Tapılan ümumi test sayı : 27

"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) M.İbrahimov
B) Ə.Haqverdiyev
C) S.S.Axundov
D) İ.Əfəndiyev
E) C.Cabbarlı
H.Cavidin tarixi mövzuda yazdığı pyes:
A) "Maral"
B) "İblis"
C) "Topal Teymur"
D) "İblisin intiqamı"
E) "Ana"
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələnirir:
A) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
B) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
C) Məzlumların, yoxsulların qayğısına qalır.
D) Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
E) Ailəcanlıdır, övladlarını sevir.
M.F.Axundovun ilk dram əsəri:
A) "Hekayəti-xırs quldurbasan"
B) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
C) "Mürafiə vəkillərinin hekayəti"
D) "Sərgüzəştli-mərdi-xəsis"
E) "Müsyö Jordon və dərviş Məstəli şah"
A.Bakıxnovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) savadsız məllimlər, din xadimləri
B) xalqı soyan, talayan mülkədarlar
C) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
D) yalançı kimyagər və münəccimlər
E) xalqı cəhalətdə saxlayan hakimlər
Hansı əsər Xaqaninin deyil?
A) "Həbsiyyə"
B) "Şikayətnamə"
C) "Qəsideyi-şirniyyə"
D) "Töhvətül-İraqeyn"
E) "Mədain xərabələri"
"Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır
Ol dəxi əsari-əmnü  istiqamətdən bəri.
Göstərən saətdə dövrani fələk bir inqilab
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri"
misraları M.Füzulinin hansı əsərindəndir?
A) "Söz"
B) "Padişahi-mülk..."
C) "Şikayətnamə"
D) "Leyli və Məcnun"
E) "Məni candan usandırdı"
Epik növə daxil olmayan əbədi janr:
A) nağıl
B) qitə
C) hekayə
D) təmsil
E) povest
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) epiloq
B) epiqraf
C) peyzaj
D) portret
E) proloq
Şifahi xalq ədəbiyyatının hansı janrında həm nəzm, həm də nəsr hissəsi olur?
A) əfsanə
B) bayatı
C) dastan
D) nağıl
E) lətifə
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim-dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və Ədilə ayağa qalxıb zaldan çıxdı.
A) 3, 5
B) 1, 2
C) 2, 4
D) 1, 4
E) 4, 5
Cümlələrdən birində ara söz işlədilmişir:
A) Bir onun səliqəsini görəsən!
B) Çox istedadlı uşaqdır, onun gələcəyini görərsən.
C) Görəsən, Eldarın işi düzəldimi?
D) Bu işləri vaxtında görərsən.
E) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
Şəxssiz cümləni göstərin:
A) Bahar fəslini hamı sevir.
B) Poçtalyon bir söz demədi.
C) Çox oxuyan çox bilər.
D) Səlimin məsələsinə baxıldı.
E) El bilir ki, sən mənimsən.
"Var olsun şerimin bayraqdarları!" misrasında mübtəda nə ilə ifadə olunmuşdur?
A) sifətlə
B) III növ ismi birləşmə ilə
C) feli sifətlə
D) II növ ismi birləşmə ilə
E) isimlə
Saydan düzəlmiş mücərrəd mənalı ismi göstərin:
A) birdən
B) birləşmək
C) birgə
D) çoxlu
E) birlik
Sifətdən düzəlmiş feli tapın:
A) gözəlləşmək
B) ağıllanmaq
C) çoxalmaq
D) bağlamaq
E) kəsilmək
Hansı ümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O uşaq bağçasında işləyir.
B) O mahir ovçudur.
C) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
D) Bu gün o da şəhərə yol düşür.
E) O yaxşı ad azanıb.
"Tahir ona zəhmət verdiyinə görə əvvəlcədən üzr istədi" cümləsində "görə" qoşması hansı mənanı ifadə edir?
A) səbəb
B) məsafə
C) fərqlənmə
D) birgəlik
E) bənzətmə
Yer zərfi olan cümləni göstərin:
A) Biz dəniz kənarına getdik.
B) Biz geri döndük.
C) Qağayılar ləpələrin üstündə uçuşurdular.
D) Gəmi limandan aralandı.
E) Ağacların kölgəsində uşaqlar oynayırdılar.
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir?
A) -ıl4
B) -ır4
C) -acaq2
D) -lar2
E) -ar2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top