Tapılan ümumi test sayı : 22

S.Rəhimovun "Mehnan" povestində hüquq sistemində çalışan mənfi surət kimdir:
A) Cabbarov
B) Murtuzov
C) Vahidov
D) Məmmədxan
E) Kamilov
Yalnız məsnəvi şəklində yazılmış əsərlərin cərgəsini müəyyənləşdirin:
A) "Leyli və Məcnun", "Xosrov və Şirin", "Azərbaycan"
B) "İsgəndərnamə","Görmədim", "Padşahi-mülk..."
C) "Dəhnamə", "Leyli və Məcnun", "Yeddi gözəl"
D) "Xosrov və Şirin", "Sirlər xəzinəsi", "Təbrizim"
E) "Yeddi gözəl", "Leyli və Məcnun", "Muğan"
Məhəmməd Füzuli "Padişahi-mülk..." qit`əsində kimləri qarşılaşdırır ?
A) Söz sənətkarını pəhləvanla
B) Bir padşahla başqa bir hökmdarı
C) Padşahı söz sənətkarı ilə
D) Padşahla ordu başçısını
E) Padşahı pəhləvanla
M.F.Axundovun "Hacı Qara" komediyasında hadisələrin düyünün açıldığı (razvyazka) hissəsini göstərin:
A) Bəylərin və Hacı Qaranın zaminə buraxılması
B) Qaçaq mal alverinə gedənlərin Təbrizdən qayıtması
C) Hacı Qara və bəylərin həbs olunması, Kərəməlinin həbs olunduğunu görən Hacı Qaranın özündən getməsi
D) Hacı Qaranın Xəlil yüzbaşı tərəfindən tutulub naçalnikə verilməsi
E) Heydər bəyin naçalnikin qarşısında e`tirafı
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından verilən şe`r parçasında hansı surət haqqında danışılır:
"Böyük dağ gövdəli, o dağlar yaran
Gələndə camaat qalmışdı heyran.
Görkəmli böyük bir filə oxşardı,
Onda iki filin qüvvəti vardı."
A) Şiruyə
B) Fərhad
C) Bəhram Çubin
D) Şapur
E) Xosrov
"Kitabi-Dədə Qorqud" dastanı neçə boydan ibarətdir ?
A) 6
B) 17
C) 12
D) 2
E) 16
Verilmiş tabeli mürəkkəb cümlənin ikinci tərəfi nədir ?
"Təranə özünü nə qədər şən göstərməyə çalışırdısa da , pərtliyi hiss olunurdu".
A) kəmiyyət budaq cümləsi
B) məqsəd budaq cümləsi
C) baş cümlə
D) qarşılıq-güzəşt budaq cümləsi
E) şərt budaq cümləsi
Vasitəsiz tamamlıq ismin hansı halında olur ?
A) yerlik halında
B) yönlük halında
C) tə`sirlik halında
D) yiyəlik halında
E) çıxışlıq halında
Hansı cümlənin mübtədası məsdər tərkibi ilə ifadə olunmuşdur ?
A) Lalə tək qızarmaq üz qaydasıdır.
B) Aşiqlik işi qıza nə layiq ?!
C) Xəyalımdan çıxmaz hərgiz xəyalın.
D) Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
E) Kafər ağlar bizim əhvali-pərişanimizə.
Nidalar verilən cərgəni göstərin:
A) bəs, -mı4, ox, bəh-bəh
B) vah, ah, vay, gurultu, di
C) ya, ay, bəli, of, paho
D) ay, bəh-bəh, oho, bəs
E) ox, ay, of, ah, oho
Tərkibində miqdar zərfi olan cümləni göstərin:
A) Biz qonaqları mehribancasına qarşıladıq.
B) Dünən maraqlı filmə baxdıq.
C) Qonaqlar dünəndən gəliblər.
D) Biz bu haqda xeyli danışdıq.
E) Bazardan xeyli meyvə aldıq.
Yalnız fe`li baölamalardan ibarət olan sıranı göstərin:
A) göstərmək, qurduqda, aparanda
B) işləməli, oxumadan, gözləyəndə
C) saxlayaraq, yaşamaqda, öyrənən
D) təmizləyəndə, yanaşaraq, öyrəndikdə
E) yazdıqda, qarşılamaq, danışmayan
Hansı cərgədə yalnız məchul növdə olan fe`llər verilmişdir ?
A) çəkildi, qalandı, çalındı, sürüldü
B) çəkildi, yazdırdı, geyindi, açıldı
C) oturdu, güldürtdü, sildirdi, vuruşdu
D) görüşdü, mələşdi, gülüşdü, bildirdi
E) çatdırdı, inandırdı, çaldı, aldı
Hansı cümlədə qeyri-qəti gələcək zamanda olan fe`l işlənmişdir ?
A) Hər tərəf yumşaq qarla örtülmüşdür.
B) Bu atı Murad sürəcəkmiş.
C) Gələcəkdir babam menim yanıma.
D) Qalmaz belə, qalmaz dünya.
E) Zimistanın novbaharı gələydi.
Verilmiş cümlələrdə "o" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı halda doğrudur ?
A) O, şagird hamının sevimlisidir.
B) O, ağaclara qulluq etməyi çox sevir.
C) O, hadisədən sonra çox sarsılmışam.
D) O, ağacları məktəblilər əkmişlər.
E) O, məktəb yarışda qalib gəldi.
"Dənizin sahilində ikimərtəbəli binanın bünövrəsi qoyulur" - cümləsindəki mənsubiyyət şəkilçili isimlərin sayını müəyyənləşdirin:
A) 3
B) 4
C) 1
D) 2
E) 5
Yalnız sözdüzəldici şəkilçilər olan sıranı göstərin:
A) -imiz, -ış, -un, -lar
B) -dən, -li, -süz, -da
C) -in, -çu, -im, -lər
D) -lar, -lı, -çi, -lük
E) -sız, -lik, -çı, -dəki
Yalnız sinonim sifətlərdən ibarət olan cərgəni göstərin:
A) qaçmaq-yüyürmək, böyük-iri, dünya-aləm
B) gödək-qısa, nəhəng-iri, yüksək-hündür
C) adam-insan, yığırlar-toplayırlar, nəm-yaş
D) ötürmək-yola salmaq, silmək-təmizləmək, bacarıqlı-qabiliyyətli,
E) odlamaq-alışdırmaq, müxtəsər-qısa, oturmaq-əyləşmək
Heç bir alınma sözün olmadığı cərgəni göstərin:
A) kitab, məktub, məktəb
B) baş, doqquz, baba
C) radio, televiziya, studiya
D) knyaz, kran, qram
E) jurnal, rəng, hədis
Aşağıdakı cümlədə altından xətt çəkilmiş hansı söz səhv yazılmışdır ?
      I       II                   III                IV        V
Koroğlu əsil xalq qəhrəmanı və mətin səkərdə idi.
A) I
B) II
C) IV
D) III
E) V
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top