Tapılan ümumi test sayı : 28

Aşağıdakı misralar "Aygün" poemasındakı hansı obrazı səciyyələndirir?
O dedi ki: Mən nə dahi, nə qəhrəmanam,
Qoy bəşərin dərdlərini onlar düşünsün.
Məni adi bir insancıq doğmuşdur anam
Ki, dünyada dövran sürüb, kef çəkim beş gün.
A) Şəfiqəni
B) Ne`məti
C) Elyarı
D) Əmirxanı
E) Aygünü
"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) C.Cabbarlı
B) S.S.Axundov
C) M.İbrahimov
D) Ə.Haqverdiyev
E) İ.Əfəndiyev
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələndirir:
A) Məzlumların, yoxsulların qayğısına qalır.
B) Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
C) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
D) Ailəcanlıdır, övladlarını sevir.
E) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
A. Bakıxanovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) yalançı kimyagər və münəccimlər
B) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
C) xalqı cəhalətdə saxlayan hakimlər
D) savadsız müəllimlər, din xadimləri
E) xalqı soyan, talayan mülkədarlar
M.F.Axundovun ilk dram əsəri:
A) "Hekayəti-xırs quldurbasan"
B) "Müsyö Jordon və dərviş Məstəli şah"
C) ""Hekayəti-Molla İbrahimxəlil kimyagər"
D) "Sərgüzəşti-mərdi-xəsis"
E) "Mürafiə vəkillərinin hekayəti"
Göstərilən əsərlərdən hansının müəllifi M.V.Vidadidir?
A) "Dəhnamə"
B) "Müsibətnamə"
C) "Görmədim"
D) "Bax"
E) "Şikyətnamə"
Nizaminin hansı qəhrəmanının adı bütün Yaxın Şərq xalqları içərisində qüdrətli sənətkar, mərdlik, həqiqi aşiq rəmzinə çevrilmişdir?
A) Xosrov
B) Bəhram şah
C) Şapur
D) İsgəndər
E) Fərhad
Epik növə daxil olmayan ədəbi janr bunlardan hansıdır?
A) təmsil
B) hekayə
C) povest
D) qit`ə
E) nağıl
Dövr üçün səciyyəvi olan, yazıçı tərəfindən dərk edilən və bədii əsərə gətirilən həyat hadisələri necə adlanır?
A) zavyazka
B) ekspozisiya
C) mövzu
D) ideya
E) kompozisiya
Məsəllər haqqında fikirlərdən hansı yanlışdır?
A) Məsəllər yığcamlığı, sadəliyi, mə`na dərinliyi e`tibarilə atalar sözlərinə çox yaxındır.
B) Məsəllər müəyyən rəvayətlə, hadisə ilə əlaqədar yaranır.
C) Atalar sözündən fərqli əsas cəhəti məsəllərdəki fikrin müstəqil işlənə bilməsidir.
D) Məsəllər xalq müdrikliyini ifadə edir, böyük tərbiyəvi əhəmiyyətə malikdir.
E) Məsəllər atalar sözlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Gedənin dalınca danışmazlar.
B) Yıxılana gülməzlər.
C) Cavid mə`nalı-mə`nalı gülümsünürdü.
D) Yüz dəfə ölç, bir dəfə biç.
E) Bu , Müşkinazın xatirələrindədir.
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim - dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və  Ədilə ayağa qalxıb zadan çıxdı.
A) 3, 5
B) 1, 2
C) 4, 5
D) 2, 4
E) 1, 4
Hansı cümlədə əlavə vardır?
A) R.Rza - ədəbi gəncliyin bu xeyirxah  hamısı hamının sevimlisi idi.
B) Qazanc dövlət artırar, insaf şöhrət.
C) Nizainin əsərləri dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir.
D) Ağac barı, insan yaxşılığı ilə qiymətlidir.
E) Ağac bar gətirəndə başını aşağı dikər.
Cümlələrdən birində ara söz işlədilmişdir:
A) Görəsən, Eldarın işi düzəldimi?
B) Bir onun səliqəsini görəsən!
C) Bu işləri vaxtında görərsən
D) Çox iste`dadlı uşaqdır, onun gələciyini görərsən.
E) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
Cümlələrdən birində xəbər sifətə ifadə olunmuşdur:
A) Qılınc döyüşündə məharətin var!
B) O, xalqın qəlbində yaşayan sənətkardır.
C) Bu dağların sərin havası gözəldir.
D) Bu dağlar mülkünün çələngi sənsən!
E) Eldar hansınızdır?
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir:
A) -ır4
B) -ar2
C) -ıl4
D) -acaq2
E) -lar2
Miqdar zərfi olan cümləni göstərin
A) Az danışsan, yaxşı olar.
B) Sevil bu barədə düşündü.
C) Onlar bazardan xeyli meyvə aldılar.
D) Tək əldən səs çıxmaz.
E) Gecə şiddətli külək əsdi.
Tə`sirli fe`llərdən ibarət cərgəni göstərin.
A) yatmaq, gülmək, getmək
B) yatmaq, gülmək, getmək
C) yazmaq, geymək, güldürmək
D) yaşamaq, yatmaq, oynamaq
E) görüşmək, görünmək, sevinmək
Cümlələrin hansında ədat vardır?
A) Arif, kitabı yerinə qoy!
B) Qoy sözünü desin.
C) Tez gəl, gecikirik.
D) Sən də, Sevda da növbətçisiniz.
E) Sevil təkcə gəldi.
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) yüzlük, onluq, çoxluq
B) dərzilik, ustalıq, mühəndislik
C) şadlıq, təmizlik, zəiflik
D) birlik, gündəlik, həkimlik
E) dostluq, tanışlıq, qardaşlıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top