Tapılan ümumi test sayı : 28

"Oxuyan şagird bilik yarışında qalib gəlir."
nümunəsində altından xətt çəkilmiş söz morfoloji baxımdan necə adlanmalıdır?
A) məsdər
B) isim
C) fe`li sifət
D) sifət
E) fe`li bağlama
Düzəltmə sözlərdən ibarət olan sıranı göstərin:
A) tufan, çovğun, təpə
B) əzik, azğın, ağıllı
C) gözə, qəşəng, yaraşıqlı
D) yataq, səliqə, təmiz
E) kənd, qoruq, bulaq
Sinonim sözlərin cərgəsini göstərin:
A) gödək, alçaq, girdə
B) balaca, dolğun, sısqa
C) girdə, yumru, balaca
D) girdə, gödək, gövdəli
E) gödək, qısa, alçaq
"Güz", "sayru", "ayıtmaq" sözləri aşağıdakı söz qruplarından hansına aiddir?
A) alınma sözlər
B) köhnəlmiş sözlər
C) yeni sözlər
D) dialekt sözləri
E) ixtisas sözləri
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) kimya, tarix, ədəbiyyat
B) qalstuk, bomboz, sarımtıl
C) yalnız, yalqız, sapsarı
D) traktor, orden, medal
E) opera, gömgöy, qapqara
Səhv yazılmış sözü göstərin:
A) santimetr
B) aerovağzal
C) kosmonavt
D) sümbül
E) abzas
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [sa:dət]
B) [zəyif]
C) [sa:t]
D) [Nailə]
E) [təbi:]
Tərkibində yalnnız dodaqlanan qalın saitlər işlənən sözü göstərin:
A) qoşun
B) kino
C) uşaq
D) könül
E) piyalə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top