Tapılan ümumi test sayı : 27

"Siyah zülfün nə tökübsən yana sən,
Ya hurisən, ya pərisən, ya nəsən?
Demədim ki, eşq oduna yanasan,
Mən dedim ki, dur qıraqda, bir insan" - şer parçasında "yana sən", "ya nəsən", "yanasan" sözləri nə əmələ gətirir?
A) rədif
B) cinas
C) təkrir
D) istiarə (metafora)
E) təşbeh (bənzətmə)
Sabirin "Nə yazım" şeri hansı məsələlərə həsr olunmuşdur?
A) hakim siniflərin xalq hərəkatı aorxuya düşməsinə
B) mülkədarlarla yoxsul kəndlilər arasındakı sinfi ziddiyyətlərə
C) milli azadlıq problemlərinə
D) qadınların maariflənməsi probleminə
E) sənətin və sənətkarın vəzifəsini göstərməklə məddah şairlərin tənqidinə
"Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan" - misralarında bədii təsvir vasitəsini göstərir:
A) metonimiya
B) epitet (bədii təyin)
C) sinekdoxa
D) təşbeh (bənzətmə)
E) istiarə (metafora)
XX əsrdə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının nümayəndələri kimlərdir?
A) H. Cavid, M. Hadi, A. Səhhət
B) C. Məmmədquluzadə, A. Səhhət, N. Vəzirov
C) Ə. Haqverdiyev, C. Məmmədquluzadə, N. Nərimanov
D) M. Ə. Cabir, A. Səhhət, Ə. Haqverdiyev
E) H. Cavid, M. Hadi, N. Vəzirov
Aşağıdakı sıraların hansında sujet xəttinin inkişafı düzgün göstərilmişdir?
A) zavyazka - ekspozisiya - kulminasiya - razvyazka - final
B) ekspozisiya - zavyazka - razvyazka - kulminasiya - final
C) ekspozisiya - zavyazka - kulminasiya - razvazka - final
D) razvyazka - zavyazka - kulminasiya - ekspozisiya - final
E) kulminasiya - ekspozisiya - zavyazka - ravyazka - final
Aşağıdakı parçada Heydər bəyin (M. F. Axundov. "Hacı Qara") şikayətnaməsinin səbəbi nədir:
"Pərvərdigara, bu necə əsrdir, bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var!.. Ax, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olur, nə ordu dağıtmaq olur!"
A) xəsisliyin xeyli yayılması
B) bəylik hüququnun xeyli məhdudlaşdırılması
C) iş tapılamaması
D) qadın hüququnun tapdalanması
E) dinin nüfuzunun azalması
Saray şairlərinin yaradıcılığında başlıca ter tutan mövzu nədir?
A) Məhəbbət və dostluq hisslərinin tərənnümü
B) Dinin təbliği və din xadimlərinin tərifi
C) Vətən məhəbbəti və doğma yurdun gözəlliklərinin tərənnümü
D) Hökmdarların tərifi, ölkədə baş verən mühüm hadisələrin təsviri
E) İnsanı mənəvi axtarışlara, kamilliyə çağırış
Aşağıdakı cərgələrin hansında adı çəkilən şe'r janrları yalnız 4 misradan ibarətdir ?
A) bayatı, qoşma, gəraylı
B) mürəbbe, qoşma, rübai
C) mərsiyə, məsnəvi, müsəddəs
D) qəzəl, qəsidə, müxəmməs
E) bayatı, rübai, ağı
Aşağıdakılardan hansı mürəkkəb cümlədir:
I. Sənə nə tapşırılıb, onu da et.
II. Versələr, alardım.
III. Güclü nəzarət olmasına baxmayaraq, bir şey gözdən qaçırılmışdı.
A) I və II
B) I
C) II
D) I, II və III
E) III
Aşğıdakı cümlələrdən hansı qeyri-müəyyən şəxslidir ?
I. Qapı döyüldü.
II. Qapını döyürlər.
III. Döymə taxta qapımı, döyməyim dəmir qapını.
A) III
B) I
C) II və III
D) I və II
E) II
Aşağıdakı dialoqda əlavənin işləndiyi cümlə nə cür adlanır:
- Fuad sənin nəyindir ?
- Qardaşım.
-O harada oxuyur ?
- İstanbulda, Boğaziçi Universitetində.
A) ümumi şəxsli cümlə
B) müxtəsər cümlə
C) yarımçıq cümlə
D) şəxssiz cümlə
E) ara cümlə
Aləmdə dastan olub
Səs-sorağın, Şah dağı!"- cümləsində II növ ismi birləşmə ( tə'yini söz birləşməsi) hansı sintaktik funksiyanı daşıyır ?
A) tə'yin
B) xəbər
C) ara söz
D) mübtəda
E) xitab
Xəbərin frozoloji birləşmə (sabit söz birləşməsi) ilə ifadə olunduğu cümləni göstərin:
A) Biz bir daha görüşə bilmədik.
B) Qələbəniz bizi sevindirdi.
C) Gecə güclü yağış yağmışdır.
D) Nəsə ona ürəyim qızmır.
E) Bu maşına gözü düşəndən Akif heç cür rahat ola bilmirdi.
Fe'li bağlama ilə ifadə olunmuş tərzi hərəkət zərfliyi hansı cümlədədir ?
A) Qaranlıq düşdükcə sərin meh güclənirdi.
B) Anam bizi gülə-gülə yan otağa dəvət etdi.
C) Səttarxan Təbrizə gələndən heç yana çıxmamışdır.
D) Çox bilib az danışmaq müdriklərə xasdır.
E) Biz kəndə çatanda Xədicə ilə qarşılaşdıq.
"Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimmdən, vətənimdən" - cümləsində uzlaşma əlaqəsi hansı sözlər arsındadır ?
A) doğma - elimdən
B) qüvvə - ayırmaz
C) öz- vətənimdən
D) bir - an
E) ayırmaz - məni
Hansı cümlədə qoşma işlənmişdir ?
A) Başqa qonaqlar da gəldi, yalnız Rəhim yox idi.
B) Düşmən səni daşla, sən düşməni aşla.
C) Özü yıxılan ağlamaz.
D) Daldan atılan daş topuğa dəyər.
E) Bilməyib soruşmaq eyib deyil, lakin bilməyib soruşmamaq eyibdir.
Aşağıdakı cümlələrin hansında fe'l məchul növdədir:
I. Ədilə otağı bəzədi.         II.Ədilə bəzəndi.
III. Otaq bəzəndi.              IV. Otaq bəzədildi
A) II, III və IV
B) IV
C) I və III
D) III və IV
E) II və III
Hansı cümlədə fel şühudi keçmiş zamanda işlənmişdir?
A) Yenə o bağ oıaydı.
B) Öz işığı ilə evə səadət gətirmişdi.
C) Rabitə kəsildi.
D) Xoş gəlib , səfa gətirib.
E) İmkanı olsa idi , kömək edərdi.
Mənsubiyyət şəkilçisi qəbul etdikdə, aşağıdakılardan hansı əvəzliyin məna növü dəyişir?
A) mən
B) filan
C) bütün
D) öz
E) nə
Hansı cümlədə çıxışlıq halda olan isim vardır ?
A) Səıim bağdan dünən gəlib.
B) Hərdən biz tərəflərə də gəlin.
C) Beş altıdan azdır.
D) Yaxşını yamandan ayırmalıyıq.
E) Qorxmadan demək lazımdır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top