Tapılan ümumi test sayı : 22

S.Rəhimovun "Mehnan" povestində hüquq sistemində çalışan mənfi surət kimdir:
A) Vahidov
B) Məmmədxan
C) Murtuzov
D) Kamilov
E) Cabbarov
Yalnız məsnəvi şəklində yazılmış əsərlərin cərgəsini müəyyənləşdirin:
A) "Xosrov və Şirin", "Sirlər xəzinəsi", "Təbrizim"
B) "İsgəndərnamə","Görmədim", "Padşahi-mülk..."
C) "Leyli və Məcnun", "Xosrov və Şirin", "Azərbaycan"
D) "Dəhnamə", "Leyli və Məcnun", "Yeddi gözəl"
E) "Yeddi gözəl", "Leyli və Məcnun", "Muğan"
Məhəmməd Füzuli "Padişahi-mülk..." qit`əsində kimləri qarşılaşdırır ?
A) Padşahı pəhləvanla
B) Bir padşahla başqa bir hökmdarı
C) Padşahı söz sənətkarı ilə
D) Söz sənətkarını pəhləvanla
E) Padşahla ordu başçısını
M.F.Axundovun "Hacı Qara" komediyasında hadisələrin düyünün açıldığı (razvyazka) hissəsini göstərin:
A) Qaçaq mal alverinə gedənlərin Təbrizdən qayıtması
B) Heydər bəyin naçalnikin qarşısında e`tirafı
C) Bəylərin və Hacı Qaranın zaminə buraxılması
D) Hacı Qara və bəylərin həbs olunması, Kərəməlinin həbs olunduğunu görən Hacı Qaranın özündən getməsi
E) Hacı Qaranın Xəlil yüzbaşı tərəfindən tutulub naçalnikə verilməsi
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından verilən şe`r parçasında hansı surət haqqında danışılır:
"Böyük dağ gövdəli, o dağlar yaran
Gələndə camaat qalmışdı heyran.
Görkəmli böyük bir filə oxşardı,
Onda iki filin qüvvəti vardı."
A) Xosrov
B) Şapur
C) Şiruyə
D) Bəhram Çubin
E) Fərhad
"Kitabi-Dədə Qorqud" dastanı neçə boydan ibarətdir ?
A) 6
B) 2
C) 12
D) 17
E) 16
Verilmiş tabeli mürəkkəb cümlənin ikinci tərəfi nədir ?
"Təranə özünü nə qədər şən göstərməyə çalışırdısa da , pərtliyi hiss olunurdu".
A) məqsəd budaq cümləsi
B) şərt budaq cümləsi
C) baş cümlə
D) kəmiyyət budaq cümləsi
E) qarşılıq-güzəşt budaq cümləsi
Vasitəsiz tamamlıq ismin hansı halında olur ?
A) yönlük halında
B) tə`sirlik halında
C) yerlik halında
D) yiyəlik halında
E) çıxışlıq halında
Hansı cümlənin mübtədası məsdər tərkibi ilə ifadə olunmuşdur ?
A) Aşiqlik işi qıza nə layiq ?!
B) Kafər ağlar bizim əhvali-pərişanimizə.
C) Lalə tək qızarmaq üz qaydasıdır.
D) Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
E) Xəyalımdan çıxmaz hərgiz xəyalın.
Nidalar verilən cərgəni göstərin:
A) bəs, -mı4, ox, bəh-bəh
B) ox, ay, of, ah, oho
C) vah, ah, vay, gurultu, di
D) ay, bəh-bəh, oho, bəs
E) ya, ay, bəli, of, paho
Tərkibində miqdar zərfi olan cümləni göstərin:
A) Biz qonaqları mehribancasına qarşıladıq.
B) Dünən maraqlı filmə baxdıq.
C) Biz bu haqda xeyli danışdıq.
D) Qonaqlar dünəndən gəliblər.
E) Bazardan xeyli meyvə aldıq.
Yalnız fe`li baölamalardan ibarət olan sıranı göstərin:
A) saxlayaraq, yaşamaqda, öyrənən
B) təmizləyəndə, yanaşaraq, öyrəndikdə
C) göstərmək, qurduqda, aparanda
D) yazdıqda, qarşılamaq, danışmayan
E) işləməli, oxumadan, gözləyəndə
Hansı cərgədə yalnız məchul növdə olan fe`llər verilmişdir ?
A) oturdu, güldürtdü, sildirdi, vuruşdu
B) çəkildi, yazdırdı, geyindi, açıldı
C) görüşdü, mələşdi, gülüşdü, bildirdi
D) çatdırdı, inandırdı, çaldı, aldı
E) çəkildi, qalandı, çalındı, sürüldü
Hansı cümlədə qeyri-qəti gələcək zamanda olan fe`l işlənmişdir ?
A) Gələcəkdir babam menim yanıma.
B) Zimistanın novbaharı gələydi.
C) Qalmaz belə, qalmaz dünya.
D) Hər tərəf yumşaq qarla örtülmüşdür.
E) Bu atı Murad sürəcəkmiş.
Verilmiş cümlələrdə "o" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı halda doğrudur ?
A) O, hadisədən sonra çox sarsılmışam.
B) O, şagird hamının sevimlisidir.
C) O, məktəb yarışda qalib gəldi.
D) O, ağacları məktəblilər əkmişlər.
E) O, ağaclara qulluq etməyi çox sevir.
"Dənizin sahilində ikimərtəbəli binanın bünövrəsi qoyulur" - cümləsindəki mənsubiyyət şəkilçili isimlərin sayını müəyyənləşdirin:
A) 5
B) 1
C) 4
D) 2
E) 3
Yalnız sözdüzəldici şəkilçilər olan sıranı göstərin:
A) -lar, -lı, -çi, -lük
B) -imiz, -ış, -un, -lar
C) -sız, -lik, -çı, -dəki
D) -in, -çu, -im, -lər
E) -dən, -li, -süz, -da
Yalnız sinonim sifətlərdən ibarət olan cərgəni göstərin:
A) odlamaq-alışdırmaq, müxtəsər-qısa, oturmaq-əyləşmək
B) adam-insan, yığırlar-toplayırlar, nəm-yaş
C) qaçmaq-yüyürmək, böyük-iri, dünya-aləm
D) ötürmək-yola salmaq, silmək-təmizləmək, bacarıqlı-qabiliyyətli,
E) gödək-qısa, nəhəng-iri, yüksək-hündür
Heç bir alınma sözün olmadığı cərgəni göstərin:
A) radio, televiziya, studiya
B) knyaz, kran, qram
C) kitab, məktub, məktəb
D) jurnal, rəng, hədis
E) baş, doqquz, baba
Aşağıdakı cümlədə altından xətt çəkilmiş hansı söz səhv yazılmışdır ?
      I       II                   III                IV        V
Koroğlu əsil xalq qəhrəmanı və mətin səkərdə idi.
A) V
B) II
C) III
D) I
E) IV
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top