Tapılan ümumi test sayı : 43

C.Məmmədquluzadənin "Anamın kitabı" komediyasında qoyulan ən mühüm məsələ nə idi ?
A) millət və onun dili
B) ailə və cəmiyyət
C) milli istiqlal
D) ana və oğullar
E) xalq, vətən və ziyalılar
Hamlet əsərində "Olum ya ölüm" məngənəsində sıxılan qəhrəmanın bütün əsər boyu daxili tərəddüdlərinə, qətiyyətsizliyinə səbəb nə idi ?
A) qəti qərar qəbul etməyə demokratizmi və ifrat humanizmi mane olurdu;
B) Anası Gertrudanın aldanmış olduğunu zənn edib onun əlavə iztirab və narazılığına səbəb olmaq istəmirdi;
C) atasının qatilini heç cür qəti müəyyən edə bilmirdi;
D) Özünün də cinayət işləyəcəyi təqdirdə kilsə qanunları və dar ağacları onu qorxudurdu;
E) Hamlet fəliyyət, iş adamı deyildi; düşüncələrindən irəli gedə bilmirdi;
"Hacı Qara" komediyasında Heydər bəyi Hacı Qara ilə birləşdirən nədir ?
A) onların hər ikisinə pul lazım idi;
B) Həm Hacı Qara, həm də Heydər bəy komik obrazlardır;
C) onların hər ikisi sövdəgər tacir obrazıdır;
D) Heydər bəy də Hacı Qara kimi xəsisdir;
E) onların hər ikisi pul üçün hər cür riyakarlığa razı olur;
S.Ə.Şirvanidən verilmiş aşağıdakı beytdə hansı bədii ifadə vasitəsi var ?
Naxunu-qəmlə bizi Fərhada nisbət etməyin
Kim yıxar bir gündə yüz min Bisütunu yişəmiz.
A) təkrir
B) təzad
C) mübaliğə
D) bədii üsul
E) kinayə
Əruz vəzninin səciyyəvi əlaməti nədir ?
A) misralarda uzun və qısa hecaların mütənasib növbələnməsi
B) misralarda daxili bölgünün gözlənilməsi
C) misralarda hecaların sayca bərabərliyi
D) bölgünün bütöv söz prinsipinə əsaslanması
E) misraların qoşa-qoşa qafiyələnməsi və şe`r təqtillərinə əməl olunması
"Ey xoş ol günlər ki, mən Həmraz idim canan ilə,
Ne`məti-vəslin görüb nazın çəkirdim min can ilə"-mətləli beyti ilə başlayan qəzəl M.Füzulinin "Leyli və Məcnun" poemasında kimin dilindən verilmişdir ?
A) Leylinin anasının
B) Zeydin
C) Məcnunun
D) Leylinin
E) Məcnunun atasının
Aşağıdakılardan kim "Xəmsə" mövzusunda poema yazmışdır ?
A) Arif Ərdəbili
B) Həbibi
C) Fədai
D) Saib Təbrizi
E) Qövsi Təbrizi
Nizami "Xəmsə"sinə daxil edilmiş poemaların ardıcıllığı hansı sırada pozulmuşdur ?
A) "Leyli və Məcnun"
B) "Yeddi gözəl"
C) "Xosrov və Şirin"
D) "İsgəndərnamə"
E) "Sirlər xəzinəsi"
Aşağıdakılardan kim XI əsrin sonu, XII əsrin əvvəllərində Şirvanşahlarda yaşayıb-yaradan saray şairləri sırasında verilə bilməz ?
A) İzəddin Şirvani
B) Fələki
C) Əbdülüla Gəncəvi
D) Qətran Təbrizi
E) Xaqani
Qazan xan nə üçün Qaraca Çobanın onunla düşmən üzərinə birgə getməsinə razı olmaq istəmədi ?
A) o dövrün qanunlarına görə, kişi ailəsi ilə bağlı məsələlərdə təkbaşına məs`uliyyət daşıyırdı;
B) oğlu Uruzun qarşısında gözükölgəli olacağından qorxurdu.
C) igidin igidə icazəsiz kömək etməsi günah sayılırdı;
D) Qaraca Çobana yuxarıdan aşağı baxırdı;
E) qorxurdu ki, tayfa bəyləri "Qaraca Çoban olmasa idi, Qazan heç nə edə bilməzdi" desinlər;
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) özünəməxsus janır və dil ifadə xüsusiyyətləri var;
B) ümumxalq təfəkkürünün məhsuludur;
C) çoxvariantlı ədəbiyyatdır;
D) şifahi şəkildə yaranır və inkişaf edir;
E) yalnız epik janırları olur;
Qit`ə qafiyə quruluşuna görə klassik şe`rin hansı şəklinə yaxındır ?
A) qəzəl
B) müxəmməs
C) mürəbbe
D) rübai
E) məsnəvi
S.Rəhimovun ən böyük romanı hansıdır ?
A) "Ağbulaq dağlarında"
B) "Şamo"
C) "Ana abidəsi"
D) "Saçlı"
E) "Qafqaz qartalı"
S.Vurğunun hansı əsərinin faciəvi sonluğu  sonradan nikbin məzmunla tamamlandığından əsərin adı da dəyişdirilmişdir ?
A) "Xanlar"
B) "Fərhad və Şirin"
C) "Vaqif"
D) "İnsan"
E) "Komsomol poeması"
C.Cabbarlının aşağıdakı əsərlərindən biri tarixi faciədir. Həmin əsəri göstərin:
A) "Oqtay Eloğlu"
B) "Od gəlini"
C) "Yaşar"
D) "1905-ci ildə"
E) "Aydın"
Hansı sırada budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır ?
A) Hava soyudumu, onu bu yerlərdə görə bilməzsən.
B) Elə oxu ki, hamı anlaya bilsin.
C) Sən vaxtında gəlib çıxsan, biz gecikmərik.
D) Kim istəsə, onu özümlə aparacağam.
E) Hərçənd çox çətindir, amma yerinə yetirilməlidir.
"Hamıya məlumdur ki, sən mənim ən yaxın dostumsan" tabeli mürəkkəb cümləsində budaq cümlə hansı növdədir ?
A) xəbər budaq cümləsi
B) səbəb budaq cümləsi
C) tamamlıq budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) tə`yin budaq cümləsi
Baxmayaraq, hlda, əvəzinə sözlərinin köməyi ilə cümlənin hansı üzvü xüsusiləşir ?
A) mübtəda
B) tə`yin
C) tamamlıq
D) zərflik
E) xəbər
Qeyri-müəyyən şəxsli cümləni göstərin:
A) Yıxılana balta çalmazlar.
B) Kimsə qapını həyəcanla döyürdü.
C) Biz dünən yola düşməli idik.
D) Yanvar ayının 20-si idi.
E) Sizi telefona çağırırlar.
Fe`li birləşmələrin tabeedici tərəfi nə ilə ifadə olunur?
A) isim və sifətlə
B) məsdər, fe`li sifət və fe`li bağlama ilə
C) fe`lin xəbər forması ilə
D) şəxs şəkilçisi qəbul etmiş hər hansı bir nitq hissəsi ilə
E) fe`lin bütün formaları ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top