Tapılan ümumi test sayı : 43

C.Məmmədquluzadənin "Anamın kitabı" komediyasında qoyulan ən mühüm məsələ nə idi ?
A) xalq, vətən və ziyalılar
B) ana və oğullar
C) ailə və cəmiyyət
D) millət və onun dili
E) milli istiqlal
Hamlet əsərində "Olum ya ölüm" məngənəsində sıxılan qəhrəmanın bütün əsər boyu daxili tərəddüdlərinə, qətiyyətsizliyinə səbəb nə idi ?
A) Özünün də cinayət işləyəcəyi təqdirdə kilsə qanunları və dar ağacları onu qorxudurdu;
B) Hamlet fəliyyət, iş adamı deyildi; düşüncələrindən irəli gedə bilmirdi;
C) atasının qatilini heç cür qəti müəyyən edə bilmirdi;
D) Anası Gertrudanın aldanmış olduğunu zənn edib onun əlavə iztirab və narazılığına səbəb olmaq istəmirdi;
E) qəti qərar qəbul etməyə demokratizmi və ifrat humanizmi mane olurdu;
"Hacı Qara" komediyasında Heydər bəyi Hacı Qara ilə birləşdirən nədir ?
A) onların hər ikisi sövdəgər tacir obrazıdır;
B) Heydər bəy də Hacı Qara kimi xəsisdir;
C) onların hər ikisinə pul lazım idi;
D) onların hər ikisi pul üçün hər cür riyakarlığa razı olur;
E) Həm Hacı Qara, həm də Heydər bəy komik obrazlardır;
S.Ə.Şirvanidən verilmiş aşağıdakı beytdə hansı bədii ifadə vasitəsi var ?
Naxunu-qəmlə bizi Fərhada nisbət etməyin
Kim yıxar bir gündə yüz min Bisütunu yişəmiz.
A) mübaliğə
B) təkrir
C) təzad
D) bədii üsul
E) kinayə
Əruz vəzninin səciyyəvi əlaməti nədir ?
A) misralarda hecaların sayca bərabərliyi
B) misralarda uzun və qısa hecaların mütənasib növbələnməsi
C) bölgünün bütöv söz prinsipinə əsaslanması
D) misraların qoşa-qoşa qafiyələnməsi və şe`r təqtillərinə əməl olunması
E) misralarda daxili bölgünün gözlənilməsi
"Ey xoş ol günlər ki, mən Həmraz idim canan ilə,
Ne`məti-vəslin görüb nazın çəkirdim min can ilə"-mətləli beyti ilə başlayan qəzəl M.Füzulinin "Leyli və Məcnun" poemasında kimin dilindən verilmişdir ?
A) Leylinin
B) Leylinin anasının
C) Məcnunun
D) Məcnunun atasının
E) Zeydin
Aşağıdakılardan kim "Xəmsə" mövzusunda poema yazmışdır ?
A) Saib Təbrizi
B) Həbibi
C) Fədai
D) Qövsi Təbrizi
E) Arif Ərdəbili
Nizami "Xəmsə"sinə daxil edilmiş poemaların ardıcıllığı hansı sırada pozulmuşdur ?
A) "Sirlər xəzinəsi"
B) "Yeddi gözəl"
C) "Xosrov və Şirin"
D) "İsgəndərnamə"
E) "Leyli və Məcnun"
Aşağıdakılardan kim XI əsrin sonu, XII əsrin əvvəllərində Şirvanşahlarda yaşayıb-yaradan saray şairləri sırasında verilə bilməz ?
A) Əbdülüla Gəncəvi
B) Xaqani
C) İzəddin Şirvani
D) Fələki
E) Qətran Təbrizi
Qazan xan nə üçün Qaraca Çobanın onunla düşmən üzərinə birgə getməsinə razı olmaq istəmədi ?
A) qorxurdu ki, tayfa bəyləri "Qaraca Çoban olmasa idi, Qazan heç nə edə bilməzdi" desinlər;
B) o dövrün qanunlarına görə, kişi ailəsi ilə bağlı məsələlərdə təkbaşına məs`uliyyət daşıyırdı;
C) Qaraca Çobana yuxarıdan aşağı baxırdı;
D) igidin igidə icazəsiz kömək etməsi günah sayılırdı;
E) oğlu Uruzun qarşısında gözükölgəli olacağından qorxurdu.
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) özünəməxsus janır və dil ifadə xüsusiyyətləri var;
B) şifahi şəkildə yaranır və inkişaf edir;
C) yalnız epik janırları olur;
D) çoxvariantlı ədəbiyyatdır;
E) ümumxalq təfəkkürünün məhsuludur;
Qit`ə qafiyə quruluşuna görə klassik şe`rin hansı şəklinə yaxındır ?
A) məsnəvi
B) qəzəl
C) mürəbbe
D) rübai
E) müxəmməs
S.Rəhimovun ən böyük romanı hansıdır ?
A) "Saçlı"
B) "Şamo"
C) "Ana abidəsi"
D) "Ağbulaq dağlarında"
E) "Qafqaz qartalı"
S.Vurğunun hansı əsərinin faciəvi sonluğu  sonradan nikbin məzmunla tamamlandığından əsərin adı da dəyişdirilmişdir ?
A) "Komsomol poeması"
B) "Xanlar"
C) "Vaqif"
D) "Fərhad və Şirin"
E) "İnsan"
C.Cabbarlının aşağıdakı əsərlərindən biri tarixi faciədir. Həmin əsəri göstərin:
A) "Od gəlini"
B) "Aydın"
C) "Oqtay Eloğlu"
D) "Yaşar"
E) "1905-ci ildə"
Hansı sırada budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır ?
A) Hərçənd çox çətindir, amma yerinə yetirilməlidir.
B) Elə oxu ki, hamı anlaya bilsin.
C) Sən vaxtında gəlib çıxsan, biz gecikmərik.
D) Hava soyudumu, onu bu yerlərdə görə bilməzsən.
E) Kim istəsə, onu özümlə aparacağam.
"Hamıya məlumdur ki, sən mənim ən yaxın dostumsan" tabeli mürəkkəb cümləsində budaq cümlə hansı növdədir ?
A) mübtəda budaq cümləsi
B) xəbər budaq cümləsi
C) tə`yin budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) səbəb budaq cümləsi
Baxmayaraq, hlda, əvəzinə sözlərinin köməyi ilə cümlənin hansı üzvü xüsusiləşir ?
A) tamamlıq
B) mübtəda
C) tə`yin
D) xəbər
E) zərflik
Qeyri-müəyyən şəxsli cümləni göstərin:
A) Yanvar ayının 20-si idi.
B) Yıxılana balta çalmazlar.
C) Kimsə qapını həyəcanla döyürdü.
D) Sizi telefona çağırırlar.
E) Biz dünən yola düşməli idik.
Fe`li birləşmələrin tabeedici tərəfi nə ilə ifadə olunur?
A) fe`lin bütün formaları ilə
B) isim və sifətlə
C) məsdər, fe`li sifət və fe`li bağlama ilə
D) fe`lin xəbər forması ilə
E) şəxs şəkilçisi qəbul etmiş hər hansı bir nitq hissəsi ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top