Tapılan ümumi test sayı : 25

"Dildən dilə düşdü bu fəsanə,
  Faş oldu bu macəra cəhanə
  Kim, Qeys oluban əsiri-Leyli,
  Leyli dəxi salmış ona meyli" - şer parçası əruz vəzninin hansı bəhrindədir?
A) səri
B) rəməl
C) xəfif
D) rəcəz
E) həcəz
Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesində Oqtayın həyat idealı nədir?
A) milli teatr yaratmaqla şöhrətlənmək
B) öz məhəbbətinə qovuşmaq, ailə qurmaq
C) tanınmış, şöhrətli aktyor olmaq
D) milli teatr yaratmaqla xalqa xidmət etmək
E) türk qadınının səhnəyə gəlməsinə nail olmaq
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsəri hansı ədəbi cərəyanın nümunələrindəndir?
A) tənqidi realizm
B) mürtəce romantizm
C) sosialist realizmi
D) maarifçi realizm
E) mütərəqqi romantizm
Qoşma ilə gəraylınlının fərqi nədədir?
A) müəllifin son bənddə təxəllüsünü işlətməsində
B) hər misradakı hecaların sayında
C) aşıq yaradıcılığına aid olmasında
D) vəzndə
E) qafiyə quruluşunda
M. F. Axundovun "Aldanmış kəvakib" əsərində Yusif Sərrac surətini səciyyələndirən əsas cəhətlərini göstərin:
A) dindarlıq, şəritə əməl etmə
B) ənənəyə sədaqət, adətləri gözləmə
C) islahatçılıq, xalqa xidmət
D) vəzifəpərəstlik, şöhrətpərəstlik
E) səxavət, əliaçıqlıq
Füzulinin aşağıda göstərilən əsərlərindən hansında sujet xətti yoxdur:
I. "Məni candan usandırdı..."
II. "Padşahi-mülk..."
III. ""Leyli və Məcnun"
A) II
B) I
C) I və III
D) III
E) I və II
Mətlə nədir?
A) şairin təxəllüsü, yaxud adı verilən beyt
B) ən mənalı, ən dolğun beyt
C) sonuncu beyt
D) ikinci beyt
E) birinci beyt
Q. Zakir "Dəvə və Eşşək" təmsilində nəyi təbliğ edir?
A) gəncləri elmə, təhsilə cəlb etməyi
B) adil hökmdar olmağı
C) böyüklərin xeyirxah və ağıllı nəsihətlərinə qulaq asmağı
D) dosta sədaqətli olmağı
E) zülm və haqsızlığın əleyhinə çıxmağı
Aşağıdakı cümlələrdən hansı şəxssiz cümlədir?
I. Milli məclisin iclasında bu məsələyə də baxıldı
II. Milli məclisin  iclasında bu məsələyə də baxdılar
III. Milli məclisin iclasında bu məsələ də müzakirə edildi
A) III
B) I
C) I və II
D) II
E) I və III
Aşağıdakı dialoqda ara sözün işləndiyi cümlə nə cür adlanır:
- Müsabiqəyə kimi göndərəcəklər?
- Məncə, Natiqi.
- O ki hazır deyil.
- Cücəni payızda sayarlar.
A) ümumi şəxsli cümlə
B) tabesiz mürəkkəb cümlə
C) yarımçıq cümlə
D) müxtəsər cümlə
E) ara cümlə
"Şair, nə tez qocaldın sən!" - cümləsində sən sözünün sintaktik funksiyası nədir?
A) xitab
B) əlavə
C) ara söz
D) mübtəda
E) xəbər
Cümlələrdən hansının mübtədası mürəkkəbdir?
A) Yurduma dostlar gəlir vətənin hər yerindən
B) Mənim yurdum qəhrəmanlar diyarıdır
C) Arpaçay indi nəğmələrdə səslənir
D) Yaxşılıq  heç vaxt yaddan çıxmır
E) Boyunbağı Xanpəri arvadın çox xoşuna gəldi
"Qıraqdan baxan da adımı arsız qoyur" -cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur?
A) Sifətlə
B) feli sifət tərkibi ilə
C) feli sifətlə
D) isimlə
E) feli bağlama ilə
"Əyri bitsə əgər əvvəldən calaq,
Onu od düzəldər, düzəltsə ancaq" - cümləsində idarə əlaqəsi hansı sözlər arasındadır?
A) əyri - bitsə
B) od - düzəltsə
C) od -  düzəldər
D) onu - düzəldər
E) bitsə - calaq
Hansı cümlədə bağlayıcı işlənmişdir?
A) Sən ki mənim dostumsan, bəs niyə məni müdafiə etmədin ?
B) Aygünlə Gülnarə bacıdırlar.
C) Qoca çallaşmış saqqalını əli ilə tumarladı.
D) Bəli, baba deyəcəyi xəbəri münasib vaxta saxlayırdı.
E) Onun yazacağı hekayə beynində hazır idi.
Aşağıdakı cümlələrin hansında fel qarşılıq-birgəlik növdədir:
I. Rəfiqələr bir-birini qucaqladılar.
II. Rəfiqələr qucaqlaşdılar.
III. Rəfiqələr qucaqlaşmadılar.
A) III
B) hamısında
C) II
D) I və II
E) II və III
Hansı cümlədə fel əmr formasında işlənmişdir?
A) Görünür,unutmuşam.
B) Axı əvvəlcədən razılıq vermişdiniz.
C) Sən bu gün yola düşməlisən
D) Mən də hazırlaşımmı?
E) Özün bilərsən.
Həm sifətin, həm də zərfin yerində işlənə bilən əvəzliklərdən ibarət olan sıranı göstərin:
A) bu, elə
B) elə, belə
C) bu, həmin
D) o, bu
E) o, həmin
Hansı cümlədə yönlük halda olan isim vardır?
A) Yüz il ansan da onu xatirə tək, o vəfasız qayıdıb gəlməyəcək
B) Bir həftədən sonra vuruşmağa gedənlərin sayı xeyli artdı
C) İstəmirəm azadlığı qaşıq-qaşıq, gilə-gilə
D) Yüz dəfə zirvəyə baxmaqdansa, bir dəfə zirvədən bax
E) Qızım sənə deyirəm, gəlinim, eşit
Aşağıdakı cümlədə neçə isim təsirlik halda işlənmişdir:
Gülməmmədi də, Sevili də, səni də başıma yığacağam, saz çalacağam, dastan söyləyəcəyəm
A) 6
B) 5
C) 3
D) 2
E) 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top