Tapılan ümumi test sayı : 30

Fitnə surəti Nizami Gəncəvinin hansı poemasındandır ?
A) "Sirlər xəzinəsi"
B) "Xosrov və Şirin"
C) "İsgəndərnamə"
D) "Yeddi gözəl"
E) "Leyli və Məcnun"
"Əzizim kətan sarı,
Ağ sarı, kətan sarı.
Çıxaydım şah dağına,
Baxaydım vətən sarı" - şe'rinin nanrını göstərin:
A) gəraylı
B) bayatı
C) rübai
D) qoşma
E) mürəbbe
Aşağıdakı şe'r parçası S.Vurğunun hansı əsərindəndir ?
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
A) "Aygün"
B) "Ceyran"
C) "Azərbaycan"
D) "Muğan"
E) "Dağlar"
"Od tutub qırmızı atəşlə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq" - misralarının müəllifi kimdir ?
A) Abdulla Şaiq
B) Hüseyn Cavid
C) Mirzə Ələkbər Sabir
D) Abbas Səhhət
E) Mikayıl Müşfiq
Ana dilimizin saflığının qorunması problemi C.Məmmədquluzadənin hansı əsərinin ideyasını təşkil edir ?
A) "Poçt qutusu"
B) "Qurbanəli bəy"
C) "Çay dəstgahı"
D) "Danabaş kəndinin əhvalatları
E) "Anamın kitabı"
Hansı xüsusiyyət nağıl janrına aid edilə bilməz ?
A) xalq müdrikliyinin ifadəsi 
B) epiklik
C) hadisələrin təsvirində rəvayət üslubu
D) mövzu və məzmuna görə müxtəliflik
E) nəzmlə nəsrin üzvi vəhdət təşkil etməsi
Vaqifin "Pəri" şe'ri lirik növün hansı janrındadır ?
A) qoşma
B) müxəmməs
C) qəzəl
D) qəsidə
E) gəraylı
Göstərilən əsərlərdən hansı Füzulinin nəsrinə daxildir ?
A) "Şikayətnamə"
B) "Məni candan usandırdı..."
C) "Padşahi-mülk..."
D) "Söz"
E) "Leyli və Məcnun"
Aşağıdakı dialoqda hansı bədii ifadə vasitəsindən istifadə olunmuşdur ?
-Vaqif, ey sərvərim,ey tacidarım!
-Nə var ? Nə deyirsən, vəfalı yarım ?
(S. Vurğun. "Vaqif")
I. mübaliğə
II. bədii sual
III. kinayə
A) III
B) I və II
C) II
D) II və III
E) I
"Yenə qılıncını çəkdi üstümə
Qurbanı olduğum o ala gözlər" - misralarında hansı bədii təsvir vasitələrindən istifadə olunmuşdur ?
I. epitet (bədii tə'yjn)
II. təşbeh (bənzətmə)
III. istiarə (metafora)
A) III
B) II
C) I
D) I və II
E) I və III
Xitab işlənmiş cümləni  göstərin:
A) Şair əsrin səsi, xalqın səsidir
B) Şair, hökmdarın hüzurundasan!
C) Dostum Səməd çox mehribandır
D) Mən, şair və münəccim hökmdarın hüzuruna gətirildik
E) Məncə, dostum bu gün bizə gələcək
İsmi xəbər nə ilə ifadə oluna bilmir ?
A) II və III növ ismi söz birləşmələri ilə
B) isim, sifət, say, əvəzlik və zərflə
C) fe'li sifət və məsdərlə
D) fe'li sifət və məsdər tərkibləri ilə
E) fe'li bağlama və fe'li bağlama tərkibi ilə
Mübtəda hansı cümlədə əvəzliklə ifadə olunmuşdur ? 
A) Əvvəlcə ölçüb-biçmək lazımdır.
B) Güləsər gözünün qabağında duranda əti çimçəşirdi.
C) Sahildə bir xeyli vurnuxan Çərkəz əlacsız qalıb geri qayıtdı.
D) O, Şamxalı tutub saxladı, əl-qol atmağa imkan vermədi.
E) Şamxal soyuqdan titrəyən qızın yalvarışına məhəl qoymadı.
İkinci növ ismi birləşmə olan sıranı göstərin:
A) mərd insan
B) tələbələrdən biri
C) vətənin torpaqları
D) ürəyin arzusu
E) mədəniyyət evi
Sual ədatları olan sıranı göstərin:
A) kim, nə, hara
B) ki, axı, hətta
C) bəs, məgər, -mı4
D) yalnız, təkcə, bircə
E) elə, məhz
Tərzi-hərəkət zərflərindən ibarət olan cərgəni müəyyənləşdirin:
A)  indi, dünən, sabah
B) qorxudan, səs-küydən, qəsdən
C) yuxarı, içəri, geri
D) əsə-əsə, güclü, qaçaraq
E) pis, əlüstü, güclə
Hansı cümlədə fe'lin arzu forması işlənməmişdir  ?
A) Arif ola, eyham ilə söz qana
B) Bəlkə, canım bu əzabı çəkməyə
C) İnsan payız ölə, yazda dirilə
D) Alırsan canımı al, incimərəm
E) Lazımdı ki, qərib kınlün alasan
Fe`lin qayıdış növündə işlənmiş sözləri əhatə edən cərgəni müəyyənləşdirin:
A) döyüldü, açıldı, soyuldu, düzüldü
B) böyümək, ərimək, pörtmək, dözmək
C) doğratmaq, danlatmaq, bükdürmək, boyatmaq
D) qaçışmaq, tutuşmaq, baxışmaq, gülüşmək
E) geyinmək, daranmaq, bəzənmək
Yalnız tə`sirli fe`llər verilən cərgəni göstərin.
A) oxunmaq, geyinmək, oturmaq
B) oturmaq, işləmək, yazmaq
C) yatmaq, gəlmək, durmaq
D) gəlmək, içmək, görüşmək
E) yemək, açmaq, oxumaq
İsimdən sifət düzəldən şəkilçilər hansılardır ?
A) -sız4, -lı4
B) -ıq4, -ar2
C) -lı4, -maz2
D) -cıl4, -ıcı4
E) -lı4, -ıcı4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top