Tapılan ümumi test sayı : 29

İsimdən düzələn sifətlərin cərgəsini seçin.
A) qaçqın, əzik, sulu
B) evdar, qırıcı, kəsik
C) duzlu, zarafatcıl, elmsiz
D) təmiz, çalışqan, maraqlı
E) qabaqcıl, ötkün, əzik
-i  şəkilçisi hansı cümlədə mənsubiyyət bildirir ?
A) Cümlə şərti işarələrlə göstərilmişdir
B) Evi dağılmış, ocağı söndürülmüşdü
C) Bu mətni afət yazdı
D) Adam yaxşını qoyub, pisi götürməz
E) Sizi çoxdan arzulayırdıq
Əzizləmə və kiçiltmə mə`nası verən düzəltmə isimlərin şəkilçilərini göstərin:
A) -maq2, -lar2, -çı4
B) -dı4, -ça2, -ır4
C) -cığaz4, -ça2, -cıq4
D) -lı4, -sız4, -la2
E) -dır4, -ma2, -lıq4
Yalnız mürəkkəb sözlərdən ibarət cərgəni göstərin:
A) mer-meyvə, qeyri-dəqiq, narazı
B) bisavad, toyuq-cücə, topa-topa
C) savadlı, el-oba, çör-çöp
D) əlüzyuyan, qoyun-quzu, günorta
E) cəfakeş, üzümçü, kağız-kuğuz
Hansı cümlədə "vermək" sözü frozoloji birləşmə əmələ gətirmişdir ?
A) Ev sahibi qonaqlara çay verdi
B) O, kitabı mənə verdi
C) Hakim qaliblərə mükafat verdi
D) Mən dostuma qəti söz verdim
E) Qoca bağban Qaraca qıza meyvə verdi
Dialekt sözləri olan cümləni göstərin:
A) kvadrat, oksigen, burğu, dəniz
B) rəndə, isgənə, balta, toqqa
C) becid, peyğəmbəri, nimdər, doqqaz
D) helium, solo, mişar, doqquz
E) arqon, igid, nimçə, ördək
Ara cümlələr yazıda əsas cümlənin üzvlərindən hansı durğu işarələri ilə ayrılır ?
A) nöqtə, mö`tərizə, dırnaq
B) mö`tərizə, tire, nöqtə
C) vergül, tire, dırnaq
D) nöqtə, vergül, tire
E) tire, mö`tərizə, vergül
"Ailəmizdir" sözündə vurğu hansı hecaya düşür ?
A) IV
B) II
C) I
D) III
E) V
Yalnız kar samitlərdən ibarət olan cərgəni göstərin:
A) x, b, t, v, ş, ğ
B) l, m, ş, s, n, d
C) p, t, ş, s, x, f
D) p, f, x, t, q, y
E) k, z, g, ç, h, j
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top