Tapılan ümumi test sayı : 30

İncə saitlərin yerləşdiyi sıranı göstərin:
A) i, u, ə, ö, a
B) ı, ə, e, u, a
C) u, i, o, a, ü
D) a, ö, ü, e, ı
E) ə, e, ö, ü, i
"Xəmsə"ni və müxəmməsi birləşdirən ümumi cəhət nədir ?
A) Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır.
B) "Xəmsə" müxəmməs janrında yazılmışdır.
C) Hər ikisi şe`r janrıdır.
D) Hər ikisi beş rəqəmi ilə bağlıdır.
E) Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir.
S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ?
A) "Leyli və Məcnun"
B) "Xosrov və Şirin"
C) "İsgəndərnamə"
D) "Yeddi gözəl"
E) "Sirlər xəzinəsi"
Verilmiş şe`r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə işim var ?    (M.Ə.Sabir)
A) rəməl
B) xəfif
C) rəcəz
D) səri
E) həcəz
Verilmiş şe`r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə`nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan. (Vidadi)
A) 5+6
B) 3+4+4
C) 6+5
D) 4+4+3
E) 4+3+4
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
A) litota
B) təzad
C) təkrir
D) bədii sual
E) mübaliğə
"Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ?
A) insanın böyüklüyünü
B) insan elminin gücünü
C) insan duyğularının saflığı
D) ədalətin qələbə çalmasını
E) Eşqin ucalığını
C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkə də bir az artıq.
... Xudayar bəyə gələn gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma rüzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə`ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
A) Zeynəb
B) Ziba
C) İzzət
D) Şərəf
E) Fizzə
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təsvir edilir ?
A) Şirin
B) Şapur
C) Fərhad
D) Xosrov
E) Şiruyə
Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin:
A) "Koroğlu", "Aşıq Qərib"
B) "Aşıq Qərib", "Abbas və Gülgəz"
C) "Kitabi-Dədə Qorqud", "Qaçaq Nəbi"
D) "Dastani-Əhməd Harami", "Koroğlu"
E) "Şah İsmayıl", "Qaçaq Nəbi"
Azərbaycan dilində rübai yazan şair kimdir ?
A) Əfzələddin Xaqani
B) Qətran Təbrizi
C) Nizami Gəncəvi
D) Məhsəti Gəncəvi
E) İmadəddin Nəsimi
Verilmiş tabeli mürəkkəb cümlənin birinci tərəfi nədir: Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
A) baş cümlə
B) yer budaq cümləsi
C) səbəb budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) zaman budaq cümləsi
"Biz hamımız qarşıdakı imtahanlara ciddi hazırlaşırıq" - nümunəsində  cümlə üzvlərinin düzümünü göstərin:
A) mübtəda - tə`yin - tamamlıq - zərflik - xəbər
B) mübtəda - tamamlıq - tə`yin - zərflik - xəbər
C) tə`yin - mübtəda - zərflik - xəbər
D) mübtəda - zərflik - tamamlıq - xəbər
E) mübtəda - tamamlıq - tə`yin - xəbər
"Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ?
A) ismi birləşmə ilə
B) fe`llə
C) fe`li sifətlə
D) fe`li sifət tərkibi ilə
E) sifətlə
Hansı cümlədə mübtəda fe`li sifətlə ifadə olunmuşdur ?
A) Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsəs dərdi vətən dərdidir.
B) Söz var, gələr keçər, söz var, dələr keçər.
C) Oxuyan bülbüldür, dinləyən qazdır.
D) Sizin sözünüzün kəsəri azdır.
E) Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizamlı olar.
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə`yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
A) iştirak etmək
B) şahmat yarışında
C) dostum Faiq
D) mənim dostum
E) yaxın dostum
Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin:
A) mışıltı, sıxıntı, çöküntü, göyümtül
B) yumru-yumru, yastı-yastı, miyoltu, xorultu
C) hey, vay, paho, axıntı
D) şırıltı, gurultu, civilti, nərilti
E) zarıltı, tapıntı, çıxıntı, mələmək
Tərkibində zaman zərfi olan cümləni göstərin:
A) Axşam güclü yağış yağdı.
B) Samirə içəri daxil oldu.
C) Firidun cəld ayağa durdu.
D) Ordumuz cəsarətlə irəliləyirdi.
E) İstidən nəfəsi tutulurdu.
Hansı cümlədə məsdər vardır ?
A) Əmək insanı ucaldar.
B) Yemək dostundan uzaq ol.
C) Demək, evi tapmadınız ?
D) Burada çimmək qadağandır.
E) Dadaş qardaşına kömək etti.
Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur:
A) İlahim veribdi dərdi bol mana.
B) Neçə şair yola salıb.
C) Bir qaməti əlif bağrımı dəlib.
D) Gözəl, səndə bir nişanə görmüşəm.
E) İşarət eylədim, dərdimi bildi.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top