Tapılan ümumi test sayı : 30

Fitnə surəti Nizami Gəncəvinin hansı poemasındandır ?
A) "Xosrov və Şirin"
B) "Sirlər xəzinəsi"
C) "Yeddi gözəl"
D) "Leyli və Məcnun"
E) "İsgəndərnamə"
"Əzizim kətan sarı,
Ağ sarı, kətan sarı.
Çıxaydım şah dağına,
Baxaydım vətən sarı" - şe'rinin nanrını göstərin:
A) mürəbbe
B) bayatı
C) gəraylı
D) rübai
E) qoşma
Aşağıdakı şe'r parçası S.Vurğunun hansı əsərindəndir ?
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
A) "Aygün"
B) "Dağlar"
C) "Ceyran"
D) "Azərbaycan"
E) "Muğan"
"Od tutub qırmızı atəşlə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq" - misralarının müəllifi kimdir ?
A) Abdulla Şaiq
B) Hüseyn Cavid
C) Abbas Səhhət
D) Mirzə Ələkbər Sabir
E) Mikayıl Müşfiq
Ana dilimizin saflığının qorunması problemi C.Məmmədquluzadənin hansı əsərinin ideyasını təşkil edir ?
A) "Çay dəstgahı"
B) "Qurbanəli bəy"
C) "Danabaş kəndinin əhvalatları
D) "Anamın kitabı"
E) "Poçt qutusu"
Hansı xüsusiyyət nağıl janrına aid edilə bilməz ?
A) xalq müdrikliyinin ifadəsi 
B) nəzmlə nəsrin üzvi vəhdət təşkil etməsi
C) hadisələrin təsvirində rəvayət üslubu
D) mövzu və məzmuna görə müxtəliflik
E) epiklik
Vaqifin "Pəri" şe'ri lirik növün hansı janrındadır ?
A) müxəmməs
B) qəzəl
C) qəsidə
D) gəraylı
E) qoşma
Göstərilən əsərlərdən hansı Füzulinin nəsrinə daxildir ?
A) "Şikayətnamə"
B) "Söz"
C) "Padşahi-mülk..."
D) "Leyli və Məcnun"
E) "Məni candan usandırdı..."
Aşağıdakı dialoqda hansı bədii ifadə vasitəsindən istifadə olunmuşdur ?
-Vaqif, ey sərvərim,ey tacidarım!
-Nə var ? Nə deyirsən, vəfalı yarım ?
(S. Vurğun. "Vaqif")
I. mübaliğə
II. bədii sual
III. kinayə
A) I
B) I və II
C) II və III
D) III
E) II
"Yenə qılıncını çəkdi üstümə
Qurbanı olduğum o ala gözlər" - misralarında hansı bədii təsvir vasitələrindən istifadə olunmuşdur ?
I. epitet (bədii tə'yjn)
II. təşbeh (bənzətmə)
III. istiarə (metafora)
A) I
B) III
C) I və III
D) I və II
E) II
Xitab işlənmiş cümləni  göstərin:
A) Mən, şair və münəccim hökmdarın hüzuruna gətirildik
B) Şair əsrin səsi, xalqın səsidir
C) Şair, hökmdarın hüzurundasan!
D) Dostum Səməd çox mehribandır
E) Məncə, dostum bu gün bizə gələcək
İsmi xəbər nə ilə ifadə oluna bilmir ?
A) II və III növ ismi söz birləşmələri ilə
B) fe'li bağlama və fe'li bağlama tərkibi ilə
C) fe'li sifət və məsdərlə
D) isim, sifət, say, əvəzlik və zərflə
E) fe'li sifət və məsdər tərkibləri ilə
Mübtəda hansı cümlədə əvəzliklə ifadə olunmuşdur ? 
A) Şamxal soyuqdan titrəyən qızın yalvarışına məhəl qoymadı.
B) Sahildə bir xeyli vurnuxan Çərkəz əlacsız qalıb geri qayıtdı.
C) Əvvəlcə ölçüb-biçmək lazımdır.
D) O, Şamxalı tutub saxladı, əl-qol atmağa imkan vermədi.
E) Güləsər gözünün qabağında duranda əti çimçəşirdi.
İkinci növ ismi birləşmə olan sıranı göstərin:
A) mərd insan
B) vətənin torpaqları
C) tələbələrdən biri
D) mədəniyyət evi
E) ürəyin arzusu
Sual ədatları olan sıranı göstərin:
A) yalnız, təkcə, bircə
B) ki, axı, hətta
C) bəs, məgər, -mı4
D) kim, nə, hara
E) elə, məhz
Tərzi-hərəkət zərflərindən ibarət olan cərgəni müəyyənləşdirin:
A) əsə-əsə, güclü, qaçaraq
B) yuxarı, içəri, geri
C)  indi, dünən, sabah
D) qorxudan, səs-küydən, qəsdən
E) pis, əlüstü, güclə
Hansı cümlədə fe'lin arzu forması işlənməmişdir  ?
A) Alırsan canımı al, incimərəm
B) Arif ola, eyham ilə söz qana
C) Bəlkə, canım bu əzabı çəkməyə
D) Lazımdı ki, qərib kınlün alasan
E) İnsan payız ölə, yazda dirilə
Fe`lin qayıdış növündə işlənmiş sözləri əhatə edən cərgəni müəyyənləşdirin:
A) qaçışmaq, tutuşmaq, baxışmaq, gülüşmək
B) böyümək, ərimək, pörtmək, dözmək
C) doğratmaq, danlatmaq, bükdürmək, boyatmaq
D) döyüldü, açıldı, soyuldu, düzüldü
E) geyinmək, daranmaq, bəzənmək
Yalnız tə`sirli fe`llər verilən cərgəni göstərin.
A) oxunmaq, geyinmək, oturmaq
B) yatmaq, gəlmək, durmaq
C) yemək, açmaq, oxumaq
D) gəlmək, içmək, görüşmək
E) oturmaq, işləmək, yazmaq
İsimdən sifət düzəldən şəkilçilər hansılardır ?
A) -lı4, -ıcı4
B) -ıq4, -ar2
C) -lı4, -maz2
D) -cıl4, -ıcı4
E) -sız4, -lı4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top