakılar fe`li sifət şəkilçiləri kimi  verilmişdir. Səhv olanı göstərin.
A) -an(-ən)
B) -ası(-əsi)
C) -malı(-məli)
D) -acaq(-əcək)
E) -qan(-kən)
"Axtardığınız mənzil aşağıdadır" cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) isimlə
B) fe`llə
C) sifətlə
D) əvəzliklə
E) zərflə
"Şəkil" sözünün fonetik təhlilində hansı mərhələdə səhvə yol verilmişdir ?
A) ə, i, inə, dodaqlanmayan saitlərdir.
B) Sözdə incə saitlərin ahəngi gözlənmişdir.
C) İki hecalı sözdür, vurğu ikinci hecaya düşür.
D) ş, l kar, k cingiltili samitdir.
E) Bu sözdə 5 səs (ş, ə, k, i, l) və 5 hərf (şe, ə, ke, i, el) vardır
Hansı sırada vergül düzgün qoyulmamışdır ?
A) O, doğrunu yalandan seçməyi bacarır.
B) Xülasə, çox şeydən danışmaq olar.
C) Mən buraya atamın tapşırığına görə, gəlmişəm.
D) Bacım, Mətanət səni gözləyir.
E) Aldığımız mə`lumata görə, müşavirə ayın axırında keçiriləcək.
Hansı sıra bütünlüklə yazılışı ilə tələffüzü arasında fərq olan sözlərdən ibarətdir ?
A) çiçək, kitab, vicdan, rahat
B) belə sıra yoxdur
C) hətta, doqquz, koridor, avtobus
D) hətta, iradə, atlas, avtobus
E) doqquz, şkaf, həyat, bağban
Fe`lin lazım forması hansı şəkilçi ilə düzəlir ?
A) -malı(-məli)
B) -acaq(-əcək)
C) -a(-ə)
D) -ası(-əsi)
E) -sa(-sə)
Sifət qrammatik mə`nasına görə nə bildirir ?
A) əlamət
B) hərəkət
C) miqdar
D) əşya
E) sifətin konkret qrammatik mə`nası yoxdur
"Çiçəklənmişdir" sözündə vurğu neçənci hecaya düşür ?
A) 1-ci
B) 5-ci
C) 4-cü
D) 2-ci
E) 3-cü
"Bütün" sözü əvəzliklərin hansı növünə daxildir ?
A) sual
B) şəxs
C) işarə
D) tə`yini
E) qeyri-müəyyən
Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir ?
A) Bu gün xüsusilə çox işləmisən.
B) Beşincilər daha sə`ylə çalışırlar.
C) Siz xeyli yorğun görünürsüz.
D) Onun çox işlərdən xəbəri yoxdur.
E) İş saat 8-də başlanır.
Fe`ldən düzələn sifətlərin verildiyi sıranı göstərin.
A) zarafatcıl, rəngli, mə`nəvi, əqli
B) saf, təmiz, əxlaqlı, bəyaz
C) bitkin, çalışqan, sönük, yorucu
D) kiçik, zəngin, dünənki qabaqcıl
E) məzmunsuz, duyğusuz, küçədəki, mənzərəli
Təsirlik hallı söz hansı birləşmədə işlənmişdir ?
A) elmi fəaliyyət
B) Xəzər dənizi
C) dərsi öyrənmək
D) şabalıdı torpaqlar
E) Azərbaycan istiqlalı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top