Tapılan ümumi test sayı : 27

"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) M.İbrahimov
B) Ə.Haqverdiyev
C) S.S.Axundov
D) İ.Əfəndiyev
E) C.Cabbarlı
H.Cavidin tarixi mövzuda yazdığı pyes:
A) "Maral"
B) "Ana"
C) "Topal Teymur"
D) "İblisin intiqamı"
E) "İblis"
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələnirir:
A) Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
B) Məzlumların, yoxsulların qayğısına qalır.
C) Ailəcanlıdır, övladlarını sevir.
D) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
E) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
M.F.Axundovun ilk dram əsəri:
A) "Sərgüzəştli-mərdi-xəsis"
B) "Mürafiə vəkillərinin hekayəti"
C) "Müsyö Jordon və dərviş Məstəli şah"
D) "Hekayəti-xırs quldurbasan"
E) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
A.Bakıxnovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
B) xalqı cəhalətdə saxlayan hakimlər
C) xalqı soyan, talayan mülkədarlar
D) yalançı kimyagər və münəccimlər
E) savadsız məllimlər, din xadimləri
Hansı əsər Xaqaninin deyil?
A) "Qəsideyi-şirniyyə"
B) "Şikayətnamə"
C) "Töhvətül-İraqeyn"
D) "Həbsiyyə"
E) "Mədain xərabələri"
"Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır
Ol dəxi əsari-əmnü  istiqamətdən bəri.
Göstərən saətdə dövrani fələk bir inqilab
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri"
misraları M.Füzulinin hansı əsərindəndir?
A) "Şikayətnamə"
B) "Leyli və Məcnun"
C) "Söz"
D) "Padişahi-mülk..."
E) "Məni candan usandırdı"
Epik növə daxil olmayan əbədi janr:
A) povest
B) hekayə
C) qitə
D) nağıl
E) təmsil
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) proloq
B) epiloq
C) portret
D) epiqraf
E) peyzaj
Şifahi xalq ədəbiyyatının hansı janrında həm nəzm, həm də nəsr hissəsi olur?
A) lətifə
B) nağıl
C) dastan
D) bayatı
E) əfsanə
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim-dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və Ədilə ayağa qalxıb zaldan çıxdı.
A) 4, 5
B) 3, 5
C) 1, 4
D) 2, 4
E) 1, 2
Cümlələrdən birində ara söz işlədilmişir:
A) Çox istedadlı uşaqdır, onun gələcəyini görərsən.
B) Bir onun səliqəsini görəsən!
C) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
D) Bu işləri vaxtında görərsən.
E) Görəsən, Eldarın işi düzəldimi?
Şəxssiz cümləni göstərin:
A) Çox oxuyan çox bilər.
B) Səlimin məsələsinə baxıldı.
C) El bilir ki, sən mənimsən.
D) Bahar fəslini hamı sevir.
E) Poçtalyon bir söz demədi.
"Var olsun şerimin bayraqdarları!" misrasında mübtəda nə ilə ifadə olunmuşdur?
A) isimlə
B) sifətlə
C) feli sifətlə
D) II növ ismi birləşmə ilə
E) III növ ismi birləşmə ilə
Saydan düzəlmiş mücərrəd mənalı ismi göstərin:
A) birdən
B) birləşmək
C) çoxlu
D) birlik
E) birgə
Sifətdən düzəlmiş feli tapın:
A) çoxalmaq
B) bağlamaq
C) ağıllanmaq
D) gözəlləşmək
E) kəsilmək
Hansı ümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) Bu gün o da şəhərə yol düşür.
B) O uşaq bağçasında işləyir.
C) O yaxşı ad azanıb.
D) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
E) O mahir ovçudur.
"Tahir ona zəhmət verdiyinə görə əvvəlcədən üzr istədi" cümləsində "görə" qoşması hansı mənanı ifadə edir?
A) bənzətmə
B) məsafə
C) birgəlik
D) fərqlənmə
E) səbəb
Yer zərfi olan cümləni göstərin:
A) Ağacların kölgəsində uşaqlar oynayırdılar.
B) Gəmi limandan aralandı.
C) Biz geri döndük.
D) Biz dəniz kənarına getdik.
E) Qağayılar ləpələrin üstündə uçuşurdular.
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir?
A) -lar2
B) -ar2
C) -ıl4
D) -ır4
E) -acaq2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top