Tapılan ümumi test sayı : 29

Məsnəvinin qafiyə quruluşunu göstərin:
A) aa, bb, vv
B) aa, vv, ba
C) aa, ba, ab
D) aa, ba,vv
E) aa, bb, ba
Aşıq Ələsgərin hansı şe`rində ilin dörd fəslinin e`cazkar təsviri verilir ?
A) "Düşdü" qoşmasında
B) "Dağlar" qoşmasında
C) "Dağlar" gəraylısında
D) "Yaylaq" qoşmasında
E) "Çıxıbdı" gəraylısında
Şifahi xalq ədəbiyyatının hansı növündə fikir daha yığcam, mə`nalı və müdrik şəkildə ifadə olunur ?
A) rəvayətlərdə
B) nağıllarda
C) dastanlarda
D) tapmacalarda
E) atalar sözlərində
"Hop-hop" imzası kimə məxsusdur ?
A) Cəlil Məmmədquluzadəyə
B) Abbas Səhhətə
C) Mirzə Şəfi Vazehə
D) Seyid Əzim Şirvaniyə
E) Mirzə Ələkbər Sabirə
Azərbaycan dilində çıxan ilk satirik mətbuat orqanını göstərin:
A) "Zənbur"
B) "Molla Nəsrəddin"
C) "Dəbistan"
D) "Kəşkül"
E) "Kirpi"
Seyid Əzim Şirvani hansı ədəbi məclisə başçılıq etmişdir ?
A) "Məclisi-üns"
B) "Divani-hikmət"
C) "Fövcül-füsəha"
D) "Məcməüş-şüəra"
E) "Beytüs-səfa"
İsmayıl bəy Qutqaşınlının əsəri hansıdır ?
A) "Anamın kitabı"
B) "Hacı Qara"
C) "Rəşid bəy və Səadət xanım"
D) "Müsibəti-Fəxrəddin"
E) "Nadir şah"
Molla Pənah Vaqifin əsəri hansıdır ?
A) "Neçin gəlməz"
B) "Keçdi növbəti-zimistan"
C) "Görmədim"
D) "Dağlar"
E) "Məni candan usandırdı..."
XII əsrdə yaşayıb-yaratmış və rübailəri ilə şöhrətlənmiş sənətkarı göstərin:
A) Məhsəti Gəncəvi
B) Xaqani Şirvani
C) Qətran Təbrizi
D) Nizami Gəncəvi
E) Əbdülüla Gəncəvi
"Nuşirəvan və bayquşların söhbəti" Nizaminin hansı əsərindəndir ?
A) "Leyli və Məcnun"
B) "Xosrov və Şirin"
C) "Yeddi gözəl"
D) "Sirlər xəzinəsi"
E) "İsgəndərnamə"
"Gəlməsələr hədə-qorxu, yada düşməz "Dədə Qorqud" - cümləsində budaq cümlənin növü hansıdır ?
A) şərt
B) xəbər
C) tamamlıq
D) mübtəda
E) qarşılıq-güzəşt
Hansı cümlədə xitab işlənməmişdir ?
A) Dinmə, danışma, yat, bala, sən deyən olmayıb hələ
B) Səbr ilə halva bişər, ey qora, səndən
C) Ey könül, min namə yaz, bir gülüzarın eşqinə
D) Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar
E) Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax
Cümlələrdən hansının xəbəri sifətlə ifadə olunmuşdur ?
A) Ən fərəhli yer insanın ev tikəcəyi yerdir
B) Heydər bəy, yoldaşların bunlardımı ?
C) Məni görcək hönkürtü ilə ağlaşdılar
D) Ay quşcuğazlar, nə yaraşıqlısınız ?
E) Sel kimi töküldü göydən yağışlar
Hansı cümlədə mübtəda məsdərlə ifadə olunmuşdur ?
A) Atam isə işləməkdən doymurdu.
B) Yorulmaq bilməmiş insanın əli.
C) Sən oxumaq bilmirsən.
D) O, şəhəri seyr etməkdə idi.
E) Oxumaq yaxşıdır.
"Ana torpaq, əlin açıq, gözün tox,
Bu dünyada nəyim varsa, sənindir" - nümunəsində xitab nə ilə ifadə olunmuşdur ?
A) fe`li sifətlə
B) I növ ismi birləşmə ilə
C) III növ ismi birləşmə ilə
D) isimlə
E) II növ ismi birləşmə ilə
Dəqiqləşdirici ədatların sırasını göstərin:
A) gör, bax
B) məhz, elə
C) bircə, kaş
D) təki, barı
E) da, ha
Ancaq zaman zərfləri olan sıranı göstərin:
A) yuxarı, istidən, axşam
B) dünən, xeyli, əlüstü
C) bərkdən, sonra, yavaşca
D) həmişə, indi, çoxdan
E) asta, bu gün, qəfildən
Öz, hər, bütün sözləri əvəzliyin hansı növünə aiddir ?
A) qayıdış əvəzliyi
B) tə`yini əvəzliklər
C) qeyri-müəyyən əvəzlik
D) işarə əvəzliyi
E) sual əvəzliyi
Hansı sıradakı fe`llər qarşılıq-birgəlik növdədir ?
A) süzmək, basıb-bağlamaq, boşalmaq
B) şadlanmaq, qızınmaq, öyünmək
C) yazdırılmaq, yoxlanılmaq, oxudulmaq
D) gəzdirtmək, kəsdirmək, qaldırtmaq
E) sevişmək, atışmaq, yazışmaq
Yalnız tə`sirsiz fellər verilən cərgəni göstərin:
A) gəz, aç, gəl
B) oxu, çim, yu
C) düş, bağla, get
D) bax, çalış, fərəhlən
E) gör, eşit, dinlə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top