Tapılan ümumi test sayı : 30

"Bizim hər birimiz xalqın mənafeyini  öz mənafeyimizdən üstün tutmalıyıq" - cümləsində mənsubiyyət şəkilçili neçə söz var ?
A) 1
B) 3
C) 4
D) 5
E) 2
Mücərrəd mə`na bildirən düzəltmə isimlərin cərgəsini göstərin.
A) xoşbəxtlik, sevgi, yaxşılıq
B) ağıl, vətəndaş, meydança
C) arzu, xəyal, ruh
D) gurultu, səadət, atlı
E) başçı, əkinçi, şeytan
Ancaq düzəltmə sözlərdən ibarət olan cərgəni göstərin.
A) qələm, nar, hadisə
B) qıpqırmızı, ədəbiyyat, mirzə
C) kitabın, evdə, birbaşa
D) böyük, savadlı, belləmək
E) topdağıtmaz, ikimərtəbəli, üç-üç
Yalnız frazeoloji birləşmələrdən ibarət olan sıranı müəyyənləşdirin:
A) qulaq asmaq, su gətirmək, dilə düşmək
B) yola getmək, aman vermək, əldən düşmək
C) hərəkət etmək, əlindən almaq, qanı qaralmaq
D) təhsil almaq, sahilə çıxmaq, yola düşmək
E) dilə gəlmək, həll etmək, yaxşı olmaq
Hansı sırada bütün sözlər ümumişləkdir ?
A) ocaq, avtobus, körpü, yorğan
B) gülbəsər, həri, bağır, məlaikə
C) kainat, ziyafət, morfologiya, gözəl
D) kərənti, xaliq, məccani, mə`zun
E) metodika, ampula, qan, münaqişə
Hansı sözün yazılışı düzgündür ?
I. ə`la     II. Rə`na     III. mə`cul
A) I və II
B) I
C) II və III
D) I və III
E) hamısının
Gəlməlidirlər sözündə vurğu neçənci hecaya düşür ?
A) V
B) IV
C) III
D) II
E) I
Yalnız cingiltili samitlərdən ibarət olan sıranı göstərin.
A) s, r, j, h, n
B) q, t, s, m, n
C) b, ğ, d, j, c
D) ş, ç, k, s, p
E) ş, d, l, h, b
"Kimə e`tibar edirsinizsə, o adamları göndərin" - cümləsində budaq cümlənin növünü göstərin.
A) mübtəda
B) tamamlıq
C) şərt
D) qrşılıq-birgəlik
E) tə`yin
Əzizləmə və kiçiltmə mə`nası verən düzəltmə isimlərin şəkilçilərini göstərin:
A) -cığaz4, -ça2, -cıq4
B) -maq2, -lar2, -çı4
C) -lı4, -sız4, -la2
D) -dı4, -ça2, -ır4
E) -dır4, -ma2, -lıq4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top