Tapılan ümumi test sayı : 25

"Dildən dilə düşdü bu fəsanə,
  Faş oldu bu macəra cəhanə
  Kim, Qeys oluban əsiri-Leyli,
  Leyli dəxi salmış ona meyli" - şer parçası əruz vəzninin hansı bəhrindədir?
A) rəcəz
B) xəfif
C) həcəz
D) rəməl
E) səri
Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesində Oqtayın həyat idealı nədir?
A) öz məhəbbətinə qovuşmaq, ailə qurmaq
B) milli teatr yaratmaqla xalqa xidmət etmək
C) milli teatr yaratmaqla şöhrətlənmək
D) türk qadınının səhnəyə gəlməsinə nail olmaq
E) tanınmış, şöhrətli aktyor olmaq
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsəri hansı ədəbi cərəyanın nümunələrindəndir?
A) tənqidi realizm
B) mütərəqqi romantizm
C) maarifçi realizm
D) mürtəce romantizm
E) sosialist realizmi
Qoşma ilə gəraylınlının fərqi nədədir?
A) müəllifin son bənddə təxəllüsünü işlətməsində
B) hər misradakı hecaların sayında
C) aşıq yaradıcılığına aid olmasında
D) qafiyə quruluşunda
E) vəzndə
M. F. Axundovun "Aldanmış kəvakib" əsərində Yusif Sərrac surətini səciyyələndirən əsas cəhətlərini göstərin:
A) vəzifəpərəstlik, şöhrətpərəstlik
B) dindarlıq, şəritə əməl etmə
C) səxavət, əliaçıqlıq
D) ənənəyə sədaqət, adətləri gözləmə
E) islahatçılıq, xalqa xidmət
Füzulinin aşağıda göstərilən əsərlərindən hansında sujet xətti yoxdur:
I. "Məni candan usandırdı..."
II. "Padşahi-mülk..."
III. ""Leyli və Məcnun"
A) I və II
B) II
C) III
D) I və III
E) I
Mətlə nədir?
A) sonuncu beyt
B) ən mənalı, ən dolğun beyt
C) birinci beyt
D) ikinci beyt
E) şairin təxəllüsü, yaxud adı verilən beyt
Q. Zakir "Dəvə və Eşşək" təmsilində nəyi təbliğ edir?
A) gəncləri elmə, təhsilə cəlb etməyi
B) böyüklərin xeyirxah və ağıllı nəsihətlərinə qulaq asmağı
C) adil hökmdar olmağı
D) dosta sədaqətli olmağı
E) zülm və haqsızlığın əleyhinə çıxmağı
Aşağıdakı cümlələrdən hansı şəxssiz cümlədir?
I. Milli məclisin iclasında bu məsələyə də baxıldı
II. Milli məclisin  iclasında bu məsələyə də baxdılar
III. Milli məclisin iclasında bu məsələ də müzakirə edildi
A) I və III
B) III
C) I və II
D) I
E) II
Aşağıdakı dialoqda ara sözün işləndiyi cümlə nə cür adlanır:
- Müsabiqəyə kimi göndərəcəklər?
- Məncə, Natiqi.
- O ki hazır deyil.
- Cücəni payızda sayarlar.
A) müxtəsər cümlə
B) ara cümlə
C) yarımçıq cümlə
D) ümumi şəxsli cümlə
E) tabesiz mürəkkəb cümlə
"Şair, nə tez qocaldın sən!" - cümləsində sən sözünün sintaktik funksiyası nədir?
A) mübtəda
B) xəbər
C) əlavə
D) xitab
E) ara söz
Cümlələrdən hansının mübtədası mürəkkəbdir?
A) Yurduma dostlar gəlir vətənin hər yerindən
B) Mənim yurdum qəhrəmanlar diyarıdır
C) Yaxşılıq  heç vaxt yaddan çıxmır
D) Arpaçay indi nəğmələrdə səslənir
E) Boyunbağı Xanpəri arvadın çox xoşuna gəldi
"Qıraqdan baxan da adımı arsız qoyur" -cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur?
A) Sifətlə
B) isimlə
C) feli sifətlə
D) feli sifət tərkibi ilə
E) feli bağlama ilə
"Əyri bitsə əgər əvvəldən calaq,
Onu od düzəldər, düzəltsə ancaq" - cümləsində idarə əlaqəsi hansı sözlər arasındadır?
A) od - düzəltsə
B) bitsə - calaq
C) əyri - bitsə
D) od -  düzəldər
E) onu - düzəldər
Hansı cümlədə bağlayıcı işlənmişdir?
A) Bəli, baba deyəcəyi xəbəri münasib vaxta saxlayırdı.
B) Sən ki mənim dostumsan, bəs niyə məni müdafiə etmədin ?
C) Aygünlə Gülnarə bacıdırlar.
D) Onun yazacağı hekayə beynində hazır idi.
E) Qoca çallaşmış saqqalını əli ilə tumarladı.
Aşağıdakı cümlələrin hansında fel qarşılıq-birgəlik növdədir:
I. Rəfiqələr bir-birini qucaqladılar.
II. Rəfiqələr qucaqlaşdılar.
III. Rəfiqələr qucaqlaşmadılar.
A) hamısında
B) II
C) II və III
D) I və II
E) III
Hansı cümlədə fel əmr formasında işlənmişdir?
A) Mən də hazırlaşımmı?
B) Axı əvvəlcədən razılıq vermişdiniz.
C) Sən bu gün yola düşməlisən
D) Görünür,unutmuşam.
E) Özün bilərsən.
Həm sifətin, həm də zərfin yerində işlənə bilən əvəzliklərdən ibarət olan sıranı göstərin:
A) bu, həmin
B) o, həmin
C) elə, belə
D) bu, elə
E) o, bu
Hansı cümlədə yönlük halda olan isim vardır?
A) Yüz dəfə zirvəyə baxmaqdansa, bir dəfə zirvədən bax
B) İstəmirəm azadlığı qaşıq-qaşıq, gilə-gilə
C) Qızım sənə deyirəm, gəlinim, eşit
D) Bir həftədən sonra vuruşmağa gedənlərin sayı xeyli artdı
E) Yüz il ansan da onu xatirə tək, o vəfasız qayıdıb gəlməyəcək
Aşağıdakı cümlədə neçə isim təsirlik halda işlənmişdir:
Gülməmmədi də, Sevili də, səni də başıma yığacağam, saz çalacağam, dastan söyləyəcəyəm
A) 6
B) 5
C) 4
D) 3
E) 2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top