Tapılan ümumi test sayı : 30

Fitnə surəti Nizami Gəncəvinin hansı poemasındandır ?
A) "Xosrov və Şirin"
B) "İsgəndərnamə"
C) "Leyli və Məcnun"
D) "Sirlər xəzinəsi"
E) "Yeddi gözəl"
"Əzizim kətan sarı,
Ağ sarı, kətan sarı.
Çıxaydım şah dağına,
Baxaydım vətən sarı" - şe'rinin nanrını göstərin:
A) rübai
B) mürəbbe
C) gəraylı
D) qoşma
E) bayatı
Aşağıdakı şe'r parçası S.Vurğunun hansı əsərindəndir ?
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
A) "Ceyran"
B) "Dağlar"
C) "Aygün"
D) "Muğan"
E) "Azərbaycan"
"Od tutub qırmızı atəşlə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq" - misralarının müəllifi kimdir ?
A) Abdulla Şaiq
B) Mirzə Ələkbər Sabir
C) Mikayıl Müşfiq
D) Hüseyn Cavid
E) Abbas Səhhət
Ana dilimizin saflığının qorunması problemi C.Məmmədquluzadənin hansı əsərinin ideyasını təşkil edir ?
A) "Anamın kitabı"
B) "Poçt qutusu"
C) "Danabaş kəndinin əhvalatları
D) "Qurbanəli bəy"
E) "Çay dəstgahı"
Hansı xüsusiyyət nağıl janrına aid edilə bilməz ?
A) nəzmlə nəsrin üzvi vəhdət təşkil etməsi
B) mövzu və məzmuna görə müxtəliflik
C) xalq müdrikliyinin ifadəsi 
D) hadisələrin təsvirində rəvayət üslubu
E) epiklik
Vaqifin "Pəri" şe'ri lirik növün hansı janrındadır ?
A) qəsidə
B) qoşma
C) qəzəl
D) müxəmməs
E) gəraylı
Göstərilən əsərlərdən hansı Füzulinin nəsrinə daxildir ?
A) "Məni candan usandırdı..."
B) "Şikayətnamə"
C) "Söz"
D) "Padşahi-mülk..."
E) "Leyli və Məcnun"
Aşağıdakı dialoqda hansı bədii ifadə vasitəsindən istifadə olunmuşdur ?
-Vaqif, ey sərvərim,ey tacidarım!
-Nə var ? Nə deyirsən, vəfalı yarım ?
(S. Vurğun. "Vaqif")
I. mübaliğə
II. bədii sual
III. kinayə
A) I və II
B) I
C) II və III
D) II
E) III
"Yenə qılıncını çəkdi üstümə
Qurbanı olduğum o ala gözlər" - misralarında hansı bədii təsvir vasitələrindən istifadə olunmuşdur ?
I. epitet (bədii tə'yjn)
II. təşbeh (bənzətmə)
III. istiarə (metafora)
A) II
B) I və II
C) III
D) I və III
E) I
Xitab işlənmiş cümləni  göstərin:
A) Şair, hökmdarın hüzurundasan!
B) Mən, şair və münəccim hökmdarın hüzuruna gətirildik
C) Dostum Səməd çox mehribandır
D) Məncə, dostum bu gün bizə gələcək
E) Şair əsrin səsi, xalqın səsidir
İsmi xəbər nə ilə ifadə oluna bilmir ?
A) II və III növ ismi söz birləşmələri ilə
B) isim, sifət, say, əvəzlik və zərflə
C) fe'li bağlama və fe'li bağlama tərkibi ilə
D) fe'li sifət və məsdərlə
E) fe'li sifət və məsdər tərkibləri ilə
Mübtəda hansı cümlədə əvəzliklə ifadə olunmuşdur ? 
A) Sahildə bir xeyli vurnuxan Çərkəz əlacsız qalıb geri qayıtdı.
B) Əvvəlcə ölçüb-biçmək lazımdır.
C) O, Şamxalı tutub saxladı, əl-qol atmağa imkan vermədi.
D) Güləsər gözünün qabağında duranda əti çimçəşirdi.
E) Şamxal soyuqdan titrəyən qızın yalvarışına məhəl qoymadı.
İkinci növ ismi birləşmə olan sıranı göstərin:
A) mərd insan
B) mədəniyyət evi
C) tələbələrdən biri
D) ürəyin arzusu
E) vətənin torpaqları
Sual ədatları olan sıranı göstərin:
A) bəs, məgər, -mı4
B) elə, məhz
C) ki, axı, hətta
D) yalnız, təkcə, bircə
E) kim, nə, hara
Tərzi-hərəkət zərflərindən ibarət olan cərgəni müəyyənləşdirin:
A) yuxarı, içəri, geri
B)  indi, dünən, sabah
C) əsə-əsə, güclü, qaçaraq
D) pis, əlüstü, güclə
E) qorxudan, səs-küydən, qəsdən
Hansı cümlədə fe'lin arzu forması işlənməmişdir  ?
A) Arif ola, eyham ilə söz qana
B) Lazımdı ki, qərib kınlün alasan
C) Bəlkə, canım bu əzabı çəkməyə
D) Alırsan canımı al, incimərəm
E) İnsan payız ölə, yazda dirilə
Fe`lin qayıdış növündə işlənmiş sözləri əhatə edən cərgəni müəyyənləşdirin:
A) döyüldü, açıldı, soyuldu, düzüldü
B) qaçışmaq, tutuşmaq, baxışmaq, gülüşmək
C) geyinmək, daranmaq, bəzənmək
D) doğratmaq, danlatmaq, bükdürmək, boyatmaq
E) böyümək, ərimək, pörtmək, dözmək
Yalnız tə`sirli fe`llər verilən cərgəni göstərin.
A) yemək, açmaq, oxumaq
B) yatmaq, gəlmək, durmaq
C) oxunmaq, geyinmək, oturmaq
D) gəlmək, içmək, görüşmək
E) oturmaq, işləmək, yazmaq
İsimdən sifət düzəldən şəkilçilər hansılardır ?
A) -lı4, -maz2
B) -ıq4, -ar2
C) -lı4, -ıcı4
D) -cıl4, -ıcı4
E) -sız4, -lı4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top