Tapılan ümumi test sayı : 27

"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) Ə.Haqverdiyev
B) İ.Əfəndiyev
C) C.Cabbarlı
D) M.İbrahimov
E) S.S.Axundov
H.Cavidin tarixi mövzuda yazdığı pyes:
A) "Ana"
B) "Topal Teymur"
C) "İblisin intiqamı"
D) "Maral"
E) "İblis"
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələnirir:
A) Ailəcanlıdır, övladlarını sevir.
B) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
C) Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
D) Məzlumların, yoxsulların qayğısına qalır.
E) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
M.F.Axundovun ilk dram əsəri:
A) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
B) "Müsyö Jordon və dərviş Məstəli şah"
C) "Sərgüzəştli-mərdi-xəsis"
D) "Mürafiə vəkillərinin hekayəti"
E) "Hekayəti-xırs quldurbasan"
A.Bakıxnovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) savadsız məllimlər, din xadimləri
B) xalqı soyan, talayan mülkədarlar
C) xalqı cəhalətdə saxlayan hakimlər
D) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
E) yalançı kimyagər və münəccimlər
Hansı əsər Xaqaninin deyil?
A) "Mədain xərabələri"
B) "Həbsiyyə"
C) "Töhvətül-İraqeyn"
D) "Şikayətnamə"
E) "Qəsideyi-şirniyyə"
"Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır
Ol dəxi əsari-əmnü  istiqamətdən bəri.
Göstərən saətdə dövrani fələk bir inqilab
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri"
misraları M.Füzulinin hansı əsərindəndir?
A) "Padişahi-mülk..."
B) "Söz"
C) "Leyli və Məcnun"
D) "Şikayətnamə"
E) "Məni candan usandırdı"
Epik növə daxil olmayan əbədi janr:
A) təmsil
B) qitə
C) nağıl
D) hekayə
E) povest
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) proloq
B) epiqraf
C) peyzaj
D) portret
E) epiloq
Şifahi xalq ədəbiyyatının hansı janrında həm nəzm, həm də nəsr hissəsi olur?
A) lətifə
B) nağıl
C) dastan
D) bayatı
E) əfsanə
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim-dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və Ədilə ayağa qalxıb zaldan çıxdı.
A) 3, 5
B) 1, 2
C) 2, 4
D) 4, 5
E) 1, 4
Cümlələrdən birində ara söz işlədilmişir:
A) Görəsən, Eldarın işi düzəldimi?
B) Bu işləri vaxtında görərsən.
C) Bir onun səliqəsini görəsən!
D) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
E) Çox istedadlı uşaqdır, onun gələcəyini görərsən.
Şəxssiz cümləni göstərin:
A) Səlimin məsələsinə baxıldı.
B) Poçtalyon bir söz demədi.
C) Bahar fəslini hamı sevir.
D) El bilir ki, sən mənimsən.
E) Çox oxuyan çox bilər.
"Var olsun şerimin bayraqdarları!" misrasında mübtəda nə ilə ifadə olunmuşdur?
A) II növ ismi birləşmə ilə
B) isimlə
C) feli sifətlə
D) sifətlə
E) III növ ismi birləşmə ilə
Saydan düzəlmiş mücərrəd mənalı ismi göstərin:
A) birdən
B) birgə
C) birləşmək
D) birlik
E) çoxlu
Sifətdən düzəlmiş feli tapın:
A) çoxalmaq
B) gözəlləşmək
C) bağlamaq
D) kəsilmək
E) ağıllanmaq
Hansı ümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
B) O uşaq bağçasında işləyir.
C) O mahir ovçudur.
D) Bu gün o da şəhərə yol düşür.
E) O yaxşı ad azanıb.
"Tahir ona zəhmət verdiyinə görə əvvəlcədən üzr istədi" cümləsində "görə" qoşması hansı mənanı ifadə edir?
A) məsafə
B) səbəb
C) bənzətmə
D) birgəlik
E) fərqlənmə
Yer zərfi olan cümləni göstərin:
A) Gəmi limandan aralandı.
B) Qağayılar ləpələrin üstündə uçuşurdular.
C) Biz dəniz kənarına getdik.
D) Biz geri döndük.
E) Ağacların kölgəsində uşaqlar oynayırdılar.
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir?
A) -lar2
B) -ır4
C) -acaq2
D) -ar2
E) -ıl4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top