Tapılan ümumi test sayı : 28

Aşağıdakı misralar "Aygün" poemasındakı hansı obrazı səciyyələndirir?
O dedi ki: Mən nə dahi, nə qəhrəmanam,
Qoy bəşərin dərdlərini onlar düşünsün.
Məni adi bir insancıq doğmuşdur anam
Ki, dünyada dövran sürüb, kef çəkim beş gün.
A) Şəfiqəni
B) Ne`məti
C) Aygünü
D) Əmirxanı
E) Elyarı
"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) Ə.Haqverdiyev
B) İ.Əfəndiyev
C) S.S.Axundov
D) M.İbrahimov
E) C.Cabbarlı
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələndirir:
A) Məzlumların, yoxsulların qayğısına qalır.
B) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
C) Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
D) Ailəcanlıdır, övladlarını sevir.
E) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
A. Bakıxanovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) xalqı cəhalətdə saxlayan hakimlər
B) savadsız müəllimlər, din xadimləri
C) xalqı soyan, talayan mülkədarlar
D) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
E) yalançı kimyagər və münəccimlər
M.F.Axundovun ilk dram əsəri:
A) "Müsyö Jordon və dərviş Məstəli şah"
B) ""Hekayəti-Molla İbrahimxəlil kimyagər"
C) "Sərgüzəşti-mərdi-xəsis"
D) "Hekayəti-xırs quldurbasan"
E) "Mürafiə vəkillərinin hekayəti"
Göstərilən əsərlərdən hansının müəllifi M.V.Vidadidir?
A) "Müsibətnamə"
B) "Dəhnamə"
C) "Görmədim"
D) "Şikyətnamə"
E) "Bax"
Nizaminin hansı qəhrəmanının adı bütün Yaxın Şərq xalqları içərisində qüdrətli sənətkar, mərdlik, həqiqi aşiq rəmzinə çevrilmişdir?
A) Fərhad
B) Bəhram şah
C) Xosrov
D) Şapur
E) İsgəndər
Epik növə daxil olmayan ədəbi janr bunlardan hansıdır?
A) təmsil
B) nağıl
C) qit`ə
D) hekayə
E) povest
Dövr üçün səciyyəvi olan, yazıçı tərəfindən dərk edilən və bədii əsərə gətirilən həyat hadisələri necə adlanır?
A) kompozisiya
B) ekspozisiya
C) ideya
D) zavyazka
E) mövzu
Məsəllər haqqında fikirlərdən hansı yanlışdır?
A) Məsəllər atalar sözlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
B) Məsəllər müəyyən rəvayətlə, hadisə ilə əlaqədar yaranır.
C) Məsəllər xalq müdrikliyini ifadə edir, böyük tərbiyəvi əhəmiyyətə malikdir.
D) Məsəllər yığcamlığı, sadəliyi, mə`na dərinliyi e`tibarilə atalar sözlərinə çox yaxındır.
E) Atalar sözündən fərqli əsas cəhəti məsəllərdəki fikrin müstəqil işlənə bilməsidir.
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Gedənin dalınca danışmazlar.
B) Yüz dəfə ölç, bir dəfə biç.
C) Cavid mə`nalı-mə`nalı gülümsünürdü.
D) Bu , Müşkinazın xatirələrindədir.
E) Yıxılana gülməzlər.
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim - dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və  Ədilə ayağa qalxıb zadan çıxdı.
A) 4, 5
B) 3, 5
C) 1, 2
D) 1, 4
E) 2, 4
Hansı cümlədə əlavə vardır?
A) Nizainin əsərləri dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir.
B) Qazanc dövlət artırar, insaf şöhrət.
C) R.Rza - ədəbi gəncliyin bu xeyirxah  hamısı hamının sevimlisi idi.
D) Ağac bar gətirəndə başını aşağı dikər.
E) Ağac barı, insan yaxşılığı ilə qiymətlidir.
Cümlələrdən birində ara söz işlədilmişdir:
A) Görəsən, Eldarın işi düzəldimi?
B) Çox iste`dadlı uşaqdır, onun gələciyini görərsən.
C) Bu işləri vaxtında görərsən
D) Bir onun səliqəsini görəsən!
E) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
Cümlələrdən birində xəbər sifətə ifadə olunmuşdur:
A) O, xalqın qəlbində yaşayan sənətkardır.
B) Eldar hansınızdır?
C) Bu dağların sərin havası gözəldir.
D) Bu dağlar mülkünün çələngi sənsən!
E) Qılınc döyüşündə məharətin var!
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir:
A) -ar2
B) -ıl4
C) -ır4
D) -lar2
E) -acaq2
Miqdar zərfi olan cümləni göstərin
A) Tək əldən səs çıxmaz.
B) Onlar bazardan xeyli meyvə aldılar.
C) Sevil bu barədə düşündü.
D) Gecə şiddətli külək əsdi.
E) Az danışsan, yaxşı olar.
Tə`sirli fe`llərdən ibarət cərgəni göstərin.
A) yazmaq, geymək, güldürmək
B) görüşmək, görünmək, sevinmək
C) yatmaq, gülmək, getmək
D) yatmaq, gülmək, getmək
E) yaşamaq, yatmaq, oynamaq
Cümlələrin hansında ədat vardır?
A) Qoy sözünü desin.
B) Sevil təkcə gəldi.
C) Tez gəl, gecikirik.
D) Sən də, Sevda da növbətçisiniz.
E) Arif, kitabı yerinə qoy!
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) birlik, gündəlik, həkimlik
B) dostluq, tanışlıq, qardaşlıq
C) şadlıq, təmizlik, zəiflik
D) yüzlük, onluq, çoxluq
E) dərzilik, ustalıq, mühəndislik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top