Tapılan ümumi test sayı : 43

Qeyri-müəyyənlik bildirən yiyəlik hala aid edilən əlamətlərdən biri səhvdir.
A) Bu halda işlənən söz cümlənin xəbəri ola bilmir.
B) Bu halda olan sözü bütün işlənmə vəziyyətlərində müəyyən yiyəlik hala çevirmək mümkündür.
C) Mə`nasına görə ümumilik və qeyri-müəyyənlik bildirir.
D) Bu halda olan söz, adlıq hal kimi, nə? sualına cavab verir.
E) Bu hal II növ ismi söz birləşməsinin I tərəfi olur.
"Aytəkin şəhərə yola düşdü" cümləsi nə üçün cüttərkibli müxtəsər cümlə sayılır ?
A) baş üzvlər arsında uzlaşma əlaqəsi olduğuna görə
B) baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzv də iştirak etdiyinə görə
C) daha geniş fikir ifadə etdiyinə görə
D) baş üzvlərin hər ikisi iştirak etdiyinə görə
E) bitmə intonasiyası ilə tələffüz olunduğuna görə
"Qapını örtmək" fe`li birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır ?
A) tabesizlik
B) yanaşma
C) sintaktik əlaqə yoxdur
D) uzlaşma
E) idarə
Tabe tərəfi isimlə ifadə olunan I növ ismi sözbirləşməsini göstərin.
A) daş hasar
B) həmin şəkillər
C) kövrək qanadlar
D) onuncu sıra
E) pıçıldaşan ləpələr
İsmi xəbərli cüttərkibli sadə cümləni göstərin.
A) Qardaşım uşaq həkimidir.
B) Biz hamılıqla torpaqlarımızın müdafiəsinə qalxmalıyıq.
C) Xəstənin halı xeyli yaxşılaşmışdı.
D) Bahar fəsli idi.
E) Ömür bizə yaşayıb yaratmaq üçün verilib.
Hansı sıradakı qoşmalar həm yiyəlik, həm də yönlük halı ilə işlənir ?
A) tərəf, doğru
B) üçün, ötrü
C) qeyri, savayı
D) -dək, -can(-cən)
E) qədər, kimi
"Qatarla getmək" birləşməsində la nədir ?
A) zərf düzəldən şəkilçi
B) bağlayıcı
C) fe`l düzəldən şəkilçi
D) ədat
E) qoşma
Fe`li bağlama hansı cümlə üzvü vəzifəsində işlənir ?
A) tə`yin
B) xəbər
C) zərflik
D) tamamlıq
E) mübtəda
Aşağıdakılar fe`ldən sifət düzəldən şəkilçilər kimi verilmişdir. Səhv olanı göstərin.
A) -qın(-kin, -qun, -kün)
B) -qan(-kən)
C) -ıq(-ik, -uq, -ük)
D) -an(-ən)
E) -ıcı(-ici, -ucu, -ücü)
"Görünür bu məsələdə sən haqlısan" cümləsində xəbər hansı nitq hissəsi ilə ifadə olunmuşdur ?
A) əvəzliklə
B) sifətlə
C) sayla
D) fe`llə
E) isimlə
Hansı sırada vergül düzgün qoyulmamışdır ?
A) Bu, dostumun bağışladığı kitabdır.
B) O, ancaq sənə inanır.
C) Güləcəksən hər bir zaman, Azərbaycan, Azərbaycan! (S.V.)
D) Biz, əlbəttə qalib gələcəyik!
E) Ana, Vətən çağırır, getməliyəm!
"Motor" sözünün fonetik təlilində hansı mərhələdə səhvə yol verilmişdir ?
A) İki hecalı sözdür, vurğu ikinci hecaya düşür.
B) Bu sözdə 5 səs (m, o, t, o, r) və 5 hərf (em, o, te, o, er) var.
C) Sözdə dodaqlanan qalın saitlərin ahəngi gözlənmişdir.
D) m, r cingiltili, t kar samitdir.
E) o, qalın dodaqlanan saitdir.
Hansı sırada sözlər düzgün yazılış cəhətdən bütünlüklə səhvdir ?
A) sürtük, maqintafon, bulut, rəsmxət
B) qəhrəman, yəqinlik, doğrudan, səlist
C) əsr, mə`sul, kran, istedad
D) tövsiyə, əlbətdə, məəttəl, poeziya
E) məcara, lahiyə, doğurdan, səhf
Fe`lin arzu forması hansı şəkilçi ilə düzəlir ?
A) -malı(-məli)
B) -ası(-əsi)
C) -acaq(-əcək)
D) -a(-ə)
E) -sa(-sə)
Fe`l qrammatik mənasına görə nə bildirir ?
A) miqdar
B) əşya
C) hərəkət
D) fe`lin konkret qrammatik mə`nası yoxdur
E) əlamət
Verilmiş sözlərin içərisində vurğusu birinci hecaya düşən neçə söz var ?
Barışmazlıq, opera, ehkam, bəlkə, insaflı, lirika, dalğın
A) 4
B) 5
C) 1
D) 2
E) 3
İşarə əvəzlikləri hansı sırada verilmişdir ?
A) kim, nə, hara, necə
B) o, bu, elə, belə
C) mən, sən, biz, siz
D) öz, hər, bütün, filan
E) hamı, birisi, heç kim, kimsə
Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir ?
A) Üçüncü sinif yarışlarda fərqlənirdi.
B) Müzakirədə xeyli adam var idi.
C) Bizə on kitab lazımdır.
D) Səkkiz dördə qalıqsız bölünür.
E) Mən bu gün xeyli yorulmuşam.
Fe`ldən düzələn isimlərin verildiyi sıranı göstərin.
A) Gülüstan, Dağıstan, meşəlik
B) yaxşılıq, bərklik, saflıq
C) bitki, basqın, anlayış
D) bağça, yoldaş, meydança
E) güldan, dənizçi, bəstəkar
Mənsubiyyət şəkilçili sözlər hansı sıradadır ?
A) həyatı öyrənmək, zehni möhkəmləndirmək
B) armudu stəkan, gümüşü saç
C) həyati əsər, zehni iş
D) yorğun adam, sınıq qəlb
E) onun zehni, şairin həyatı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top