Tapılan ümumi test sayı : 27

Aşağıdakı cümlədə yiyəlik halda olan neçə söz vardır ?
O vaxtlar mənim dostum məktəb direktoru idi və onun məktəbinin həyətində ərik ağacı çox idi.
A) 1
B) 2
C) 5
D) 4
E) 3
Hansı cümlədə həm mənsubiyyət, həm də tə'sirlik hal şəkilçisi vardır ?
I. Nuriyyənin bacısı oxumağı çox sevir.
II. Vətənimi sevirəm.
III. Vətəni sevməyən insan olmaz.
A) I
B) I və II
C) II
D) III
E) I və III
"Gözəlliklərdəndir" sözünün kökü hansıdır ?
A) gözəllik
B) gözəlliklərdən
C) gözəlliklər
D) göz
E) gözəl
Əsl Azərbaycan sözləri olan cərgəni göstərin:
A) əl, dil, əmək, qaçmaq, sarı
B) demotrat, iqtidar, namus, göz, səksən
C) mərd, dinc, ümman, kişi, çəmən
D) vətən, dəftər, savad, yazmaq, ürək, xiyar
E) əmək, kitab, saat, kişi, oxumaq
"Əldən düşmək" frazeoloji birləşməsinin sinonimi hansıdır ?
A) ayağa qalxmaq
B) dincəlmək
C) dildən-dilə düşmək
D) ələ salmaq
E) yorulmaq
Hansı cərgədəki sözlərdə vurğu birinci hecaya düşür:
I. Mexanika, kataloq, dovşan
II. Benzin, Berlin, qurbağa
III. Yumor, qospital, marşal
A) II, III
B) II
C) III
D) I, II, III
E) I
Verilmiş sözlərdən neçəsi ahəng qanununa tabedir:
içəri, səma, düstur, meşə, möhür
A) biri
B) dördü
C) beşi
D) üçü
E) ikisi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top