Tapılan ümumi test sayı : 26

Hansı fikir S.Rəhimovun "Mehman" əsərindəki Murtuz Murtuzov obrazının səciyyəsinə uyğundur?
A) Fağır, kimsəsiz, xeyirxah qoca qıfılına girir, nəvazişlə danışır.
B) Öz ləyaqətini  gözləyir, ədalətsizliyə yol vermir.
C) Namuslu hüquq işçisidir.
D) Mehmana gənc prokuror kimihörmət bəsləyir.
E) Mütilik və yaltaqlıq maskası taxır, təlxəklik edir, məqam gəldikdə qəddarlığını büruzə verir.
S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
A) "Mənə belə söylədilər..."
B) "Zəncinin arzuları"
C) "Şəfqət bacısı"
D) "Ananın öyüdü"
E) "Qızıl şahinlər"
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkəsində əməlpərvər, qüdrətli xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Şərqi-Rus"
B) "Dəbistan"
C) "Molla Nəsrəddin"
D) "Həyat"
E) "Füyuzat"
M.F.Axundovun bizə gəlib çatan nəzm əsərləri içərisində tarix etibarilə ilk yazılanı hansıdır?
A) "Zəmanədən şikayət"
B) Bu məlum deyil.
C) "A.S.Puşkinin ölümü haqqında Şərq poeması"
D) "Zakirə məktub"
E) "Əlifba haqqında mənzumə"
Bakixanovun fars dilinin qrammatikasından bəhs edən əsəri:
A) "Mişkalut-ənvar"
B) "Gülüstani-İrəm"
C) "Təhzibi-əxlaq"
D) "Əsrarül-mələkut"
E) "Qanuni-Qüdsi"
M.Füzulinin hansı əsərində XVI əsrin feodal patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Leyli və Məcnun"
B) "Şikayətnamə"
C) "Söz"
D) "Məni candan usandırdı"
E) "Padişahi-mülk"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?!
A) Hörmüz
B) Məhinbanu
C) Bəhram
D) İsgəndər
E) Xosrov
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) peyzaj
B) portret
C) proloq
D) epiqraf
E) epiloq
Remarkadan hansı ədəbi növdə istifadə olunur?
A) lirik, epik
B) lirik
C) dramatik
D) epik, dramatik
E) epik
Epik növün hansı janrında yumor daha güclüdür?
A) nağıl
B) əfsanə
C) atalar sözü
D) lətifə
E) dastan
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləsi
B) səbəb budaq cümləsi
C) xəbər budaq cümləsi
D) təyin budaq cümləsi
E) mübtəda budaq cümləsi
Verilmiş cümlədə xitab nə ilə ifadə olunmuşdur?
"Möhtərəm dostlar, mən həmişə öz nəğmələrimlə insanları sevindirmişəm"
A) mürəkkəb adla
B) feli sifətlə
C) I növ ismi birləşmə ilə
D) isimlə
E) II növ ismi birləşmə ilə
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Gedənin dalınca danışmazlar.
B) Bu, Müşkinazın xatirələrindəndir.
C) Yıxılana gülməzlər.
D) Cavid mənalı-mənalı gülümsünürdü.
E) Yüz dəfə ölç, bir dəfə biç.
Nümulərdən biri adlıq cümlədir:
A) Üç oğlu, iki nəvəsi alimdir.
B) Yaz günü. Yol üstü. Ağac kölgəsi.
C) El hara, sən də ora.
D) Yeni uğurlar qazanmaq.
E) Döyüşçü qorxmaz olmalıdır.
Aşağıdakı nümunədə xəbər nə ilə ifadə olunmuşdur?
Hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
A) feli sifətlə
B) məsdərlə
C) sifətlə
D) isimlə
E) sayla
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) şadlıq, təmizlik, zəiflik
B) birlik, gündəlik, həkimlik
C) dostluq, tanışlıq, qardaşlıq
D) dərzilik, ustalıq, mühəndislik
E) yüzlük, onluq, çoxluq
"İndi növbə sizindir" cümləsində "indi" hansı nitq hissəsidir?
A) sifət
B) isim
C) fel
D) zərf
E) say
Verilmiş sözlərdən neçəsi feldən düzələn sifətdir?
tutqun, uçuq, kütləvi,bənövşəyi, böyük, azyaşlı, yoldakı, əzik
A) altı
B) beş
C) üç
D) iki
E) dörd
Qoşmalar ismin hansı hallarında olan sözlərə qoşulur?
A) yönlük, yerlik, çıxışlıq
B) çıxışlıq, təsirlik, yönlük
C) təsirlik, çıxışlıq, adlıq
D) adlıq, təsirlik, yerlik
E) yiyəlik, yönlük, çıxışlıq
Feli bağlama şəkilçiləri hansıdır?
A) -sız4, -an2, -ar2
B) -ır4, -dan2, -malı2
C) -acaq4, -maq2, -dan2
D) -araq2, -ıb4, -anda2, -madan2
E) -dı4, -çı4, -lıq4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top