Tapılan ümumi test sayı : 26

Hansı fikir S.Rəhimovun "Mehman" əsərindəki Murtuz Murtuzov obrazının səciyyəsinə uyğundur?
A) Mehmana gənc prokuror kimihörmət bəsləyir.
B) Öz ləyaqətini  gözləyir, ədalətsizliyə yol vermir.
C) Namuslu hüquq işçisidir.
D) Mütilik və yaltaqlıq maskası taxır, təlxəklik edir, məqam gəldikdə qəddarlığını büruzə verir.
E) Fağır, kimsəsiz, xeyirxah qoca qıfılına girir, nəvazişlə danışır.
S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
A) "Zəncinin arzuları"
B) "Qızıl şahinlər"
C) "Ananın öyüdü"
D) "Mənə belə söylədilər..."
E) "Şəfqət bacısı"
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkəsində əməlpərvər, qüdrətli xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Həyat"
B) "Füyuzat"
C) "Molla Nəsrəddin"
D) "Şərqi-Rus"
E) "Dəbistan"
M.F.Axundovun bizə gəlib çatan nəzm əsərləri içərisində tarix etibarilə ilk yazılanı hansıdır?
A) "Zəmanədən şikayət"
B) Bu məlum deyil.
C) "Əlifba haqqında mənzumə"
D) "Zakirə məktub"
E) "A.S.Puşkinin ölümü haqqında Şərq poeması"
Bakixanovun fars dilinin qrammatikasından bəhs edən əsəri:
A) "Əsrarül-mələkut"
B) "Qanuni-Qüdsi"
C) "Mişkalut-ənvar"
D) "Gülüstani-İrəm"
E) "Təhzibi-əxlaq"
M.Füzulinin hansı əsərində XVI əsrin feodal patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Padişahi-mülk"
B) "Söz"
C) "Şikayətnamə"
D) "Məni candan usandırdı"
E) "Leyli və Məcnun"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?!
A) Xosrov
B) İsgəndər
C) Bəhram
D) Məhinbanu
E) Hörmüz
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) peyzaj
B) epiqraf
C) epiloq
D) portret
E) proloq
Remarkadan hansı ədəbi növdə istifadə olunur?
A) lirik, epik
B) epik, dramatik
C) dramatik
D) lirik
E) epik
Epik növün hansı janrında yumor daha güclüdür?
A) lətifə
B) dastan
C) atalar sözü
D) nağıl
E) əfsanə
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) xəbər budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) təyin budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) səbəb budaq cümləsi
Verilmiş cümlədə xitab nə ilə ifadə olunmuşdur?
"Möhtərəm dostlar, mən həmişə öz nəğmələrimlə insanları sevindirmişəm"
A) mürəkkəb adla
B) feli sifətlə
C) II növ ismi birləşmə ilə
D) I növ ismi birləşmə ilə
E) isimlə
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Gedənin dalınca danışmazlar.
B) Yıxılana gülməzlər.
C) Yüz dəfə ölç, bir dəfə biç.
D) Cavid mənalı-mənalı gülümsünürdü.
E) Bu, Müşkinazın xatirələrindəndir.
Nümulərdən biri adlıq cümlədir:
A) Yeni uğurlar qazanmaq.
B) Döyüşçü qorxmaz olmalıdır.
C) El hara, sən də ora.
D) Yaz günü. Yol üstü. Ağac kölgəsi.
E) Üç oğlu, iki nəvəsi alimdir.
Aşağıdakı nümunədə xəbər nə ilə ifadə olunmuşdur?
Hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
A) məsdərlə
B) sifətlə
C) sayla
D) feli sifətlə
E) isimlə
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) şadlıq, təmizlik, zəiflik
B) dərzilik, ustalıq, mühəndislik
C) birlik, gündəlik, həkimlik
D) dostluq, tanışlıq, qardaşlıq
E) yüzlük, onluq, çoxluq
"İndi növbə sizindir" cümləsində "indi" hansı nitq hissəsidir?
A) say
B) sifət
C) zərf
D) isim
E) fel
Verilmiş sözlərdən neçəsi feldən düzələn sifətdir?
tutqun, uçuq, kütləvi,bənövşəyi, böyük, azyaşlı, yoldakı, əzik
A) üç
B) iki
C) dörd
D) beş
E) altı
Qoşmalar ismin hansı hallarında olan sözlərə qoşulur?
A) təsirlik, çıxışlıq, adlıq
B) adlıq, təsirlik, yerlik
C) yiyəlik, yönlük, çıxışlıq
D) yönlük, yerlik, çıxışlıq
E) çıxışlıq, təsirlik, yönlük
Feli bağlama şəkilçiləri hansıdır?
A) -dı4, -çı4, -lıq4
B) -sız4, -an2, -ar2
C) -araq2, -ıb4, -anda2, -madan2
D) -ır4, -dan2, -malı2
E) -acaq4, -maq2, -dan2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top