Tapılan ümumi test sayı : 28

Aşağıdakı misralar "Aygün" poemasındakı hansı obrazı səciyyələndirir?
O dedi ki: Mən nə dahi, nə qəhrəmanam,
Qoy bəşərin dərdlərini onlar düşünsün.
Məni adi bir insancıq doğmuşdur anam
Ki, dünyada dövran sürüb, kef çəkim beş gün.
A) Elyarı
B) Əmirxanı
C) Şəfiqəni
D) Aygünü
E) Ne`məti
"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) İ.Əfəndiyev
B) M.İbrahimov
C) Ə.Haqverdiyev
D) S.S.Axundov
E) C.Cabbarlı
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələndirir:
A) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
B) Məzlumların, yoxsulların qayğısına qalır.
C) Ailəcanlıdır, övladlarını sevir.
D) Xain, ikiüzlü, qəddar adamdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
E) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
A. Bakıxanovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) savadsız müəllimlər, din xadimləri
B) xalqı cəhalətdə saxlayan hakimlər
C) yalançı kimyagər və münəccimlər
D) xalqı soyan, talayan mülkədarlar
E) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
M.F.Axundovun ilk dram əsəri:
A) ""Hekayəti-Molla İbrahimxəlil kimyagər"
B) "Müsyö Jordon və dərviş Məstəli şah"
C) "Sərgüzəşti-mərdi-xəsis"
D) "Hekayəti-xırs quldurbasan"
E) "Mürafiə vəkillərinin hekayəti"
Göstərilən əsərlərdən hansının müəllifi M.V.Vidadidir?
A) "Görmədim"
B) "Bax"
C) "Şikyətnamə"
D) "Dəhnamə"
E) "Müsibətnamə"
Nizaminin hansı qəhrəmanının adı bütün Yaxın Şərq xalqları içərisində qüdrətli sənətkar, mərdlik, həqiqi aşiq rəmzinə çevrilmişdir?
A) Bəhram şah
B) Fərhad
C) Xosrov
D) Şapur
E) İsgəndər
Epik növə daxil olmayan ədəbi janr bunlardan hansıdır?
A) təmsil
B) povest
C) hekayə
D) qit`ə
E) nağıl
Dövr üçün səciyyəvi olan, yazıçı tərəfindən dərk edilən və bədii əsərə gətirilən həyat hadisələri necə adlanır?
A) ekspozisiya
B) kompozisiya
C) mövzu
D) ideya
E) zavyazka
Məsəllər haqqında fikirlərdən hansı yanlışdır?
A) Məsəllər atalar sözlərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
B) Məsəllər xalq müdrikliyini ifadə edir, böyük tərbiyəvi əhəmiyyətə malikdir.
C) Atalar sözündən fərqli əsas cəhəti məsəllərdəki fikrin müstəqil işlənə bilməsidir.
D) Məsəllər müəyyən rəvayətlə, hadisə ilə əlaqədar yaranır.
E) Məsəllər yığcamlığı, sadəliyi, mə`na dərinliyi e`tibarilə atalar sözlərinə çox yaxındır.
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Bu , Müşkinazın xatirələrindədir.
B) Cavid mə`nalı-mə`nalı gülümsünürdü.
C) Gedənin dalınca danışmazlar.
D) Yıxılana gülməzlər.
E) Yüz dəfə ölç, bir dəfə biç.
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı, ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim - dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və  Ədilə ayağa qalxıb zadan çıxdı.
A) 4, 5
B) 3, 5
C) 2, 4
D) 1, 2
E) 1, 4
Hansı cümlədə əlavə vardır?
A) R.Rza - ədəbi gəncliyin bu xeyirxah  hamısı hamının sevimlisi idi.
B) Ağac barı, insan yaxşılığı ilə qiymətlidir.
C) Qazanc dövlət artırar, insaf şöhrət.
D) Nizainin əsərləri dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir.
E) Ağac bar gətirəndə başını aşağı dikər.
Cümlələrdən birində ara söz işlədilmişdir:
A) Çox iste`dadlı uşaqdır, onun gələciyini görərsən.
B) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
C) Görəsən, Eldarın işi düzəldimi?
D) Bu işləri vaxtında görərsən
E) Bir onun səliqəsini görəsən!
Cümlələrdən birində xəbər sifətə ifadə olunmuşdur:
A) O, xalqın qəlbində yaşayan sənətkardır.
B) Eldar hansınızdır?
C) Bu dağlar mülkünün çələngi sənsən!
D) Bu dağların sərin havası gözəldir.
E) Qılınc döyüşündə məharətin var!
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir:
A) -ır4
B) -lar2
C) -ar2
D) -acaq2
E) -ıl4
Miqdar zərfi olan cümləni göstərin
A) Sevil bu barədə düşündü.
B) Tək əldən səs çıxmaz.
C) Az danışsan, yaxşı olar.
D) Gecə şiddətli külək əsdi.
E) Onlar bazardan xeyli meyvə aldılar.
Tə`sirli fe`llərdən ibarət cərgəni göstərin.
A) görüşmək, görünmək, sevinmək
B) yaşamaq, yatmaq, oynamaq
C) yatmaq, gülmək, getmək
D) yazmaq, geymək, güldürmək
E) yatmaq, gülmək, getmək
Cümlələrin hansında ədat vardır?
A) Arif, kitabı yerinə qoy!
B) Sən də, Sevda da növbətçisiniz.
C) Sevil təkcə gəldi.
D) Tez gəl, gecikirik.
E) Qoy sözünü desin.
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) dostluq, tanışlıq, qardaşlıq
B) yüzlük, onluq, çoxluq
C) şadlıq, təmizlik, zəiflik
D) birlik, gündəlik, həkimlik
E) dərzilik, ustalıq, mühəndislik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top