Tapılan ümumi test sayı : 27

"Siyah zülfün nə tökübsən yana sən,
Ya hurisən, ya pərisən, ya nəsən?
Demədim ki, eşq oduna yanasan,
Mən dedim ki, dur qıraqda, bir insan" - şer parçasında "yana sən", "ya nəsən", "yanasan" sözləri nə əmələ gətirir?
A) cinas
B) təşbeh (bənzətmə)
C) istiarə (metafora)
D) təkrir
E) rədif
Sabirin "Nə yazım" şeri hansı məsələlərə həsr olunmuşdur?
A) qadınların maariflənməsi probleminə
B) milli azadlıq problemlərinə
C) hakim siniflərin xalq hərəkatı aorxuya düşməsinə
D) mülkədarlarla yoxsul kəndlilər arasındakı sinfi ziddiyyətlərə
E) sənətin və sənətkarın vəzifəsini göstərməklə məddah şairlərin tənqidinə
"Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan" - misralarında bədii təsvir vasitəsini göstərir:
A) istiarə (metafora)
B) təşbeh (bənzətmə)
C) sinekdoxa
D) metonimiya
E) epitet (bədii təyin)
XX əsrdə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının nümayəndələri kimlərdir?
A) M. Ə. Cabir, A. Səhhət, Ə. Haqverdiyev
B) Ə. Haqverdiyev, C. Məmmədquluzadə, N. Nərimanov
C) H. Cavid, M. Hadi, N. Vəzirov
D) C. Məmmədquluzadə, A. Səhhət, N. Vəzirov
E) H. Cavid, M. Hadi, A. Səhhət
Aşağıdakı sıraların hansında sujet xəttinin inkişafı düzgün göstərilmişdir?
A) ekspozisiya - zavyazka - kulminasiya - razvazka - final
B) kulminasiya - ekspozisiya - zavyazka - ravyazka - final
C) razvyazka - zavyazka - kulminasiya - ekspozisiya - final
D) zavyazka - ekspozisiya - kulminasiya - razvyazka - final
E) ekspozisiya - zavyazka - razvyazka - kulminasiya - final
Aşağıdakı parçada Heydər bəyin (M. F. Axundov. "Hacı Qara") şikayətnaməsinin səbəbi nədir:
"Pərvərdigara, bu necə əsrdir, bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var!.. Ax, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olur, nə ordu dağıtmaq olur!"
A) qadın hüququnun tapdalanması
B) bəylik hüququnun xeyli məhdudlaşdırılması
C) dinin nüfuzunun azalması
D) xəsisliyin xeyli yayılması
E) iş tapılamaması
Saray şairlərinin yaradıcılığında başlıca ter tutan mövzu nədir?
A) Dinin təbliği və din xadimlərinin tərifi
B) İnsanı mənəvi axtarışlara, kamilliyə çağırış
C) Vətən məhəbbəti və doğma yurdun gözəlliklərinin tərənnümü
D) Hökmdarların tərifi, ölkədə baş verən mühüm hadisələrin təsviri
E) Məhəbbət və dostluq hisslərinin tərənnümü
Aşağıdakı cərgələrin hansında adı çəkilən şe'r janrları yalnız 4 misradan ibarətdir ?
A) qəzəl, qəsidə, müxəmməs
B) mərsiyə, məsnəvi, müsəddəs
C) bayatı, rübai, ağı
D) bayatı, qoşma, gəraylı
E) mürəbbe, qoşma, rübai
Aşağıdakılardan hansı mürəkkəb cümlədir:
I. Sənə nə tapşırılıb, onu da et.
II. Versələr, alardım.
III. Güclü nəzarət olmasına baxmayaraq, bir şey gözdən qaçırılmışdı.
A) III
B) I və II
C) I, II və III
D) II
E) I
Aşğıdakı cümlələrdən hansı qeyri-müəyyən şəxslidir ?
I. Qapı döyüldü.
II. Qapını döyürlər.
III. Döymə taxta qapımı, döyməyim dəmir qapını.
A) II və III
B) I və II
C) II
D) III
E) I
Aşağıdakı dialoqda əlavənin işləndiyi cümlə nə cür adlanır:
- Fuad sənin nəyindir ?
- Qardaşım.
-O harada oxuyur ?
- İstanbulda, Boğaziçi Universitetində.
A) şəxssiz cümlə
B) ümumi şəxsli cümlə
C) müxtəsər cümlə
D) ara cümlə
E) yarımçıq cümlə
Aləmdə dastan olub
Səs-sorağın, Şah dağı!"- cümləsində II növ ismi birləşmə ( tə'yini söz birləşməsi) hansı sintaktik funksiyanı daşıyır ?
A) tə'yin
B) xitab
C) xəbər
D) ara söz
E) mübtəda
Xəbərin frozoloji birləşmə (sabit söz birləşməsi) ilə ifadə olunduğu cümləni göstərin:
A) Gecə güclü yağış yağmışdır.
B) Bu maşına gözü düşəndən Akif heç cür rahat ola bilmirdi.
C) Qələbəniz bizi sevindirdi.
D) Nəsə ona ürəyim qızmır.
E) Biz bir daha görüşə bilmədik.
Fe'li bağlama ilə ifadə olunmuş tərzi hərəkət zərfliyi hansı cümlədədir ?
A) Səttarxan Təbrizə gələndən heç yana çıxmamışdır.
B) Qaranlıq düşdükcə sərin meh güclənirdi.
C) Anam bizi gülə-gülə yan otağa dəvət etdi.
D) Biz kəndə çatanda Xədicə ilə qarşılaşdıq.
E) Çox bilib az danışmaq müdriklərə xasdır.
"Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimmdən, vətənimdən" - cümləsində uzlaşma əlaqəsi hansı sözlər arsındadır ?
A) qüvvə - ayırmaz
B) doğma - elimdən
C) ayırmaz - məni
D) öz- vətənimdən
E) bir - an
Hansı cümlədə qoşma işlənmişdir ?
A) Başqa qonaqlar da gəldi, yalnız Rəhim yox idi.
B) Özü yıxılan ağlamaz.
C) Düşmən səni daşla, sən düşməni aşla.
D) Daldan atılan daş topuğa dəyər.
E) Bilməyib soruşmaq eyib deyil, lakin bilməyib soruşmamaq eyibdir.
Aşağıdakı cümlələrin hansında fe'l məchul növdədir:
I. Ədilə otağı bəzədi.         II.Ədilə bəzəndi.
III. Otaq bəzəndi.              IV. Otaq bəzədildi
A) II və III
B) IV
C) III və IV
D) II, III və IV
E) I və III
Hansı cümlədə fel şühudi keçmiş zamanda işlənmişdir?
A) İmkanı olsa idi , kömək edərdi.
B) Yenə o bağ oıaydı.
C) Rabitə kəsildi.
D) Öz işığı ilə evə səadət gətirmişdi.
E) Xoş gəlib , səfa gətirib.
Mənsubiyyət şəkilçisi qəbul etdikdə, aşağıdakılardan hansı əvəzliyin məna növü dəyişir?
A)
B) bütün
C) filan
D) mən
E) öz
Hansı cümlədə çıxışlıq halda olan isim vardır ?
A) Qorxmadan demək lazımdır.
B) Beş altıdan azdır.
C) Səıim bağdan dünən gəlib.
D) Yaxşını yamandan ayırmalıyıq.
E) Hərdən biz tərəflərə də gəlin.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top