Tapılan ümumi test sayı : 25

"Dildən dilə düşdü bu fəsanə,
  Faş oldu bu macəra cəhanə
  Kim, Qeys oluban əsiri-Leyli,
  Leyli dəxi salmış ona meyli" - şer parçası əruz vəzninin hansı bəhrindədir?
A) səri
B) həcəz
C) xəfif
D) rəməl
E) rəcəz
Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesində Oqtayın həyat idealı nədir?
A) milli teatr yaratmaqla xalqa xidmət etmək
B) tanınmış, şöhrətli aktyor olmaq
C) öz məhəbbətinə qovuşmaq, ailə qurmaq
D) milli teatr yaratmaqla şöhrətlənmək
E) türk qadınının səhnəyə gəlməsinə nail olmaq
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsəri hansı ədəbi cərəyanın nümunələrindəndir?
A) maarifçi realizm
B) mürtəce romantizm
C) sosialist realizmi
D) mütərəqqi romantizm
E) tənqidi realizm
Qoşma ilə gəraylınlının fərqi nədədir?
A) hər misradakı hecaların sayında
B) qafiyə quruluşunda
C) vəzndə
D) aşıq yaradıcılığına aid olmasında
E) müəllifin son bənddə təxəllüsünü işlətməsində
M. F. Axundovun "Aldanmış kəvakib" əsərində Yusif Sərrac surətini səciyyələndirən əsas cəhətlərini göstərin:
A) islahatçılıq, xalqa xidmət
B) səxavət, əliaçıqlıq
C) dindarlıq, şəritə əməl etmə
D) vəzifəpərəstlik, şöhrətpərəstlik
E) ənənəyə sədaqət, adətləri gözləmə
Füzulinin aşağıda göstərilən əsərlərindən hansında sujet xətti yoxdur:
I. "Məni candan usandırdı..."
II. "Padşahi-mülk..."
III. ""Leyli və Məcnun"
A) III
B) II
C) I və III
D) I və II
E) I
Mətlə nədir?
A) ən mənalı, ən dolğun beyt
B) ikinci beyt
C) şairin təxəllüsü, yaxud adı verilən beyt
D) birinci beyt
E) sonuncu beyt
Q. Zakir "Dəvə və Eşşək" təmsilində nəyi təbliğ edir?
A) adil hökmdar olmağı
B) dosta sədaqətli olmağı
C) gəncləri elmə, təhsilə cəlb etməyi
D) zülm və haqsızlığın əleyhinə çıxmağı
E) böyüklərin xeyirxah və ağıllı nəsihətlərinə qulaq asmağı
Aşağıdakı cümlələrdən hansı şəxssiz cümlədir?
I. Milli məclisin iclasında bu məsələyə də baxıldı
II. Milli məclisin  iclasında bu məsələyə də baxdılar
III. Milli məclisin iclasında bu məsələ də müzakirə edildi
A) III
B) I və II
C) II
D) I və III
E) I
Aşağıdakı dialoqda ara sözün işləndiyi cümlə nə cür adlanır:
- Müsabiqəyə kimi göndərəcəklər?
- Məncə, Natiqi.
- O ki hazır deyil.
- Cücəni payızda sayarlar.
A) müxtəsər cümlə
B) yarımçıq cümlə
C) tabesiz mürəkkəb cümlə
D) ümumi şəxsli cümlə
E) ara cümlə
"Şair, nə tez qocaldın sən!" - cümləsində sən sözünün sintaktik funksiyası nədir?
A) əlavə
B) xəbər
C) mübtəda
D) ara söz
E) xitab
Cümlələrdən hansının mübtədası mürəkkəbdir?
A) Boyunbağı Xanpəri arvadın çox xoşuna gəldi
B) Arpaçay indi nəğmələrdə səslənir
C) Yurduma dostlar gəlir vətənin hər yerindən
D) Mənim yurdum qəhrəmanlar diyarıdır
E) Yaxşılıq  heç vaxt yaddan çıxmır
"Qıraqdan baxan da adımı arsız qoyur" -cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur?
A) feli bağlama ilə
B) feli sifət tərkibi ilə
C) Sifətlə
D) isimlə
E) feli sifətlə
"Əyri bitsə əgər əvvəldən calaq,
Onu od düzəldər, düzəltsə ancaq" - cümləsində idarə əlaqəsi hansı sözlər arasındadır?
A) bitsə - calaq
B) od -  düzəldər
C) əyri - bitsə
D) od - düzəltsə
E) onu - düzəldər
Hansı cümlədə bağlayıcı işlənmişdir?
A) Sən ki mənim dostumsan, bəs niyə məni müdafiə etmədin ?
B) Qoca çallaşmış saqqalını əli ilə tumarladı.
C) Aygünlə Gülnarə bacıdırlar.
D) Bəli, baba deyəcəyi xəbəri münasib vaxta saxlayırdı.
E) Onun yazacağı hekayə beynində hazır idi.
Aşağıdakı cümlələrin hansında fel qarşılıq-birgəlik növdədir:
I. Rəfiqələr bir-birini qucaqladılar.
II. Rəfiqələr qucaqlaşdılar.
III. Rəfiqələr qucaqlaşmadılar.
A) III
B) II
C) I və II
D) hamısında
E) II və III
Hansı cümlədə fel əmr formasında işlənmişdir?
A) Mən də hazırlaşımmı?
B) Özün bilərsən.
C) Sən bu gün yola düşməlisən
D) Axı əvvəlcədən razılıq vermişdiniz.
E) Görünür,unutmuşam.
Həm sifətin, həm də zərfin yerində işlənə bilən əvəzliklərdən ibarət olan sıranı göstərin:
A) o, həmin
B) bu, elə
C) bu, həmin
D) elə, belə
E) o, bu
Hansı cümlədə yönlük halda olan isim vardır?
A) İstəmirəm azadlığı qaşıq-qaşıq, gilə-gilə
B) Qızım sənə deyirəm, gəlinim, eşit
C) Yüz dəfə zirvəyə baxmaqdansa, bir dəfə zirvədən bax
D) Bir həftədən sonra vuruşmağa gedənlərin sayı xeyli artdı
E) Yüz il ansan da onu xatirə tək, o vəfasız qayıdıb gəlməyəcək
Aşağıdakı cümlədə neçə isim təsirlik halda işlənmişdir:
Gülməmmədi də, Sevili də, səni də başıma yığacağam, saz çalacağam, dastan söyləyəcəyəm
A) 4
B) 2
C) 3
D) 5
E) 6
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top