Tapılan ümumi test sayı : 22

S.Rəhimovun "Mehnan" povestində hüquq sistemində çalışan mənfi surət kimdir:
A) Murtuzov
B) Kamilov
C) Cabbarov
D) Məmmədxan
E) Vahidov
Yalnız məsnəvi şəklində yazılmış əsərlərin cərgəsini müəyyənləşdirin:
A) "Yeddi gözəl", "Leyli və Məcnun", "Muğan"
B) "Dəhnamə", "Leyli və Məcnun", "Yeddi gözəl"
C) "Xosrov və Şirin", "Sirlər xəzinəsi", "Təbrizim"
D) "İsgəndərnamə","Görmədim", "Padşahi-mülk..."
E) "Leyli və Məcnun", "Xosrov və Şirin", "Azərbaycan"
Məhəmməd Füzuli "Padişahi-mülk..." qit`əsində kimləri qarşılaşdırır ?
A) Padşahı söz sənətkarı ilə
B) Padşahla ordu başçısını
C) Padşahı pəhləvanla
D) Bir padşahla başqa bir hökmdarı
E) Söz sənətkarını pəhləvanla
M.F.Axundovun "Hacı Qara" komediyasında hadisələrin düyünün açıldığı (razvyazka) hissəsini göstərin:
A) Hacı Qaranın Xəlil yüzbaşı tərəfindən tutulub naçalnikə verilməsi
B) Heydər bəyin naçalnikin qarşısında e`tirafı
C) Hacı Qara və bəylərin həbs olunması, Kərəməlinin həbs olunduğunu görən Hacı Qaranın özündən getməsi
D) Qaçaq mal alverinə gedənlərin Təbrizdən qayıtması
E) Bəylərin və Hacı Qaranın zaminə buraxılması
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından verilən şe`r parçasında hansı surət haqqında danışılır:
"Böyük dağ gövdəli, o dağlar yaran
Gələndə camaat qalmışdı heyran.
Görkəmli böyük bir filə oxşardı,
Onda iki filin qüvvəti vardı."
A) Şapur
B) Şiruyə
C) Fərhad
D) Bəhram Çubin
E) Xosrov
"Kitabi-Dədə Qorqud" dastanı neçə boydan ibarətdir ?
A) 17
B) 16
C) 2
D) 12
E) 6
Verilmiş tabeli mürəkkəb cümlənin ikinci tərəfi nədir ?
"Təranə özünü nə qədər şən göstərməyə çalışırdısa da , pərtliyi hiss olunurdu".
A) məqsəd budaq cümləsi
B) qarşılıq-güzəşt budaq cümləsi
C) baş cümlə
D) şərt budaq cümləsi
E) kəmiyyət budaq cümləsi
Vasitəsiz tamamlıq ismin hansı halında olur ?
A) çıxışlıq halında
B) yerlik halında
C) yiyəlik halında
D) tə`sirlik halında
E) yönlük halında
Hansı cümlənin mübtədası məsdər tərkibi ilə ifadə olunmuşdur ?
A) Lalə tək qızarmaq üz qaydasıdır.
B) Kafər ağlar bizim əhvali-pərişanimizə.
C) Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
D) Xəyalımdan çıxmaz hərgiz xəyalın.
E) Aşiqlik işi qıza nə layiq ?!
Nidalar verilən cərgəni göstərin:
A) ay, bəh-bəh, oho, bəs
B) bəs, -mı4, ox, bəh-bəh
C) ya, ay, bəli, of, paho
D) ox, ay, of, ah, oho
E) vah, ah, vay, gurultu, di
Tərkibində miqdar zərfi olan cümləni göstərin:
A) Qonaqlar dünəndən gəliblər.
B) Dünən maraqlı filmə baxdıq.
C) Biz bu haqda xeyli danışdıq.
D) Biz qonaqları mehribancasına qarşıladıq.
E) Bazardan xeyli meyvə aldıq.
Yalnız fe`li baölamalardan ibarət olan sıranı göstərin:
A) işləməli, oxumadan, gözləyəndə
B) təmizləyəndə, yanaşaraq, öyrəndikdə
C) göstərmək, qurduqda, aparanda
D) saxlayaraq, yaşamaqda, öyrənən
E) yazdıqda, qarşılamaq, danışmayan
Hansı cərgədə yalnız məchul növdə olan fe`llər verilmişdir ?
A) çatdırdı, inandırdı, çaldı, aldı
B) çəkildi, yazdırdı, geyindi, açıldı
C) çəkildi, qalandı, çalındı, sürüldü
D) oturdu, güldürtdü, sildirdi, vuruşdu
E) görüşdü, mələşdi, gülüşdü, bildirdi
Hansı cümlədə qeyri-qəti gələcək zamanda olan fe`l işlənmişdir ?
A) Gələcəkdir babam menim yanıma.
B) Qalmaz belə, qalmaz dünya.
C) Zimistanın novbaharı gələydi.
D) Bu atı Murad sürəcəkmiş.
E) Hər tərəf yumşaq qarla örtülmüşdür.
Verilmiş cümlələrdə "o" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı halda doğrudur ?
A) O, ağacları məktəblilər əkmişlər.
B) O, məktəb yarışda qalib gəldi.
C) O, şagird hamının sevimlisidir.
D) O, hadisədən sonra çox sarsılmışam.
E) O, ağaclara qulluq etməyi çox sevir.
"Dənizin sahilində ikimərtəbəli binanın bünövrəsi qoyulur" - cümləsindəki mənsubiyyət şəkilçili isimlərin sayını müəyyənləşdirin:
A) 3
B) 4
C) 1
D) 5
E) 2
Yalnız sözdüzəldici şəkilçilər olan sıranı göstərin:
A) -imiz, -ış, -un, -lar
B) -dən, -li, -süz, -da
C) -in, -çu, -im, -lər
D) -sız, -lik, -çı, -dəki
E) -lar, -lı, -çi, -lük
Yalnız sinonim sifətlərdən ibarət olan cərgəni göstərin:
A) gödək-qısa, nəhəng-iri, yüksək-hündür
B) odlamaq-alışdırmaq, müxtəsər-qısa, oturmaq-əyləşmək
C) ötürmək-yola salmaq, silmək-təmizləmək, bacarıqlı-qabiliyyətli,
D) adam-insan, yığırlar-toplayırlar, nəm-yaş
E) qaçmaq-yüyürmək, böyük-iri, dünya-aləm
Heç bir alınma sözün olmadığı cərgəni göstərin:
A) baş, doqquz, baba
B) jurnal, rəng, hədis
C) kitab, məktub, məktəb
D) knyaz, kran, qram
E) radio, televiziya, studiya
Aşağıdakı cümlədə altından xətt çəkilmiş hansı söz səhv yazılmışdır ?
      I       II                   III                IV        V
Koroğlu əsil xalq qəhrəmanı və mətin səkərdə idi.
A) I
B) V
C) III
D) II
E) IV
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top