Tapılan ümumi test sayı : 27

"Siyah zülfün nə tökübsən yana sən,
Ya hurisən, ya pərisən, ya nəsən?
Demədim ki, eşq oduna yanasan,
Mən dedim ki, dur qıraqda, bir insan" - şer parçasında "yana sən", "ya nəsən", "yanasan" sözləri nə əmələ gətirir?
A) təkrir
B) cinas
C) təşbeh (bənzətmə)
D) rədif
E) istiarə (metafora)
Sabirin "Nə yazım" şeri hansı məsələlərə həsr olunmuşdur?
A) sənətin və sənətkarın vəzifəsini göstərməklə məddah şairlərin tənqidinə
B) mülkədarlarla yoxsul kəndlilər arasındakı sinfi ziddiyyətlərə
C) qadınların maariflənməsi probleminə
D) milli azadlıq problemlərinə
E) hakim siniflərin xalq hərəkatı aorxuya düşməsinə
"Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan" - misralarında bədii təsvir vasitəsini göstərir:
A) metonimiya
B) sinekdoxa
C) istiarə (metafora)
D) təşbeh (bənzətmə)
E) epitet (bədii təyin)
XX əsrdə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının nümayəndələri kimlərdir?
A) M. Ə. Cabir, A. Səhhət, Ə. Haqverdiyev
B) H. Cavid, M. Hadi, A. Səhhət
C) Ə. Haqverdiyev, C. Məmmədquluzadə, N. Nərimanov
D) H. Cavid, M. Hadi, N. Vəzirov
E) C. Məmmədquluzadə, A. Səhhət, N. Vəzirov
Aşağıdakı sıraların hansında sujet xəttinin inkişafı düzgün göstərilmişdir?
A) ekspozisiya - zavyazka - razvyazka - kulminasiya - final
B) kulminasiya - ekspozisiya - zavyazka - ravyazka - final
C) ekspozisiya - zavyazka - kulminasiya - razvazka - final
D) razvyazka - zavyazka - kulminasiya - ekspozisiya - final
E) zavyazka - ekspozisiya - kulminasiya - razvyazka - final
Aşağıdakı parçada Heydər bəyin (M. F. Axundov. "Hacı Qara") şikayətnaməsinin səbəbi nədir:
"Pərvərdigara, bu necə əsrdir, bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var!.. Ax, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olur, nə ordu dağıtmaq olur!"
A) xəsisliyin xeyli yayılması
B) bəylik hüququnun xeyli məhdudlaşdırılması
C) qadın hüququnun tapdalanması
D) dinin nüfuzunun azalması
E) iş tapılamaması
Saray şairlərinin yaradıcılığında başlıca ter tutan mövzu nədir?
A) Hökmdarların tərifi, ölkədə baş verən mühüm hadisələrin təsviri
B) Vətən məhəbbəti və doğma yurdun gözəlliklərinin tərənnümü
C) Məhəbbət və dostluq hisslərinin tərənnümü
D) Dinin təbliği və din xadimlərinin tərifi
E) İnsanı mənəvi axtarışlara, kamilliyə çağırış
Aşağıdakı cərgələrin hansında adı çəkilən şe'r janrları yalnız 4 misradan ibarətdir ?
A) mürəbbe, qoşma, rübai
B) qəzəl, qəsidə, müxəmməs
C) bayatı, rübai, ağı
D) mərsiyə, məsnəvi, müsəddəs
E) bayatı, qoşma, gəraylı
Aşağıdakılardan hansı mürəkkəb cümlədir:
I. Sənə nə tapşırılıb, onu da et.
II. Versələr, alardım.
III. Güclü nəzarət olmasına baxmayaraq, bir şey gözdən qaçırılmışdı.
A) II
B) I və II
C) I
D) III
E) I, II və III
Aşğıdakı cümlələrdən hansı qeyri-müəyyən şəxslidir ?
I. Qapı döyüldü.
II. Qapını döyürlər.
III. Döymə taxta qapımı, döyməyim dəmir qapını.
A) I
B) II və III
C) III
D) II
E) I və II
Aşağıdakı dialoqda əlavənin işləndiyi cümlə nə cür adlanır:
- Fuad sənin nəyindir ?
- Qardaşım.
-O harada oxuyur ?
- İstanbulda, Boğaziçi Universitetində.
A) müxtəsər cümlə
B) ümumi şəxsli cümlə
C) şəxssiz cümlə
D) ara cümlə
E) yarımçıq cümlə
Aləmdə dastan olub
Səs-sorağın, Şah dağı!"- cümləsində II növ ismi birləşmə ( tə'yini söz birləşməsi) hansı sintaktik funksiyanı daşıyır ?
A) xitab
B) ara söz
C) xəbər
D) tə'yin
E) mübtəda
Xəbərin frozoloji birləşmə (sabit söz birləşməsi) ilə ifadə olunduğu cümləni göstərin:
A) Biz bir daha görüşə bilmədik.
B) Gecə güclü yağış yağmışdır.
C) Bu maşına gözü düşəndən Akif heç cür rahat ola bilmirdi.
D) Qələbəniz bizi sevindirdi.
E) Nəsə ona ürəyim qızmır.
Fe'li bağlama ilə ifadə olunmuş tərzi hərəkət zərfliyi hansı cümlədədir ?
A) Səttarxan Təbrizə gələndən heç yana çıxmamışdır.
B) Qaranlıq düşdükcə sərin meh güclənirdi.
C) Çox bilib az danışmaq müdriklərə xasdır.
D) Biz kəndə çatanda Xədicə ilə qarşılaşdıq.
E) Anam bizi gülə-gülə yan otağa dəvət etdi.
"Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimmdən, vətənimdən" - cümləsində uzlaşma əlaqəsi hansı sözlər arsındadır ?
A) ayırmaz - məni
B) bir - an
C) qüvvə - ayırmaz
D) öz- vətənimdən
E) doğma - elimdən
Hansı cümlədə qoşma işlənmişdir ?
A) Daldan atılan daş topuğa dəyər.
B) Başqa qonaqlar da gəldi, yalnız Rəhim yox idi.
C) Düşmən səni daşla, sən düşməni aşla.
D) Özü yıxılan ağlamaz.
E) Bilməyib soruşmaq eyib deyil, lakin bilməyib soruşmamaq eyibdir.
Aşağıdakı cümlələrin hansında fe'l məchul növdədir:
I. Ədilə otağı bəzədi.         II.Ədilə bəzəndi.
III. Otaq bəzəndi.              IV. Otaq bəzədildi
A) IV
B) III və IV
C) I və III
D) II, III və IV
E) II və III
Hansı cümlədə fel şühudi keçmiş zamanda işlənmişdir?
A) İmkanı olsa idi , kömək edərdi.
B) Xoş gəlib , səfa gətirib.
C) Yenə o bağ oıaydı.
D) Öz işığı ilə evə səadət gətirmişdi.
E) Rabitə kəsildi.
Mənsubiyyət şəkilçisi qəbul etdikdə, aşağıdakılardan hansı əvəzliyin məna növü dəyişir?
A) öz
B) nə
C) mən
D) filan
E) bütün
Hansı cümlədə çıxışlıq halda olan isim vardır ?
A) Hərdən biz tərəflərə də gəlin.
B) Beş altıdan azdır.
C) Yaxşını yamandan ayırmalıyıq.
D) Səıim bağdan dünən gəlib.
E) Qorxmadan demək lazımdır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top