Tapılan ümumi test sayı : 29

Məsnəvinin qafiyə quruluşunu göstərin:
A) aa, vv, ba
B) aa, bb, vv
C) aa, ba,vv
D) aa, ba, ab
E) aa, bb, ba
Aşıq Ələsgərin hansı şe`rində ilin dörd fəslinin e`cazkar təsviri verilir ?
A) "Yaylaq" qoşmasında
B) "Dağlar" gəraylısında
C) "Çıxıbdı" gəraylısında
D) "Dağlar" qoşmasında
E) "Düşdü" qoşmasında
Şifahi xalq ədəbiyyatının hansı növündə fikir daha yığcam, mə`nalı və müdrik şəkildə ifadə olunur ?
A) dastanlarda
B) nağıllarda
C) tapmacalarda
D) rəvayətlərdə
E) atalar sözlərində
"Hop-hop" imzası kimə məxsusdur ?
A) Seyid Əzim Şirvaniyə
B) Cəlil Məmmədquluzadəyə
C) Mirzə Ələkbər Sabirə
D) Abbas Səhhətə
E) Mirzə Şəfi Vazehə
Azərbaycan dilində çıxan ilk satirik mətbuat orqanını göstərin:
A) "Dəbistan"
B) "Kirpi"
C) "Zənbur"
D) "Kəşkül"
E) "Molla Nəsrəddin"
Seyid Əzim Şirvani hansı ədəbi məclisə başçılıq etmişdir ?
A) "Məcməüş-şüəra"
B) "Məclisi-üns"
C) "Beytüs-səfa"
D) "Fövcül-füsəha"
E) "Divani-hikmət"
İsmayıl bəy Qutqaşınlının əsəri hansıdır ?
A) "Nadir şah"
B) "Anamın kitabı"
C) "Müsibəti-Fəxrəddin"
D) "Hacı Qara"
E) "Rəşid bəy və Səadət xanım"
Molla Pənah Vaqifin əsəri hansıdır ?
A) "Neçin gəlməz"
B) "Dağlar"
C) "Keçdi növbəti-zimistan"
D) "Məni candan usandırdı..."
E) "Görmədim"
XII əsrdə yaşayıb-yaratmış və rübailəri ilə şöhrətlənmiş sənətkarı göstərin:
A) Xaqani Şirvani
B) Əbdülüla Gəncəvi
C) Qətran Təbrizi
D) Məhsəti Gəncəvi
E) Nizami Gəncəvi
"Nuşirəvan və bayquşların söhbəti" Nizaminin hansı əsərindəndir ?
A) "Xosrov və Şirin"
B) "Sirlər xəzinəsi"
C) "İsgəndərnamə"
D) "Leyli və Məcnun"
E) "Yeddi gözəl"
"Gəlməsələr hədə-qorxu, yada düşməz "Dədə Qorqud" - cümləsində budaq cümlənin növü hansıdır ?
A) xəbər
B) mübtəda
C) qarşılıq-güzəşt
D) tamamlıq
E) şərt
Hansı cümlədə xitab işlənməmişdir ?
A) Ey könül, min namə yaz, bir gülüzarın eşqinə
B) Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax
C) Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar
D) Səbr ilə halva bişər, ey qora, səndən
E) Dinmə, danışma, yat, bala, sən deyən olmayıb hələ
Cümlələrdən hansının xəbəri sifətlə ifadə olunmuşdur ?
A) Sel kimi töküldü göydən yağışlar
B) Ay quşcuğazlar, nə yaraşıqlısınız ?
C) Ən fərəhli yer insanın ev tikəcəyi yerdir
D) Məni görcək hönkürtü ilə ağlaşdılar
E) Heydər bəy, yoldaşların bunlardımı ?
Hansı cümlədə mübtəda məsdərlə ifadə olunmuşdur ?
A) O, şəhəri seyr etməkdə idi.
B) Yorulmaq bilməmiş insanın əli.
C) Sən oxumaq bilmirsən.
D) Atam isə işləməkdən doymurdu.
E) Oxumaq yaxşıdır.
"Ana torpaq, əlin açıq, gözün tox,
Bu dünyada nəyim varsa, sənindir" - nümunəsində xitab nə ilə ifadə olunmuşdur ?
A) fe`li sifətlə
B) I növ ismi birləşmə ilə
C) III növ ismi birləşmə ilə
D) isimlə
E) II növ ismi birləşmə ilə
Dəqiqləşdirici ədatların sırasını göstərin:
A) təki, barı
B) məhz, elə
C) gör, bax
D) bircə, kaş
E) da, ha
Ancaq zaman zərfləri olan sıranı göstərin:
A) yuxarı, istidən, axşam
B) həmişə, indi, çoxdan
C) bərkdən, sonra, yavaşca
D) dünən, xeyli, əlüstü
E) asta, bu gün, qəfildən
Öz, hər, bütün sözləri əvəzliyin hansı növünə aiddir ?
A) qeyri-müəyyən əvəzlik
B) işarə əvəzliyi
C) sual əvəzliyi
D) tə`yini əvəzliklər
E) qayıdış əvəzliyi
Hansı sıradakı fe`llər qarşılıq-birgəlik növdədir ?
A) sevişmək, atışmaq, yazışmaq
B) gəzdirtmək, kəsdirmək, qaldırtmaq
C) şadlanmaq, qızınmaq, öyünmək
D) yazdırılmaq, yoxlanılmaq, oxudulmaq
E) süzmək, basıb-bağlamaq, boşalmaq
Yalnız tə`sirsiz fellər verilən cərgəni göstərin:
A) gəz, aç, gəl
B) oxu, çim, yu
C) düş, bağla, get
D) gör, eşit, dinlə
E) bax, çalış, fərəhlən
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top