Tapılan ümumi test sayı : 30

İncə saitlərin yerləşdiyi sıranı göstərin:
A) u, i, o, a, ü
B) a, ö, ü, e, ı
C) ı, ə, e, u, a
D) ə, e, ö, ü, i
E) i, u, ə, ö, a
"Xəmsə"ni və müxəmməsi birləşdirən ümumi cəhət nədir ?
A) Hər ikisi beş rəqəmi ilə bağlıdır.
B) Hər ikisi şe`r janrıdır.
C) Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır.
D) Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir.
E) "Xəmsə" müxəmməs janrında yazılmışdır.
S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ?
A) "Sirlər xəzinəsi"
B) "Yeddi gözəl"
C) "Leyli və Məcnun"
D) "Xosrov və Şirin"
E) "İsgəndərnamə"
Verilmiş şe`r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə işim var ?    (M.Ə.Sabir)
A) xəfif
B) həcəz
C) rəməl
D) səri
E) rəcəz
Verilmiş şe`r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə`nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan. (Vidadi)
A) 4+3+4
B) 5+6
C) 4+4+3
D) 3+4+4
E) 6+5
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
A) bədii sual
B) mübaliğə
C) təkrir
D) litota
E) təzad
"Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ?
A) insanın böyüklüyünü
B) insan duyğularının saflığı
C) ədalətin qələbə çalmasını
D) insan elminin gücünü
E) Eşqin ucalığını
C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkə də bir az artıq.
... Xudayar bəyə gələn gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma rüzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə`ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
A) İzzət
B) Şərəf
C) Zeynəb
D) Fizzə
E) Ziba
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təsvir edilir ?
A) Şiruyə
B) Xosrov
C) Şirin
D) Fərhad
E) Şapur
Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin:
A) "Koroğlu", "Aşıq Qərib"
B) "Şah İsmayıl", "Qaçaq Nəbi"
C) "Kitabi-Dədə Qorqud", "Qaçaq Nəbi"
D) "Aşıq Qərib", "Abbas və Gülgəz"
E) "Dastani-Əhməd Harami", "Koroğlu"
Azərbaycan dilində rübai yazan şair kimdir ?
A) Qətran Təbrizi
B) Əfzələddin Xaqani
C) İmadəddin Nəsimi
D) Məhsəti Gəncəvi
E) Nizami Gəncəvi
Verilmiş tabeli mürəkkəb cümlənin birinci tərəfi nədir: Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
A) yer budaq cümləsi
B) zaman budaq cümləsi
C) səbəb budaq cümləsi
D) baş cümlə
E) mübtəda budaq cümləsi
"Biz hamımız qarşıdakı imtahanlara ciddi hazırlaşırıq" - nümunəsində  cümlə üzvlərinin düzümünü göstərin:
A) tə`yin - mübtəda - zərflik - xəbər
B) mübtəda - tamamlıq - tə`yin - zərflik - xəbər
C) mübtəda - zərflik - tamamlıq - xəbər
D) mübtəda - tə`yin - tamamlıq - zərflik - xəbər
E) mübtəda - tamamlıq - tə`yin - xəbər
"Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ?
A) ismi birləşmə ilə
B) fe`llə
C) fe`li sifət tərkibi ilə
D) sifətlə
E) fe`li sifətlə
Hansı cümlədə mübtəda fe`li sifətlə ifadə olunmuşdur ?
A) Oxuyan bülbüldür, dinləyən qazdır.
B) Söz var, gələr keçər, söz var, dələr keçər.
C) Sizin sözünüzün kəsəri azdır.
D) Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsəs dərdi vətən dərdidir.
E) Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizamlı olar.
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə`yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
A) dostum Faiq
B) şahmat yarışında
C) iştirak etmək
D) mənim dostum
E) yaxın dostum
Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin:
A) yumru-yumru, yastı-yastı, miyoltu, xorultu
B) şırıltı, gurultu, civilti, nərilti
C) zarıltı, tapıntı, çıxıntı, mələmək
D) mışıltı, sıxıntı, çöküntü, göyümtül
E) hey, vay, paho, axıntı
Tərkibində zaman zərfi olan cümləni göstərin:
A) Ordumuz cəsarətlə irəliləyirdi.
B) Axşam güclü yağış yağdı.
C) Samirə içəri daxil oldu.
D) İstidən nəfəsi tutulurdu.
E) Firidun cəld ayağa durdu.
Hansı cümlədə məsdər vardır ?
A) Burada çimmək qadağandır.
B) Əmək insanı ucaldar.
C) Yemək dostundan uzaq ol.
D) Demək, evi tapmadınız ?
E) Dadaş qardaşına kömək etti.
Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur:
A) Gözəl, səndə bir nişanə görmüşəm.
B) Bir qaməti əlif bağrımı dəlib.
C) Neçə şair yola salıb.
D) İlahim veribdi dərdi bol mana.
E) İşarət eylədim, dərdimi bildi.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top