Tapılan ümumi test sayı : 29

Məsnəvinin qafiyə quruluşunu göstərin:
A) aa, bb, vv
B) aa, ba, ab
C) aa, bb, ba
D) aa, ba,vv
E) aa, vv, ba
Aşıq Ələsgərin hansı şe`rində ilin dörd fəslinin e`cazkar təsviri verilir ?
A) "Dağlar" qoşmasında
B) "Çıxıbdı" gəraylısında
C) "Dağlar" gəraylısında
D) "Düşdü" qoşmasında
E) "Yaylaq" qoşmasında
Şifahi xalq ədəbiyyatının hansı növündə fikir daha yığcam, mə`nalı və müdrik şəkildə ifadə olunur ?
A) atalar sözlərində
B) rəvayətlərdə
C) nağıllarda
D) tapmacalarda
E) dastanlarda
"Hop-hop" imzası kimə məxsusdur ?
A) Mirzə Ələkbər Sabirə
B) Abbas Səhhətə
C) Mirzə Şəfi Vazehə
D) Cəlil Məmmədquluzadəyə
E) Seyid Əzim Şirvaniyə
Azərbaycan dilində çıxan ilk satirik mətbuat orqanını göstərin:
A) "Dəbistan"
B) "Kəşkül"
C) "Molla Nəsrəddin"
D) "Kirpi"
E) "Zənbur"
Seyid Əzim Şirvani hansı ədəbi məclisə başçılıq etmişdir ?
A) "Beytüs-səfa"
B) "Məclisi-üns"
C) "Məcməüş-şüəra"
D) "Divani-hikmət"
E) "Fövcül-füsəha"
İsmayıl bəy Qutqaşınlının əsəri hansıdır ?
A) "Anamın kitabı"
B) "Nadir şah"
C) "Rəşid bəy və Səadət xanım"
D) "Hacı Qara"
E) "Müsibəti-Fəxrəddin"
Molla Pənah Vaqifin əsəri hansıdır ?
A) "Neçin gəlməz"
B) "Görmədim"
C) "Keçdi növbəti-zimistan"
D) "Dağlar"
E) "Məni candan usandırdı..."
XII əsrdə yaşayıb-yaratmış və rübailəri ilə şöhrətlənmiş sənətkarı göstərin:
A) Xaqani Şirvani
B) Nizami Gəncəvi
C) Əbdülüla Gəncəvi
D) Qətran Təbrizi
E) Məhsəti Gəncəvi
"Nuşirəvan və bayquşların söhbəti" Nizaminin hansı əsərindəndir ?
A) "Yeddi gözəl"
B) "Leyli və Məcnun"
C) "İsgəndərnamə"
D) "Sirlər xəzinəsi"
E) "Xosrov və Şirin"
"Gəlməsələr hədə-qorxu, yada düşməz "Dədə Qorqud" - cümləsində budaq cümlənin növü hansıdır ?
A) tamamlıq
B) qarşılıq-güzəşt
C) xəbər
D) şərt
E) mübtəda
Hansı cümlədə xitab işlənməmişdir ?
A) Səbr ilə halva bişər, ey qora, səndən
B) Ey könül, min namə yaz, bir gülüzarın eşqinə
C) Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar
D) Dinmə, danışma, yat, bala, sən deyən olmayıb hələ
E) Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax
Cümlələrdən hansının xəbəri sifətlə ifadə olunmuşdur ?
A) Ən fərəhli yer insanın ev tikəcəyi yerdir
B) Ay quşcuğazlar, nə yaraşıqlısınız ?
C) Sel kimi töküldü göydən yağışlar
D) Məni görcək hönkürtü ilə ağlaşdılar
E) Heydər bəy, yoldaşların bunlardımı ?
Hansı cümlədə mübtəda məsdərlə ifadə olunmuşdur ?
A) Sən oxumaq bilmirsən.
B) Atam isə işləməkdən doymurdu.
C) O, şəhəri seyr etməkdə idi.
D) Yorulmaq bilməmiş insanın əli.
E) Oxumaq yaxşıdır.
"Ana torpaq, əlin açıq, gözün tox,
Bu dünyada nəyim varsa, sənindir" - nümunəsində xitab nə ilə ifadə olunmuşdur ?
A) isimlə
B) II növ ismi birləşmə ilə
C) III növ ismi birləşmə ilə
D) I növ ismi birləşmə ilə
E) fe`li sifətlə
Dəqiqləşdirici ədatların sırasını göstərin:
A) məhz, elə
B) gör, bax
C) da, ha
D) təki, barı
E) bircə, kaş
Ancaq zaman zərfləri olan sıranı göstərin:
A) yuxarı, istidən, axşam
B) asta, bu gün, qəfildən
C) həmişə, indi, çoxdan
D) bərkdən, sonra, yavaşca
E) dünən, xeyli, əlüstü
Öz, hər, bütün sözləri əvəzliyin hansı növünə aiddir ?
A) işarə əvəzliyi
B) tə`yini əvəzliklər
C) qeyri-müəyyən əvəzlik
D) qayıdış əvəzliyi
E) sual əvəzliyi
Hansı sıradakı fe`llər qarşılıq-birgəlik növdədir ?
A) gəzdirtmək, kəsdirmək, qaldırtmaq
B) şadlanmaq, qızınmaq, öyünmək
C) yazdırılmaq, yoxlanılmaq, oxudulmaq
D) sevişmək, atışmaq, yazışmaq
E) süzmək, basıb-bağlamaq, boşalmaq
Yalnız tə`sirsiz fellər verilən cərgəni göstərin:
A) bax, çalış, fərəhlən
B) gör, eşit, dinlə
C) düş, bağla, get
D) gəz, aç, gəl
E) oxu, çim, yu
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top