Tapılan ümumi test sayı : 29

Hansı sözdə vurğu birinci hecaya düşür?
A) uzun
B) opera
C) tədbir
D) Sabir
E) işarə
Hansı sıradakı sözlərdə qalın saitlərin hamısı iştirak edir?
A) qoyun, arı
B) qatıq, gül
C) otaq, qapı
D) ana, qohum
E) quzu, qoç
H.Cavidin hansı əsərində insanları məhv edən bəlaların rəmzinə çevrilmiş əfsanəvi obraz yaradılmışdır?
A) "Ana"
B) "Səyavuş"
C) "Maral"
D) "Şeyda"
E) "İblis"
Repressiya qurbanı olan sənətkarları göstərin:
1. H.Cavid
2. C.Cabbarlı
3. C. Məmmədquluzadə
4. M.Müşfiq
5. Ə.Cavad
A) 2,3,4
B) 1,4,5
C) 3,4,5
D) 2,4,5
E) 1,2,3
C.Məmmədquluzadənin Azərbaycan kəndlisinin ağır həyatından, qadın hüquqsuzluğundan bəhs edən nəsr əsəri:
A) "Anamın kitabı"
B) "Çay dəstgahı"
C) "Poçt qutusu"
D) "Ölülər"
E) "Danabaş kəndinin əhvalatları"
Aşıq Ələsgərin lirikasının əsas qolunu nə təşkil edir?
A) məhəbbət lirikası
B) ictimai-siyasi, təbiət mövzusunda şerlər
C) maarifçi şerlər
D) təbiət lirikası
E) ictimai-siyasi lirika
"Bu məlun həmişə öz tərəfdarlarını başa salır ki, hörmətli alimlər, ruhanilər avam xalqı aldadırlar... Həmişə öz xeyirləri üçün biçarə xalqı soyub incidirlər." M.F.Axundovun "Aldanmış kəvakib" əsərinin qəhrəmanı Yusif Sərrac haqqında bu sözləri hansı obraz deyir?
A) Mollabaşı axund Səməd
B) Mövlana Cəmaləddin
C) Şah Abbas
D) Sərdar Zaman xan
E) Müstövfi Mirzə Yəhya
M.P.Vaqifin hansı şerində elin, obanın, kəndli qadınlarının yoxsul həyatı real şəkildə təsvir olunur?
A) "Hayıf ki, yoxdur"
B) "Durnalar"
C) "Pəri"
D) "Bayram oldu"
E) "Görmədim"
Nizaminin hansı qəhrəmanını öz dövrünün ictimai münasibətlərinə boyun əymək istəməyən, mənəvi əsarətdən qurtarmağa can atan aşiq kimi səciyyələndirmək olar?
A) Şirini
B) Bəhramı
C) Məcnunu
D) Xosrovu
E) Fərhadı
"... gəldi, söy söylədi, nəsihət verdi, bu oğuznaməyi düzdü, qoşdu. Son verək, xanım!
Qarlı dağların yıxılmasın! Kölgəli böyük ocağın kəsilməsin! Axan mübarək suyun qurumasın!" Nöqtələrin yerinə "Kitabi-Dədə Qorqud" dastalarının hansı qəhrəmanının adı yazılmalıdır?
A) Uruz
B) Dədə-Qorqud
C) Qazan xan
D) Burla xatun
E) Qaraca Çoban
"Gözəl qamət, gözəl gərdan, gözəl üz,
Gözəl olmaz sən tək olsa gözəl yüz."
Bu misralarda hansı bədii ifadə vasitəsi işlənmişdir?
A) bədii sual
B) metafora
C) litota
D) təkrir
E) metonimiya
"Səba məndən söylə o gülizarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi,
Qapına dərmanə gəlsin, gəlməsin?"
Şerin janrını müəyyənləşdirin:
A) rübai
B) gəraylı
C) müxəmməs
D) bayatı
E) qoşma
Cümlələrdən biri tabesiz mürəkkəb cümlədir:
A) O, elə danışır ki, şübhə yeri qalmır.
B) Dolu da ötüşdü, külək də keçdi.
C) Sultanı hər yerdə arzulayır, gözləyirlər.
D) Əlim boş olsa da, ürəyim dolu idi.
E) Nə qədər ki dava başlamamışdı, camaat yaxşı dolanırdı.
"Uşaqlıqdan arzum bu idi ki, zəngin kitabxanam olsun" cümləsində budaq cümlənin növünü göstərin:
A) təyin budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) xəbər budaq cümləsi
D) zərflik budaq cümləsi
E) mübtəda budaq cümləsi
Feli bağlama tərkibləri hansı cümlə üzvü vəzifəsində çıxış edir?
A) zərflik
B) xəbər
C) tamamlıq
D) mübtəda
E) təyin
I növ ismi birləşmələrdən ibarət olan sıranı göstərin:
A) qızlar bulağı, qızıl saat
B) telefon zəngi, daş hasar
C) yaxşı iş,kənd yolu
D) oxuyan uşaq, saatın əqrəbi
E) rəngli televizor, dadlı meyvə
Tərzi-hərəkət zərflərini göstərin:
A) yavaşca, həvəslə
B) indi, sonra
C) qorxudan, istidən
D) az, çox
E) irəli, geri
"Sarı, tərəf, doğru" qoşmalarınn məna növünü göstərin:
A) zaman
B) istiqamət
C) məsafə
D) fərqlənmə
E) bənzətmə
Feli sifətlər yazılmış cərgəni göstərin:
A) kəskin, coşqun
B) oxuyan, yazdığım
C) qırıcı, kəsici
D) uçuq, sönük
E) düzgün, çaşqın
Hansı cərgədə xəbər formasında olan fel verilmişdir?
A) gərək ala idi
B) alası imiş
C) alsa
D) gəlməli idi
E) görür
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top